11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Eltun Süleymanov: “Azərbaycan hər zaman olduğu kimi yenə də əməkdaşlığın, sülhün, təhlükəsizliyin, sabitliyin, inkişafın tərəfindədir, keşiyindədir və bu ənənəsinə sadiqdir”

“Müstəqillik əldə edildikdən sonra Azərbaycan artıq dəfələrlə mötəbər beynəlxalq təbirlərə ev sahibliyi edib, bu tədbirlərin təşəbbüskarı kimi, onların mövzuları düşünülmüş və ardıcıl şəkildə müəyyən olunub. Əlbəttə ki, Azərbaycanın ev sahibliyi etdiyi həmin mötəbər tədbirlər bir qayda olaraq geosiyasi, enerji, mədəniyyət, siyasət, sivilizasiya, din üzrə əməkdaşlığı gücləndirməyə, genişləndirməyə, dialoqa xidmət edir və beləliklə də Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Məhz elə bu baxımdan Qlobal Bakı Forumu da xüsusi təsiri olan, əhəmiyyətli tədbir kimi qiymətləndirilir.
İlk olaraq 2013-cü ildə Cənubi Qafqaz Forumu adı altında təşkil edilən, 2014-cü ildə Qlobal Açıq Cəmiyyətlər Forumu adı ilə keçirilən bu forum, 2015-ci ildən başlayaraq Qlobal Bakı Forumu adlanır və bu Forumda dünyanın bir sıra ölkələrinin dövlət başçıları, tanınmış siyasətçilər iştirak edirlər. Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrlı dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir və bu zaman insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlər müzakirə olunur, onların həlli tapılır. Daha dəqiq desək, forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılmasıdır. Heç şübhəsiz ki, forumun nəticəsi də müvafiq olaraq beynəlxalq təşkilatlara, ölkə liderlərinə, hətta bəzən ayrı-ayrılıqda hər bir şəxsə tövsiyyələr və müraciətlərdə öz öksini tapır.
Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak və çıxış edib.
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “ölkəmizin başçısı öz çıxışında hazırkı dünyada bir sıra problemlərə toxunaraq dünya düzənində vacib olan beynəlxalq hüquq normalarının tətbiqinin vacibliyini bildirib. Cənab Prezident qeyd dib ki, buna nail olmaq üçün ilk növbədə ikili standartlardan əl çəkilməlidir. Konkret nümunə kimi Azərbaycan-Ermənistan münaqişəsinin həllindən sonra Fransanın sərgilədiyi mövqenin yolverilməz olduğunu bildirən cənab İlham Əliyev deyib: “Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.” Halbuki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və bu zaman beynəlxalq hüququn bütün normalarına əməl edilmişdir. Lakin istər ikinci Qarabağ müharibəsində, istərsə də antiterror tədbirləri zamanı Ermənistan Ordusunun müsadirə edilmiş silahlarının qiyməti 5 milyard dollardan artıq olmuşdur. Bəs bu silahları Ermənistana kim, həm də pulsuz vermişdir? Bu silahları verməkdə məqsəd nədir? Təbiidir ki bu sualların cavabı aydındır.”
Eltun Süleymanov qeyd edib ki, “cənab İlham Əliyev bu cür avantüraların bizi yolumuzdan döndərə bilməyəcəyini qətiyyətlə vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan hazırkı vaxtda dünyada gedən iqlim dəyişikliklərinə ciddi reaksiya verən ölkələrdən biridir. Bakıda keçirilməsi nəzərdə tutulan COP29 konfransına hazırlıq prosesi davam edir. Bu konfransa ev sahibliyi edəcək Azərbaycanın əsas məqsədi iqlim dəyişikliklərinə töhfə verməkdir.Ona görə də “Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.” Bu onun göstəricisidir ki, Azərbaycan hər zaman olduğu kimi yenə də əməkdaşlığın, sülhün, təhlükəsizliyin, sabitliyin, inkişafın tərəfindədir, keşiyindədir və bu ənənəsinə sadiqdir.”
Bölməyə aid digər xəbərlər

Tarix: 15-03-2024, 11:10 Oxunub: 85
Bölməyə aid digər xəbərlər
7-12-2023, 13:44
Eltun Süleymanov: “Prezident İlham Forum tribunasından bir daha növbəti qətiyyətli mesajlar verdi.”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
14-02-2023, 12:47
Eltun Süleymanov: "Qərb Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir"
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
1-06-2022, 11:07
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO