10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Eltun Süleymanov: “AŞPA-nın möğvqeyi birtərəfli və qərəzlidir, riyakarlıqdan başqa bir şey deyildir”

“2001-ci ildə Avropa Şurasına üzv olandan sonra ilk dəfədir ki, ölkəmiz Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə bütün əlaqələri kəsdi. Beləcə, Rusiyadan sonra Azərbaycan AŞPA-nı tərk edən ikinci ölkə oldu.Çünki sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
"Assambleya "Dağlıq Qarabağdakı vəziyyəti" də misal çəkərək, Azərbaycan rəhbərliyinin Laçın dəhlizindən azad və təhlükəsiz keçidin olmamasından irəli gələn "çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etmədiyini" qeyd edib və Assambleyanın sentyabr hadisələrini pislədiyini xatırladıb.Niyə və nə üçün xatırladıldığına gəlincə, təbii ki burada Fransanın maraqları və Avropanın siyasi m\ərkəzlərinin ermənipərəst mövqeyi açıq görünür. 35 ildə bircə dəfə bir milyon azərbaycanlı qaçqının etnik təmizləməyə məruz qaldığını dilinə gətirməyən AŞPA indi ermənilər üçün göz yaşı tökür. Halbuki həmin ermənilər özləri Qarabağı tərk ediblər və inbdi də onların qayıtması üçün Azərbaycan dövləti lazımi təminatı verir.
Amma AŞPA-nın üzvü olan bir sıra dövlətləri bu təminat təmin etmir. Çünki bulanıq suda balıq tutmaq daha sərfəlidir. Azərbaycana bu bəhjanələrlə təzyiqlər etmək mümkündür və edilir də. Bu siyasi oyunbbazlar bir şeyi anlamaq istəmirlər ki bununla hakimiyyətə, mövcud sistemə gücləri çatası deyil. Çünki Azərbaycan xalqı Qarabağ məsələsində siyasi mövqeyindən asılı olmayaraq yekdildir, monolitdir və ölkə başçısınıən siyasətini dəstəkləyir. Çünki mkövzu torpaq və Vətən olunca digər məsləklər ikinci plana keçir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu da onu göstərir ki, Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Çox təəssüf ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir.
Lakin məlum olduğu kimi Azərbaycan müstəqil siyasət yürüdür və regionda Azərbaycansız hər hansı layihənin gerçəkləşməsi mümkün deyildir. Fransa Azərbaycanda da Afrikadakı kimi dominantlıq edə bilmədiyindən bu cür çirkin və qərəzli mövqe sərgiləməkdə davam edir.
Eltun Süleymanov qeyd edib ki, üzdəniraq layihənin guya müəllifi olan almaniyalı deputat F.Şvabe qətnamə layihəsi ilə bağlı təklifini oxuyarkən Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini "sentyabrın 7-də keçiriləcək seçkilər" kimi təqdim edib. Bu isə Şvabenin üzündən oxuduğu və guya "müəllifi" olduğu sənədin başqa məkanda, başqa şəxslər tərəfindən hazırlandığına dəlalət edən fakt sayıla bilər.
O, ölkəmizi "qarabağlı erməniləri zorla Qarabağdan çıxarmaqda, insan haqlarını pozmaqda, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə və s." suçlayıb. AŞPA-nın Prosedur Qaydalarının 8-ci bəndi belə səbəblər olduqda üzv ölkənin nümayəndə heyətinin səlahiyyətlərini dayandırmağa imkan verir.
Məhz, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər və bunu da etmək zərurət halına gəlmişdir. Bir halda ki bu qurum yalnız ermənilərin mövqeyindən çıxış edirsə ölkəmiz tezliklıə bu qərarı qəbul etməlidir. Təbii ki, Ermənistan indi Azərbaycanın nümayəndə heyətinin AŞPA-nı tərk etməsi faktından maksimum istifadə etməyə çalışacaq. Avropa İttifaqı ilə əlaqələrini, o cümlədən hərbi-siyasi müstəvidə təmaslarını intensivləşdirən İrəvan AŞPA-da nümayəndə deputatlaramızın olmayacağından yararlanaraq ölkəmizə qarşı bu strukturda daha aktiv fəaliyyətə başlayacaq.
AŞPA-da Azərbaycana qarşı qəbul edilmiş isterik, beynəlxalq hüququn selektiv tətbiqinə əsaslanan qərar rəsmi Bakının nə Avropa Şurası, nə də Avropa İttifaqı ilə sıx əməkdaşlığına və tərəfdaşlığına təsir etməyəcək. Azərbaycan inkişaf etmiş dövlətlərlə, Qərblə işbirliyini daha da aktivləşdirəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-01-2024, 21:58 Oxunub: 69
Bölməyə aid digər xəbərlər
25-01-2024, 17:13
Aqiyə Naxçıvanlı: “AŞPA Qərbin ermənipərəst, anti-Azərbaycan dairələrinin alətinə çevrilib”
23-01-2024, 17:09
Səttar Möhbalıyev: “AŞPA-nın fəaliyyəti insan hüquqları ilə uzlaşmır”
18-01-2024, 10:14
Fransa Senatının qətnaməsi ilə bağlı BƏYANAT
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO