11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Aqiyə Naxçıvanlı: “AŞPA Qərbin ermənipərəst, anti-Azərbaycan dairələrinin alətinə çevrilib”

“AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bu qərar vaxtında verilmiş və tamamilə düzgün bir qərardır. Ölkəmizin sözügedən təşkilata 23 illik üzvlük dövrünün təcrübəsi birmənalı olaraq bunu deməyə əsas verir ki, Qərbin ermənipərəst, islamofob qüvvələri daim bu təşkilatdan Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışıblar. Uzun illər ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı ilə bağlı heç bir təsirli tədbir görməyib. Təşkilatın ara-sıra verdiyi bəyanatların isə heç bir hüquqi çəkisi olmayıb. Halbuki, işğal faktına görə ən azından Ermənistanın səs hüququ əlindən alına bilərdi. Lakin AŞPA yalnız 2020-ci ildə Azərbaycan öz gücünə öz torpaqlarından işğalçıları qovduqdan sonra fəallaşdı. Ötən ilin oktyabr ayının 23-də AŞPA-nın qəbul etdiyi “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamədə isə, Azərbaycana qarşı açıq-aşkar təhdidlər yer alıb. Bu riyakar, qərəzli sənəddə 19 sentyabr 2023-cü il tarixində baş tutan lokal xarakterli anti-terror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilib, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə olunub və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələnib. Nəticə olaraq, AŞPA-nın bu ilin 22 yanvar tarixində keçirilmiş qış yarım-sessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat həmçinin qeyd edib ki, son vaxtlar dünyada və Avropada nüfuzunu getdikcə itirən Fransa indi də Azərbaycana qarşı çirkin niyyətlərini daha çox Almaniyanın vasitəsilə həyata keçirməyə çalışır: “Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat tərəfindən irəli sürülsə də, bu qərəzli kampaniyanın arxasında Fransa və AŞPA rəhbərliyinin durduğu danılmaz faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi də təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu da məlumdur ki, bir sıra hallarda Fransa öz istəklərini bu ölkə ilə tandem şəklində çıxış edən Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və bu ölkənin sürətlə nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Bu ölkələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini və ölkəmizin tam suverenliyinin bərpa olunmasını hələ də həzm edə bilmirlər. 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi qurulandan sonra bəzi Qərb təsisatları, o cümlədən AŞPA dəfələrlə Azərbaycana qarşı həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmaması kimi absurd tələblər irəli sürməklə əslində əsil məqsədlərini tam olaraq ortaya qoymuşdular. Bu məqsəd Azərbaycanı zəif salmaq, regionda sabitliyi pozmaq və hərbi münaqişəni yenidən qızışdırmaqdan ibarətdir. Lakin Azərbaycan dövləti bütün bu cəhdlərin qarşısını qətiyyətlə alıb və bundan sonra da alacaq. AŞPA-ya gəlincə isə, ölkəmizin belə bir riyakar və anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilmiş təşkilatda üzvlüyə heç bir ehtiyacı yoxdur” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-01-2024, 17:13 Oxunub: 108
Bölməyə aid digər xəbərlər
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
11-01-2024, 11:28
Aqiyə Naxçıvanlı: “2003-cü il müstəqil tariximizin ən həlledici məqamı idi və həmin məqamda Azərbaycan xalqı ən doğru seçimini etdi”
10-11-2023, 13:41
Aqiyə Naxçıvanlı: “ECO-ya üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər”
22-09-2023, 13:44
Aqiyə Naxçıvanlı: “Azərbaycanın hər bir qələbəsi ədalətin təntənəsidir”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO