12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Səttar Möhbalıyev: “Azərbaycanın Türk dünyasında yeri və rolu daim yüksək qiymətləndirilir”

“Ulu Öndər Heydər Əliyev dövlətimizin xarici siyasi strategiyasını formalaşdırarkən Türk dövlətləri ilə əlaqələri prioritet hesab edib və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verib. Onun “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər Türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynayıb. Demək olar ki, Ümummilli Liderimizin bu sözləri bütün Türk dünyasının dilinin əzbəridir. Azərbaycan Türk Dövlətləri Təşkilatını yaradan ölkələrdən biri kimi daim bu birliyinin güclənməsinə çalışıb. Artıq əminliklə deyə bilərik ki, təşkilat beynəlxalq siyasətin tamhüquqlu mühüm tərəfinə və regional güc mərkəzinə çevrilib, dünyada sülh və sabitliyə böyük dəstək verir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, mühüm coğrafi məkanda yerləşən qardaş Türk ölkələrinin iqtisadi imkanları çox genişdir, zəngin enerji resurslarına sahibdirlər: “Eləcə də vacib nəqliyyat yollarına malikdirlər. Bu, onu göstərir ki, Türk dövlətlərinin birliyi həm də dünya iqtisadiyyatı üçün xeyli önəmlidir. Odur ki, bu üstünlükləri dəyərləndirərək səyləri birləşdirmək, həmrəyliyi möhkəmləndirmək qardaş ölkələrin ancaq güclənməsinə səbəb olub. Türk Dövlətləri Təşkilatının xüsusən son illərdəki fəaliyyəti bunun üzv dövlətlər üçün ən səmərəli platforma olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, yaxın coğrafiyalarda baş verən gözlənilməz hadisələrin, yaşanan gərginliklərin fonunda ortaya çıxan böhranlardan yalnız birlikdə xilas olmaq mümkündür”.
“Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşünü ölkələrimiz arasında əməkdaşlığın güclənməsi, təşkilatın möhkəmlənməsi baxımından faydalı hesab edirəm. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlətimizin başçısı cənab İlham Əliyevi və xalqımızı ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etdi. Qələbəni ədalətin zəfər, Qarabağı isə Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirdi. Bu, sarsılmaz qardaş dəstəyinin təzahürü, həmrəyliyin göstəricisidir. Həmçinin gördük ki, dost və qardaş Özbəkistanın Prezidenti cənab Şavkat Mirziyoyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan bəhs etdi, Türk dünyasında yerini və rolunu vurğuladı. Həqiqətən də, Azərbaycan bütün sahələrdə davamlı və dayanıqlı inkişaf yolu tutaraq əhəmiyyətli ölkələr sırasındadır və sahib olduğu potensialdan dövlətimizin və xalqımızın mənafeyi naminə səmərəli şəkildə istifadə edir. Həm də region ölkələrinin iqtisadi inkişafında mühüm rola malikdir, bu istiqamətdə bir sıra vacib layihələr reallaşdırıb, təşəbbüslərlə çıxış edib”, - Milli Məclisin deputatı bildirib.
AHİK sədri həmçinin Türk dövlətlərinin həmkarlar ittifaqları arasında yaranan birliyə toxunub və bunun əhəmiyyətindən söz açıb: “Biz bu ilin iyul ayında Şuşa şəhərində görüşdük. Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında razılığa gəldik və bu barədə müqavilə imzaladıq. Sentyabrın 22-də isə Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı təsis edildi. İnanıram ki, Türk Dövlətləri Təşkilatı kimi, Türk Dövlətlər Həmkarlar İttifaqları Təşkilatının da fəaliyyəti faydalı olacaq, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək”.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-11-2023, 09:26 Oxunub: 89
Bölməyə aid digər xəbərlər
22-09-2023, 11:55
Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb, AHİK sədri Səttar Möhbalıyev vitse-prezident seçilib -Fotolar
7-09-2023, 14:04
AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib -Fotolar
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
29-07-2023, 12:23
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb -Fotolar
28-07-2023, 13:48
Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib -Fotolar
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
17-03-2023, 11:39
Səttar Möhbalıyev: “Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Azərbaycan mühüm töhfələr verir”
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
5-09-2022, 14:17
AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib – YENİLƏNİB
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
6-05-2022, 19:00
AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO