Eltun Süleymanov: “Bu addım bir daha sübut etdi ki, xalqın Prezident İlham Əliyevə inamı, etimadı, güvəni sonsuzdur”

Eltun Süleymanov: “Bu addım bir daha sübut etdi ki, xalqın Prezident İlham Əliyevə inamı, etimadı, güvəni sonsuzdur”


“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 20 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir. Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürütdüyü 30 illik işğalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasətini əməli şəkildə cəzalandırdı.
Azərbaycan xalqı isə onu özünün rəhbəri kimi, Lideri kimi bağrına basaraq onunla çiyin-çiyinə addımlamaqdan şərəf duydu. Fevralın 7-də bu şərəf və məhəbbətini seçkidə əməli şəkildə büruzə verən xalq bir daha etimad göstərərək cənab İlham Əliyevi növbəti dəfə özünə Prezident seçdi. Çünki cənab İlham Əliyev o lidelərdəndir ki, sözü və əmli daim üst-üstə düşmüş, xalqa verdiyi vədlərin hamısını ləyaqətlə yerinə yetirmişdir. Qazanılan qələbələri isə xalqın adına yazaraq sadəlik və təvazökarlıq nümunəsi göstərmişdir. Bu dəfə də belə oldu. Fevarlın 14-də Milli Məclisdə andiçmə mərasimində çıxış edən cənab prezident bütün qələblərin xalqdan gəldiyini, xalqın birliyinin və möhtəşəmliyinin nəticəsi olduğunu qeyd edərək ona etimad göstərildiyinə görə minnətdarlıq hisslərini ifadə etdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “cənab Prezidentin andiçmə mərasimində söylədiyi nitq mahiyyət etibarilə 20 illik möhtəşəm bir tarixin yekunu və qarşıda duran hədəflərə çatmaq üçün aparılacaq bir mücadilənin manifesti oldu. Ölkə başçısı indiyə qədər qazanılmış uğurların əsil səbəblərini göstərərək bildirdi ki, ilk növbədə düzgün daxili və xarici siyasətin yürüdülməsi, milli birliyin təmin edilməsi, gənc nəslin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, ordunun gücləndirilməsi bizim bu gün qürurla və fəxrlə danışmağımızın əasını təşkil edir.
İkinci Qarabağ müharibəsini şanlı tariximiz adlandıran cənab ilham Əliyev bu müharibədə qazandığımız möhtəşəm qələbənin memarı kimi bu qələbənin sayəsində suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasında mühüm rol oynamış, Azərbaycanı qələbədən-qələbəyə apararaq bütün təzyiqlərə sinə gərmişdir. Çünki bu gücü, bu qətiyyəti xalqdan, onun sevgisindən və etimadından alırdı. Bu haqq mübarizəsində şəhid olan qəhrəman igidlərimizə Allahdan rəhmət diləyən cənab prezident dedi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.”
Bəli, işğaldan azad olunmuş kəndlərimiz, şəhərlərimiz bərpa olunur, yenidən qurulur. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını prioritet elan edən ölkə başçısı dedi: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Onu da nəzərə almalıyıq ki, mənfur düşmən bizim ərazilərimizi minalayıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir. Bütün bunlara baxmayaraq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir.”
Arxada qalan Zəfər seçkisinin özünəməxsus xüsusiyyətlərinə toxunan ölkə başçısı bu seçkinin bir sıra aspektdən qiymətləndirilməsininin düzgün olduğunu vurğulayaraq seçki günü məhz Xankəndidə səs verməsinin əsil mənasını və mahiyyətini belə izah etdi: “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”

Eltun Süleymanov qeyd etmişdir ki, “bəli, biz çox böyük tarixi hadisələrin şahidi kimi fəxr edə bilərik. Fəxr edə bilərik ki, bu gün qürurla “mən azərbaycanlıyam, zad, suveren Azərbaycan respublikasının vətəndaşıyam” deyə bilirik. Bu qürur və fəxarəti isə bizə cənab Prezidentin rəhbərliyi ilə apardığımız mübarizə nəticəsində əldə etmişik.
Ölkəmizin başçısı bundan sonra başlayacaq dövrü yeni çağırışlar və yeni hədəflər dövrü adlandıraraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün xalqı bir daha səfərbər olmağa səslədi. Xalqa inamdan doğan bu çağırış dövlətimizin bundan sonra da yüksəlişinə və inkişafına xidmət edəcəkdir.
Azərbaycanın özünü tam təmin edən ölkə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik”.
Ölkəmizin beynəlxalq nüfuzunun artdığını, beynəlxalq aləmdə Azərbaycanın haqq səsinin eşidildiyini qeyd edən ölkə başçısı həmçinin qeyd etdi ki, Azərbaycanın da üzvü olduğu ən güclü birlik Tükrk Dövlətləri Təşkilatıdır və bizə ikinci yerdə ailə axtarmaq gərək deyildir: “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.”
Hədəf bəlli, yol bəlli, Lider bəllidir. Azərbaycan xalqı yeni dövrə bu bəlli mübarizə yolu ilə qədəm qoyur. İnanırıq ki, xalqımız öz Liderinin müəyyən etdiyi hədəflərə də öz mübarizəsi ilə çatacaqdır. Xalqımız da bu inamla son seçkilərdə səsini öz mübariz Liderinə verdi. Bu addım bir daha sübut etdi ki, xalqın Prezident İlham Əliyevə inamı, etimadı, güvəni sonsuzdur.

Tarix: 15-02-2024, 16:05 Oxunub: 29


Bölməyə aid digər xəbərlər
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası