11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Aqiyə Naxçıvanlı: “Düşmən şanlı ordumuzun gücü qarşısında iki gün belə duruş gətirə bilmədi”

“Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 30-da işğal olunmuş Zəngilan rayonu həmin tarixə qədər 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayon əhalisinin sayı 45 min nəfərdən çox olub. İşğaldan sonra bütün bu insanlar məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıblar. Rayon iqtisadiyyatının əsasını təşkil edən 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatının maddi-texniki bazası işğal dövründə tamamilə dağıdılaraq talan edilmişdir. Rayon ərazisində olan zəngin təbii resurslar – qiymətli ağac növləri, tikinti daşı, qara mərmər, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı, qızıl və molibden yataqları da işğal dövründə erməni qəsbkarları tərəfindən qeyri-qanuni istismar olunmuşdur.”
Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Zəngilanın azad edilməsi üçün əlverişli taktiki şəraitin yaranmasına səbəb olub: “2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən düşmənin növbəti təxribatına qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələrinin hissələri Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurmaqla əlverişli taktiki mövqelərə çıxdılar. Məhz bundan sonra 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsilə ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Artıq oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Düşmən Azərbaycan Ordusunun gücü qarşısında iki gün belə duruş gətirə bilmədi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Xüsusilə vacib məqamlardan biri də budur ki, Zəngilanın işğaldan azad olunması ilə işğal altında olmuş 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”
Daha sonra A.Naxçıvanlı “Böyük Qayıdış” layihəsinin getdikcə daha böyük vüsət aldığını vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində yenidənqurma işləri böyük vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə etdiyi müntəzəm səfərləri isə bu işlərin daha böyük dinamikasını və effektivliyini təmin edir. Artıq “Böyük Qayıdış” layihəsinin birinci pilot layihəsi Zəngilanın Ağalı kəndində icra edilib. Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, Kiçik və Orta Biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bir məqamı da qeyd edək ki, Heydər Əliyev Fondu azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da həyata keçirilən yenidənqurma işlərinə önəmli töhfələr verməkdədir. Hazırda Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. Əminliklə demək olar ki, çox az müddətdən sonra işğaldan azad edilmiş bütün rayon və bölgələrimiz yeni, möhtəşəm simaları ilə bütün dünyanı heyrətə gətirəcəkdir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-10-2023, 10:39 Oxunub: 65
Bölməyə aid digər xəbərlər
20-10-2023, 09:59
Kamaləddin Qafarov: “Zəngilan sürətlə inkişaf edir”
20-10-2022, 10:23
Kamaləddin Qafarov: “Zəngilanın hava limanı bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək”
20-10-2022, 06:00
Zəngilanın işğaldan azad olunmasından iki il ötür
16-10-2022, 14:09
Eltun Süleymanov: “Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Zəngilanın azad edilməsi üçün əlverişli taktiki şəraitin yaranmasına səbəb oldu
6-10-2022, 16:00
Ermənistan Azərbaycan ekologiyasına 16 milyard manat ziyan vurub
21-10-2021, 11:13
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda olublar - YENİLƏNİB
29-09-2021, 11:17
Ermənistanın talan etdiyi sərvətlərimiz: Milyardlarla dollar dəyərində zərər necə ödəniləcək? - FOTOFAKT
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
10-07-2020, 14:14
“Qaçqınkom”da qanun pozuntuları: “Azərsu”ya pul ödəməyib