16:00 / 28-07-2026
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VI Məclisinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ

Hörmətli cənab Prezident!
Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dövləti bu gün Sizin müdrik idarəçiliyiniz sayəsində inkişafının ən yüksək mərhələsindədir. Ölkə həyatının bütün sahələrini əhatə edən dayanıqlı və ardıcıl inkişaf Azərbaycanı regionda lider, dünyada isə son dərəcə əhəmiyyətli dövlətə çevirib. Sizin xarizmanız, siyasət elmini dərindən bilməyiniz, xarici ölkələrlə münasibətlərin qurulmasında və inkişafında sərgilədiyiniz yanaşma, ölkəmizin beynəlxalq nüfuzunu artırıb, Azərbaycana etibarlı tərəfdaş imici qazandırıb. Siz nadir liderlərdənsiniz ki, xalqımıza verdiyiniz bütün vədləri vaxtında və dəqiq yerinə yetirmisiniz. Bu gün Azərbaycan vətəndaşı olaraq fəxrlə deyirik ki, biz siyasi sabitliyin, əmin-amanlığın, tolerantlığın bərqərar olduğu, bütün sahələrdə tərəqqinin ən uca zirvəsinə can atan bir ölkədə yaşayırıq.
Müzəffər Ali Baş Komandan!
Son 200 illik tariximizdə qazanılan ən böyük qələbənin də müəllifi Sizsiniz. Üç il öncə Sizin bilavasitə rəhbərliyinizlə haqq savaşına qalxan Azərbaycanın cəmi 44 günə qazandığı möhtəşəm qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdə yeni səhifə açdı. Baş Sərkərdə olaraq işğal altındakı torpaqlarımızın xilaskarı oldunuz, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdınız. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Sizin hərbi-siyasi diplomatiyanız Azərbaycan ordusunun gücü qarşısında diz çökdü. Müharibə başa çatdıqdan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinə başladınız. Qürurla deyirik ki, Azərbaycan yalnız öz iqtisadi qüdrəti, yəni heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan Böyük qayıdış proqramını həyata keçirir. Soydaşlarımızın köç karvanı dədə-baba yurdlarına - Qarabağa, Zəngəzura doğru hərəkət edir. Bu mənzərəni seyr etmək hər bir azərbaycanlını qürurlandırır.
Cənab Prezident!
İşğalçı Ermənistanın məğlubiyyətindən keçən 3 il müddətində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə doğru gəlmədi. Üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlif yollarla çirkin əməllərini davam etdirməyə çalışdı. Qarabağda qeyri-qanuni cinayətkar rejimin qalıqları da mütəmadi olaraq hərbi təxribatlara əl atır, Azərbaycanı yeni müharibəyə çəkməyə can atırdılar. Törədilən bütün təxribatlara Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə tutarlı cavablar verdi. “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bunun bariz nümunələridir.
Düşmən təxribatlarına baxmayaraq, ölkəmiz öz hədəfinə doğru addım-addım irəlilədi. Azərbaycan dövləti bu il aprelin 23-də Laçın rayonunda sərhəd-buraxılış məntəqəsini yaratmaqla ərazi bütövlüyünü bərpa etmək əzmini ortaya qoydu.
Düşmənin son dövrlər döyüş mövqelərini möhkəmləndirməsi, quldur dəstələrini silahlandırması, kəşfiyyat fəaliyyətlərini genişləndirməsi, minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməlləri Azərbaycanı tədbir görməyə məcbur edirdi. Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da xain düşmənin mina terroru nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin əməkdaşları həlak oldu. Açıq görünürdü ki, Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu sülh və sabitliyə ciddi təhlükədir. Odur ki, şanlı Azərbaycan ordusu üçtərəfli bəyanatın müddəalarının təmin olunması, genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlılarının tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Yenilməz Ordumuz cəmi bir günə bu missiyanı da uğurla başa çatıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini, Ali Baş Komandan olaraq Sizin qətiyyətinizi və sərkərdəlik məharətinizi göstərdi. Xalqımız həmişəki kimi, Sizin ətrafınızda dəmir yumruğa döndü, bütöv oldu və göstərdi ki, güc birlikdədir.
Möhtərəm cənab Prezident!
Xalqımıza yaşatdığınız növbəti qələbəyə görə, Sizə dərindən təşəkkür edirik. Düşmənlərimizin bizə qarşı hazırladıqları bütün çirkin planlar, o cümlədən “Dağlıq Qarabağ Respublikası” xülyası tarixin arxivinə gömüldü. Biz öz torpaqlarımızın sahibiyik, ölkəmizin bütün ərazisində Dövlət Bayrağımız qürurla dalğalanır, suverenliyimiz bərpa olunub. İnanırıq ki, Sizin rəhbərliyinizlə dövlətimizin və xalqımızın daha böyük nailiyyətləri hələ qarşıdadır. Çoxminli həmkarlar ittifaqları üzvləri həmişə olduğu kimi, Sizin ətrafınızda sıx birləşmişdir. Sizi tam dəstəkləyirik, daim yanınızda olacağımıza söz veririk!
AHİK-in VI Məclisinin iştirakçıları
Bakı şəhəri,
28 sentyabr 2023-cü il
Bölməyə aid digər xəbərlər

Tarix: 28-09-2023, 17:31 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
29-07-2023, 12:23
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb -Fotolar
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO