12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baykal-Amur magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur




Azərbaycan müasir tarixinin ən fərəhli illərini yaşayır. Son iki yüz ildə iki dəfə parçalanmaya, ərazisinin otuz illik işğalına məruz qalan dövlətimiz bu günün qüdrətinin zirvəsindədir. Bu zirvəyə aparan yolun memarı ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf xəttini mükəmməl şəkildə davam etdirən və həyati əhəmiyyət kəsb edən prosesləri məntiqi sonluğuna çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.  Məhz Prezident İlham Əliyevin xalqın dəstəyilə həyata keçirdiyi genişmiqyaslı siyasi və iqtisadi islahatlar Azərbaycanın qarşısında dayanan strateji tapşırıqların həll olunmasına gətirib çıxarmaqla yanaşı, ölkəmizin beynəlxalq münasibətlərin önəmli aktoruna çevrilməsinə şərait yaratdı. Belə praqmatik siyasətin nəticəsidir ki, bu gün cənab İlham Əliyev həm Qərbdə, həm də Şərqdə böyük hörmətlə, ehtiramla qarşılanır, qlobal xarakterli mühüm məsələlərlə bağlı müzakirələr məhz ölkəmizin başçısı ilə aparılır. 
Rusiya dövlət başçısı deyib ki, Ulu öndər Heydər Əliyev bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. Həmin gün Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş keçirilib.“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”. Azərbaycan və Rusiyada keçirilən prezident seçkilərindən sonra prezident İlham Əliyevlə Vladimir Putinin ilk şəxsi görüşünə səbəb olan rəmzi hadisə Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyi oldu. Baykal-Amur magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur. Bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.Dünya tarixində bu layihənin bənzərinin olmadığını vurğulayan dövlət başçısı bildirib ki, BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir.
İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.Bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib."Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Ticarət dövriyyəsi artır, hökumətlərarası komissiyanın işi fəal şəkildə inkişaf edir. Şübhəsiz ki, biz regionda təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vəziyyətlə bağlı müzakirələr aparacağıq. Burada çoxsaylı suallar var və onlar çox həssas məsələlərdir" - o bildirib. Rusiya dövlət başçısı deyib ki, Ulu öndər Heydər Əliyev Baykal-Amur magistral xəttinin) inşasında mühüm rol oynayıb."O, bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi" - Putin vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyev də öz növbəsində Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirdiyini deyib.“Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Ulu öndər Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir” - deyə dövlət başçısı bildirib.Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri iki ölkə arasındakı yüksək münasibətlərin olduğunu təsdiqləməklə yanaşı, həm də göstərdi ki, əlaqələrin daha da inkişafı üçün geniş potensial var. Qarabağ münaqişəsinin həll olunması və Ermənistanla başlanılan sərhədlərin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Rusiya qarşısında yeni əməkdaşlıq perspektivləri açır və tərəflər bu imkanlardan maksimum yararlanacaqlarını bildirirlər. Belə bir əməkdaşlıq isə Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Maştağa qəsəbəsi, 293 saylı tam  orta məktəbin 
tarix müəllimi  Aytən Musayeva


Tarix: 24-04-2024, 10:54 Oxunub: 83


Bölməyə aid digər xəbərlər
26-08-2023, 09:26 Şərəfli xidmət missiyası