12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Aqiyə Naxçıvanlı: “2003-cü il müstəqil tariximizin ən həlledici məqamı idi və həmin məqamda Azərbaycan xalqı ən doğru seçimini etdi”

“Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə əslində Azərbaycan tarixinin son 30 illni əhatə edən dövrə bir baxış idi. Aydın məsələdir ki, bu gün ölkəmiz artıq öz tarixinin tamamilə yeni bir mərhələsinə uğurlu keçid edib və bu baxımdan arxada qalan dövrün obyektiv təhlili və qiymətləndirilməsi həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Öz müsahibəsində möhtərəm dövlət başçımız bir daha vurğuladı ki, biz Azərbaycanın bugünkü reallıqlarını məhz 1993-cü illə müqayisə etməliyik. Həqiqətən də Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra inkişaf yoluna ilk dəfə 1993-cü ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra qədəm qoydu. Məhz bundan sonra ölkədə sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və Azərbaycan beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və ölkəmizdə vətəndaş cəmiyyəti yaradıldı, xalq-iqtidar birliyi önəmli bir amilə çevrildi. 2003-cü ili isə, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının tarixində bir yolayrıcı kimi qiymətləndirmək olar. Həmin vaxt səhv istiqamətdə, səhv yola atılmış bircə addım ölkəni geri dönüşü olmayan fəlakətlərə aparıb çıxara bilərdi. Lakin müdrik xalqımız həmin yolayrıcında bircə an olsun belə tərəddüd etmədən yeganə düzgün istiqamətə yönəldi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2003-cü il müstəqil tariximizin ən həlledici məqamı idi. Həmin məqamda Azərbaycan xalqı ən doğru seçimini edərək, ölkəmizdə Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirə biləcək yeganə siyasi lideri, cənab İlham Əliyevi Ölkə Prezidenti seçdi. Məhz 20 il öncə edilmiş müdrik seçimin nəticəsidir ki, bu gün biz torpaqlarımızın işğaldan tam azad olunması ilə, Qarabağımızdan separatizmin, terrorizmin təmizlənməsi ilə səciyyələnən yeni reallıqları, tariximizin ən şərəfli mərhələsini yaşayırıq.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat Prezident İlham Əliyevin Fransa-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən verdiyi açıqlamaların əslində bütün dünyada olan anti-Azərbaycan qüvvələrinə ünvanlanmış ciddi mesaj olduğunu vurğulayaraq bunları deyib: “Öz müsahibəsində cənab Prezident İlham Əliyev çox dəqiq olaraq qeyd etdi ki, bu gün həm Fransada, həm də bir çox digər Avropa ölkələrində böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsində təsadüfi adamlarla – populistlər və demaqoqlarla əvəz olunublar. Bu isə, əlbəttə ki, xoşagəlməz nəticələrə gətirib çıxarır. O cümlədən bu ölkələr tərəfindən Azərbaycanla münasibətlər də artıq fərqli müstəvilərə daşınmaqdadır. Hələ II Qarabağ müharibəsi dövründə Fransa öz ermənipərəst mövqeyini tam ortaya qoyaraq Azərbaycana müxtəlif vasitələrlə təsir etməyə çalışırdı. Lakin bütün bu səylər əlbəttə ki, heç bir nəticə vermədi. Bundan sonra rəsmi Paris gərginliyi artırmaqda davam etdi. Həm parlament, həm də Senat bu gün öz yerini dövlət başçımızın dediyi kimi, tarixin zibilliyində tapmış qondarma “Artsax”ı tanıdılar. Lakin bütün bunlara rəğmən Vətən müharibəsindən sonrakı ilk dövrlərdə ölkələrimiz arasında münasibətlər mövcud idi. Azərbaycanın məcbur olaraq keçirdiyi antiterror əməliyyatından sonra isə, Fransa artıq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı. O cümlədən, bu fəaliyyətin mərkəzində qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi durdu. Lakin cənab Prezident İlham Əliyevin illər boyunca apardığı uğurlu xarici siyasətin nəticələri məhz bu məqamda da özünü ən qabarıq şəkildə göstərdi. Ölkələrin əksəriyyəti Azərbaycanı dəstəklədi və Fransanın bütün cəhdləri tam uğursuzluqla nəticələndi. Bu, rəsmi Paris üçün çox güclü siyasi zərbə idi. İkinci zərbə isə, Avropa İttifaqının onlara qoşulmaması oldu. Hətta Avropa İttifaqı diplomatiyasının rəhbərinin belə Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alması da vəziyyəti dəyişə bilmədi. Bununla belə möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan sadəcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyil. Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələni qaldırıb və Bakı təşəbbüsünü irəli sürməklə müstəmləkə ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçirir. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi başa çatsa da, Bakı Təşəbbüs Qrupu öz fəaliyyətini davam etdirəcək və fransız neokolonializminin ifşa olunması, müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini Azərbaycan hər vasitə ilə dəstəkləyəcək. Heç şübhəsiz Azərbaycan Prezidentinin bu cəsarətli bəyanatları bütün dünyada olan anti-Azərbaycan qüvvələrinə açıq-aydın bir xəbərdarlıq mesajıdır. Heç kim ölkəmizlə təhdid dilində danışa bilməz, heç bir qüvvə Azərbaycan dövləti ilə manipulyasiya edə bilməz.”
Daha sonra A.Naxçıvanlı bu il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı Prezident İlham Əliyevin verdiyi açıqlamaların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Məlumdur ki, növbədənkənar prezident seçkiləri ilə bağlı ictimai mühitdə müxtəlif fikirlər, müxtəlif versiyalar səslənir. Məhz bu baxımdan cənab Prezident İlham Əliyevin bu məsələ ilə bağlı təqdim etdiyi açıqlamalar xüsusi önəm kəsb edir. Dövlət başçısı belə bir qərarın qəbul edilməsini şərtləndirən əsas məqamlardan biri kimi suverenliyimizin tam bərpa olunmasını göstərdi. Qeyd olundu ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan epoxal bir hadisə ilə öz tarixinin yeni bir dövrünə qədəm qoymuşdur. Məhz prezident seçkilərinin də bu yeni dövrün başlanğıcı olması tamamilə doğru bir fikirdir. Bu, əslində bir tarixi zərurətdir. İkinci bir tərəfdən də, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkə ərazilərinin hər bir yerində keçiriləcək. Təbii ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün, bütün ərazilərdə keçiriləcək birinci seçkilərin də məhz prezident seçkiləri olması tamamilə məntiqə uyğundur və bu, müdrik bir qərardır. Dövlət başçımızın dediyi kimi, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinin əsas səbəbi yeni dövrün başlanmasıdır. Əlbəttə ki, prezident seçkiləri bu yeni dövrə, Azərbaycan xalqı isə, bu seçkilərə öz xeyir-duasını verəcək” – deyə, Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 11-01-2024, 11:28 Oxunub: 51
Bölməyə aid digər xəbərlər
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
29-09-2023, 09:20
Aqiyə Naxçıvanlı: “Ulu Öndərin 1993-cü ildə respublikada hakimiyyətə gəlişi bugünkü Qələbələrin təməlində duran əsas amildir”
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU