09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Aqiyə Naxçıvanlı: “20 Yanvar faciəsi bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir”

“Azərbaycanın tarixinə Qanlı Yanvar adı ilə həkk olunmuş 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın müstəqil dövlət quruculuğu yolunda yeni və həlledici mərhələnin başlanğıc nöqtəsi oldu. Keçmiş sovet imperiyasının ermənipərəst rəhbərliyi tərəfindən, siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət eyni zamanda da xalqımızın öz ləyaqətini qorumaq və müstəqillik arzusunu həyata keçirmək üçün hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. O dövrdə hələ ki, SSRİ-nin siyasi mərkəzi olan Kreml Azərbaycanın milli maraqlarına zidd addımlar atan respublika rəhbərliyinin istefası tələbini irəli sürən və Qarabağın Ermənistana birləşdirilməsinə qarşı qətiyyətlə çıxış edən xalqı cəzalandırmaq məqsədilə bu dəhşətli qırğınını törətdi. Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıqla müşayiət olunan hücum əməlyyatı keçirərək Bakını işğal etdilər.”
Bu sözləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat xüsusi olaraq qeyd edib ki, 20 Yanvar hadisələrində fövqəladə vəziyyətin tətbiq edilməsinə dair bütün qəbul edilmiş qaydalar kobud şəkildə pozulmuş, əhali belə bir qərarın qəbul edilməsi barədə qəsdən xəbərdar olunmamışdır: “Məlumdur ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı ildə qəbul edilmiş Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin, 1990-cı ildə Bakıda fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri artıq yanvarın 19-da saat 21:00-dan etibarən ilk olaraq Türkan-Qala istiqamətindən şəhərə yeridilmişdi. “Bakı əməliyyatı”na rəhbərliyi isə birbaşa SSRİ-nin müdafiə və daxili işlər nazirləri, eləcə də DTK sədrinin müavini həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular artıq 82 nəfər dinc şəhər sakinini amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Yalnız kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdi. Həmçinin fövqəladə vəziyyət elan edildikdən sonra, yanvarın 20-də və növbəti günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdü. Qanlı Yanvar hadisələri zamanı Azərbaycanın paytaxtına və bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Bununla belə, imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə qoruyub saxlamaq cəhdi də boşa çıxmış oldu.”
Daha sonra A.Naxçıvanlı bildirib ki, həmin məşəqqətli günlərdə Azərbaycan xalqının ən çox əziyyət çəkdiyi məqam nə respublika rəhbərliyində, nə də kütlə içərisində həqiqi liderin olmaması idi: “Etiraf olunmalıdır ki, xalqın o ağrılı-acılı günlərində Ümummilli Lider Heydər Əliyevin respublikadan uzaqda olması günün ən böyük və ən acı həqiqəti kimi dərk olunurdu. Bu fakt yaşanan faciəni daha da ağırlaşdırır, yaranmış vəziyyətdən çıxış yolunu tapmaqda çətinlik çəkən xalqın iztirablarını artırırdı. Lakin 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç birinin faciə ilə bağlı əsl həqiqətləri dilə gətirmədiyi, bu ağır cinayəti törədənləri ittiham etməyə özündə cəsarət tapmadığı halda, xalqın layiqli oğlu Ulu Öndər Heydər Əliyev, hətta Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq-aşkar təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan dərhal çıxarılması tələbini irəli sürdü. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı faciəyə verilən ilk siyasi qiymət idi. Bu bəyanatın birbaşa Moskvada, imperiyanın mərkəzində səsləndirilməsi isə, onun siyasi əhəmiyyətini daha da artırmış oldu. Öz bəyanatında Ulu Öndər demişdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. 1990-cı ilin noyabr ayının 21-də isə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. Artıq Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.”
Açıqlamasının sonunda deputat ölkəmizdə şəhidlərin xatirəsinin uca tutulmasına, qazilərin və şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayrıldığını vurğulayaraq bunları deyib: “20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, qazilərin problemlərinin həlli məsələsi Azərbaycanda hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri oldub. Artıq uzun müddətdir ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılıb. Azərbaycan dövləti və şəxsən möhtərəm dövlət başçımız 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün cənab Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər indi də davam etdirilir. Hər il yanvarın 20-də saat 12:00-da milli həmrəyliyimizin ən böyük təzahürlərindən biri kimi, Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2020-ci ilin noyabr ayında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın azad edilməsi ilə bağlı müjdəni vermək üçün məhz Şəhidlər Xiyabanını məkan olaraq seçməsi də şəhidlərimizin ruhuna ən böyük ehtiramın daha bir təzahürüdür” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-01-2024, 13:23 Oxunub: 63
Bölməyə aid digər xəbərlər
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
6-04-2023, 08:47
Aqiyə Naxçıvanlı: “2018-ci ilin növbədənkənar Prezident seçkiləri milli maraqlar baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən tarixi hadisə idi”
19-01-2023, 15:30
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi
19-01-2023, 14:51
Qara Abdullayev: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib
19-01-2023, 13:41
Əbdülhüseyn Abdullayev: 20 Yanvar faciəsi millətimizin qəhrəmanlığını əks etdirən bir oyanış günü kimi yaddaşımızda əbədi yaşayacaq
19-01-2023, 10:21
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb
18-01-2023, 10:43
Habil Qurbanov: Qanlı Yanvar hadisələri milli kimliyin formalaşmasına təsir göstərdi
17-01-2023, 14:36
Fuad Hacıyev: Qanlı Yanvar hadisəsi xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu
23-02-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”
18-01-2022, 14:44
Əli Hüseynov: 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu
18-01-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO