Azərbaycan – Almaniya münasibətlərinin kökü uzun zaman öncəsinə dayanır.
Bu iki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf etmişdir. Bu tarixi tanış 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilməsi ilə başlamışdır.
Ulu öndər ümumilli lider Heydər Əliyevin siyasi yolunu davam etdirən cənab Ali Baş Komandan İlham Əliyev bu gün də Azərbaycan – Almaniya münasibətlərini sıx şəkildə sürdürür. Aprelin 28 baş tutmuş növbəti işguzar səfər də elə bunun bariz nümunəsidir.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi xüsusi olaraq qarşılamış, Dövlət başçıları birgə foto çəkdirmiş və Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Konfrans zamanı əvvəlcə Almaniya Kansleri Olaf Şolts mətbuata bəyanatla çıxış etmişdir. Bəyanatı zamanı o, prezident İlham əliyevi salamlamış, iki ölkə arasındakı diplomadik münasibətlərin 30 ili keçdiyini vurğulamış, Almaniyanın Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahat olmasını, buradkı gərginliyin artması təhlükəsi mövcudluğunu və son aylar, son həftələr baş verən hadisələrin bunu göz qabağına gətirməsini, bu münaqişənin qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapmasını arzıladıqlarını, burada sülh yolu ilə həll deyəndə həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunmasını nəzərdə tutduqlatını qeyd etmişdir.
Daha sonra bəyanatla çıxış edən prezidentimiz İlk növbədə, cənab Kansler, dəvətə və qonaqpərvərliyə görə təşəkkür etmiş, səfər zamanı aparılan danışıqların bir daha Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədə olduğunu göstərdiyini, Siyasi dialoqların müntəzəm olaraq aparıldığını və səfərin ikitərəfli münasibətlərə çox böyük töhfə verəcəyini qeyd etmişdir.
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəb
Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Fərzəli
Bölməyə aid digər xəbərlər