16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Kamaləddin Qafarov: “Azərbaycanın qaz ixracı coğrafiyasının genişlənməsi çox vacib amildir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti sayəsində Azərbaycanın bu strateji sahədə mövqeləri getdikcə güclənir, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktorlardan biri kimi çıxış edir. İyunun 4-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi də bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı olub. “Məlum olduğu kimi, bu beynəlxalq tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya gətirir”.
K.Qafarov beynəlxalq tədbirin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışında bir sıra önəmli məqamların yer aldığını vurğulayaraq deyib: “ Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Həmin vaxtdan bəri tədbirin miqyasının durmadan genişləndiyini bildirən dövlət başçısı diqqətə çatdırdı ki, Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Fəaliyyətin genişləndirilməsilə bağlı yarana biləcək qaz qıtlığı problemini isə “Şahdəniz” layihəsi birdəfəlik aradan qaldırdı və artıq bu il Azərbaycanın ixrac edəcəyi qazın həcmi 24 milyard kubmetrdən artıq olacaq.”
K. Qafarov Azərbaycanın qaz ixracının coğrafiyasının genişlənəcəyinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin mühüm əhəmiyyətini xüsusi vurğulayıb: “Azərbaycan qaz təchizatı məsələlərində artıq özünü etibarlı tərəfdaş kimi sübut edib. Lakin cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, ölkəmizin təbii qazla təchiz etdiyi coğrafiyanın bundan sonra da genişlənəcəyi yəqindir. Avropa Komissiyası Azərbaycanı artıq çoxdan Pan-Avropa qaz təchizatçısı adlandırır. Dövlət başçımızın dediyi kimi, bu gün Azərbaycan qazını idxal edən 8 ölkədən 6-sı məhz Avropa ölkəsidir ki, bu da kifayət qədər ciddi göstəricidir. Bununla yanaşı, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə fəal danışıqlar aparılır. Məhz bu məqam ölkənin qaz ixracının coğrafiyasının bir qədər də genişlənəcəyini əminliklə deməyə əsas verir” .
Bölməyə aid digər xəbərlər

Tarix: 6-06-2024, 12:30 Oxunub: 52
Bölməyə aid digər xəbərlər
5-06-2024, 13:21
Aqiyə Naxçıvanlı: “Bakı Enerji Həftəsində bərpaolunan enerji ilə bağlı şirkətlərin çoxluq təşkil etməsi önəmli göstəricidir”
5-06-2024, 10:34
Eltun Süleymanov: “Enerji təhlükəsizliyində ölkəmizin yeri və rolu mühüm əhəmiyyət daşıyır”
4-06-2024, 11:01
İlham Əliyev Bakıda bu sərgilərin açılışında... -YENİLƏNİB
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
3-06-2023, 10:21
Enerji təhlükəsizliyinin təminatında Azərbaycanın vacib rolu var
31-05-2023, 11:36
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
5-07-2022, 12:31
Kamaləddin Qafarov: “Sammit Xəzəryanı dövlətlərin müştərək fəaliyyətinə yeni impuls verdi”
6-06-2022, 15:13
Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
3-06-2022, 10:21
Aqiyə Naxçıvanlı: “Azərbaycanın enerji siyasəti regionun təhlükəsizliyinə xidmət edir”
1-06-2022, 11:07
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN
1-06-2022, 10:42
İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
21-11-2020, 12:09
Azərbaycanın defolt reytinqi təsdiqləndi - proqnoz "Mənfi"dir