16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
Aqiyə Naxçıvanlı: “Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi aşınmadan xilas etmişdir”
“Ulu Öndər Heydər Əliyev bir xalqın müstəqillik əldə etmək üçün necə böyük əziyyətlər çəkməli, qurbanlar verməli və əziyyətlərə qatlaşmalı olduğunu və bu ağır sınaqdan heç də bütün dövlətlərin uğurla çıxa bilmədiyini hamıdan daha yaxşı bilirdi. Buna görə də Ümummilli liderimiz müstəqilliyə aparan yolun ağırlığını bir kəlmə ilə ifadə edərək belə demişdir: “Müstəqillik yolu qədər çətin yol yoxdur”. Azərbaycan isə öz müstəqillik yolunda ən ağrılı-acılı faciələrlə qarşılaşmalı oldu. Lakin ən vacibi budur ki, bu faciələrdən ən böyüyü, müstəqilliyimizin itirilməsi baş vermədi. 1993-cü ildə artıq başlanmaq üzrə olan vətəndaş müharibəsinin fonunda Azərbaycanın parçalanmasının və suveren dövlət kimi mövcudiyyətinə son qoyulmasının qarşısını xalqın xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev aldı.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat qeyd edib ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında ən vacib amil kimi çıxış edən ordu quruculuğu işinin də əsası Azərbaycanda məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur: “Bir ay bundan öncə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin üçüncü ildönümünü böyük təntənə ilə qeyd etdi. Hamımız bilirik ki, xalqımızı bu möhtəşəm Zəfərə gətirən yolun ən önəmli hissəsi Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın 2003-2020-ci illər ərzində keçdiyi mühüm hazırlıq dövrü olmuşdur. Məhz bu illər ərzində Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirmiş, müasir, yüksək döyüş qabiliyyətinə malik olan ordu yaratmış, beynəlxalq mövqelərini möhkəmlətmiş, ölkə daxilində ən yüksək səviyyədə milli birlik və həmrəylik mühiti formalaşdırılmış və yalnız bütün bu hazırlıqlar uğurla başa çatdırıldıqdan sonra şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın əmri ilə irimiqyaslı hərbi əməliyyatlara başlayaraq, qısa müddət ərzində Vətən torpaqlarını işğaldan azad etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkəmizdə 2003-cü ildən bəri gedən bütün mütərəqqi, xalqın rifahına və dövlətin mənafelərinə xidmət edən proseslər yalnız və yalnız Heydər Əliyev siyasi xəttinin və müəllifi olduğu inkişaf strategiyasının davamıdır. O cümlədən, tarixi Qələbəmizin əldə olunmasında müstəsna rol oynamış ən mühüm amillərdən biri əlbəttə ki, güclü ordu faktorudur. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanda ordu quruculuğu işinin əsasları da məhz Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Yalnız Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gərgin səyləri və müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. O, 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail oldu. Bu prosesi artıq müstəqillik illərində daha böyük vüsətlə davam etdirdi. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Ulu Öndər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə keçidi təmin etdi. Həmçinin 2001-ci il 20 avqust tarixli fərmanla Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.”
Həmçinin A.Naxçıvanlı ordu quruculuğu işinin bu gün də davam etdirilməsinin son dərəcə vacib məsələ olduğunu vurğulayıb: “Çox vacib məqamlardan biri də budur ki, Vətən müharibəsi başa çatdıqdan sonra da ölkəmizdə ordu quruculuğu işi nəinki səngimədi, əksinə cənab Prezident İlham Əliyevin müdrik siyasəti syəsində bu proses daha da sürətləndi. Son üç ildə şahidi olduğumuz hadisələr də bu qərarın düzgünlüyünü dəfələrlə sübut etmiş oldu. Vətən müharibəsinin nəticələrindən dərs almayan Ermənistan bəzi xarici qüvvələrin dəstəyi və təhriki ilə ölkəmizə qarşı revanşist planlar cızmağa başlamışdı. Lakin Azərbaycan bu cəhdlərin də qarşısını qəti tədbirlərlə aldı. Bu ilin sentyabr ayının 19-da keçirilmiş antiterror əməliyyatının nəticəsində isə, ölkəmiz Qarabağda mövcud olan separatçı rejimin tam süqutuna və artıq bütün ərazisində suverenliyinin bərpasına nail oldu.”
Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni şərtləndirən digər bir mühüm amil də ölkəmizdə formalaşmış milli birlik və həmrəylik mühitidir: “Qeyd olunmalıdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasətin nəticəsi kimi təzahür edən bu faktor da Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi, dövlətin milli mənafeləri baxımından müstəsna əhəmiyyət kəsb edən tədbirlərin əsasında formalaşmışdır. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişaf və tərəqqisinin təməlini qoydu. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 5-12-2023, 10:57 Oxunub: 20
Bölməyə aid digər xəbərlər
24-08-2023, 12:29
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev bu gün ölkəmizdə böyük uğurla həyata keçirilən dövlət gənclər siyasətinin banisidir”
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
5-12-2022, 19:31
Deputat: Getdiyimiz yol daim Heydər Əliyev irsinin parlaq nuru ilə işıqlandırılacaq
1-10-2022, 10:16
Ulu Öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün sınaqlardan uğurlu çıxışını təmin etdi
20-06-2022, 17:49
Aqiyə Naxçıvanlı: Heydər Əliyev tarix yaradaraq tarixləşən şəxsiyyətdir
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
26-05-2022, 19:49
Aqiyə Naxçıvanlı: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO