11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Aqiyə Naxçıvanlı: “XI Qlobal Bakı Forumu yeni regional reallıqların düzgün qiymətləndirilməsi baxımından unikal platformadır”

“Bu günlərdə Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu öz işinə başlayıb. Forumun bu dəfəki mövzusu “Parçalanmış dünyanın bərpası”dır. Həqiqətən də müasir dünyamızda gedən proseslər bəşəriyyətin həm fiziki, həm də mənəvi cəhətdən çox sayda parçalanmalara məruz qaldığını deməyə əsas verir. Məhz bu səbəbdən də XI Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər aktuallığı və son dərəcə vacibliyi ilə diqqəti cəlb edir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Beynəlxalq tədbirin açılış mərasimində Prezident İlham Əliyevin iştirakının əhəmiyyətini vurğulayan deputat həmçinin bildirib ki, dövlət başçısının çıxışında təqdim olunan açıqlamalar bu gün Cənubi Qafqazda gedən proseslərin və yaranmış yeni reallıqların düzgün qiymətləndirilməsi baxımından çox vacibdir: “Forumun açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bir çox digər məsələlərlə yanaşı son bir ildə regionumuzda baş vermiş qlobal əhəmiyyətli hadisələrin də detallı təhlilini təqdim etdi. Dövlət başçısı bildirdi ki, bəzi dəyişikliklər lokal xarakterli kimi görünsələr də, əslində daha geniş təsir dairəsinə malikdirlər. Əlbəttə ki, qeyd olunan dövr ərzində baş verən ən önəmli geosiyasi dəyişiklik Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsidir. Bu, həqiqətən də həll olunmayan kimi görünən bir çox münaqişələrin həllinə çox müsbət təsir göstərə biləcək bir nümunədir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan uzun illər ərzində bu münaqişənin sülh yolu ilə həllini tapmaq üçün ciddi səylər göstərdi. Azərbaycan bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalması üçün demək olar ki, 30 il ərzində hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdı. Danışırdı ki, ədalət zəfər çalsın. Lakin bu, sülh yolu ilə baş vermədi. Əksinə, keçmiş Minsk qrupunun timsalında bəzi beynəlxalq təşkilatlar yalnız münaqişənin dondurulmasına və Azərbaycan torpaqlarının əbədi olaraq işğalda qalmasına çalışırdılar. Beləliklə, ölkəmizin münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdləri uğursuzluqla qarşılandı. Yalnız bundan sonra Azərbaycan öz legitim hüquqlarından istifadə edərək hərbi yolla işğala son qoydu. Dövlət başçımızın dediyi kimi, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərdi ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, Azərbaycanın ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyi antiterror əməliyyatının nəticəsidir.”
Daha sonra deputat COP29-la bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin Forum iştirakçıları ilə bərabər Azərbaycan ictimaiyyətinin də böyük marağına səbəb olduğunu vurğulayıb: “Möhtərəm dövlət başçımızın çıxışında yer almış və ölkə ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılanan vacib məqamlardan biri də COP29 ilə bağlı oldu. Cənab Prezident İlham Əliyevin bu qlobal əhəmiyyət kəsb edən tədbirin keçirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycanın fəal tərəfdaşı olacağına dair səsləndirdiyi fikirlər də rəğbətlə qarşılandı. Qeyd olundu ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Azərbaycan Prezidenti hər dəfə öz çıxışlarında bəyan etmişdir ki, ölkəmizin neft və qaz sərvətlərinə sahib olmağı bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Əksinə Azərbaycan bu gün yaşıl enerjiyə keçidlə bağlı böyük işlər görür və artıq bu işlərin praktiki nəticələri də var. COP29 Azərbaycana ilk növbədə bunu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Azərbaycanın son 30 ildə apardığı xarici və daxili siyasətin uğur və təntənəsi bunu bariz şəkildə nümayiş etdirir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-03-2024, 13:13 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
20-12-2023, 08:44
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
9-03-2023, 09:16
X Qlobal Bakı Forumu başlayıb - YENİLƏNİB
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
1-02-2023, 16:00
Fevralda hava necə olacaq? - Aylıq proqnoz
30-12-2022, 15:30
Yanvar ayına olan hava proqnozu açıqlanıb
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi