13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
10:58 / 22-11-2024
III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
10:53 / 22-11-2024
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
Səttar Möhbalıyev: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir”
“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığı, misilsiz uğurlara imza atdığı istiqamətlərdən biri də onun xarici siyasətidir. Dəqiq hesablanmış və düzgün qurulmuş Azərbaycanın xarici siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət, demokratik prinsiplər üzərində daim inkişaf edir. Məhz bu effektli siyasət, o cümlədən ədalətli mövqe, qətiyyətli addımlar dövlətimizi dünyada məsuliyyətli və etibarlı tərəfdaş kimi tanıdıb, regional liderliyini daha da möhkəmləndirib və qlobal aləmdə əsas aparıcı aktora çevirib. Eləcə də beynəlxalq münasibətləri həm nəzəri, həm də praktik səviyyədə dərindən bilən, geniş və məntiqli analitik təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham Əliyev istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqlarını yüksək səviyyədə təmin edir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdən asılı olmayan, tamamilə müstəqil və sərbəst siyasət həyata keçirir. İmza atdığı beynəlxalq layihələr, irəli sürdüyü təşəbbüslər, həmçinin qlobal sülh və təhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün son dərəcə səmərəli olub və yüksək qiymətləndirilib. Heç də təsadüfi deyil ki, ölkəmiz bilavasitə 155 ölkənin dəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Tərəddüdsüz ifadə edə bilərik ki, bu, Azərbaycanın uğurlu xarici siyasətinin mühüm əlamətidir. Digər vacib göstərici isə dünyanın ikinci ən böyük beynəlxalq qurumu olan Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik Azərbaycana etibar edilib. Həmin dövrdə yüksək təşkilatçılıq, nümunəvi və ədalətli idarəçilik, institusional yeniliklər sayəsində bu beynəlxalq təsisat dünyada böyük imic qazandı, qlobal çəkisi isə xeyli artdı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici siyasətində xüsusi önəm daşıyan istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərdir: “Dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan, ərazi və əhali baxımdan ən böyük bir neçə ölkəni özündə birləşdirən ŞƏT-lə ölkəmizin əlaqələri davamlı olaraq inkişaf edir. Bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq sahələrini nəzərdə tutan memorandum imzalanıb və ölkəmiz ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir. Yeri gəlmişkən, burada təmsil olunan və bir araya gələn, demək olar ki, bütün dövlətlərlə ölkəmizin normal əlaqələri var. Təbii ki, bu da təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. Eyni zamanda qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, ticarət, iqtisadiyyat və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması kimi ŞƏT-nin məqsədləri Azərbaycan üçün də xüsusi önəm kəsb edir və ölkəmizin maraqlarına tam cavab verir”.
AHİK sədri Səttar Möhbalıyev ölkəmizin ŞƏT üçün əhəmiyyətini də xatırladıb: “Bildiyimiz kimi, Azərbaycanın bütün sahələri əhatə edən davamlı inkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişli təbii-coğrafi mövqeyi və təşəbbüskarı olduğu nəhəng layihələrin əhəmiyyəti ölkəmizin bu təşkilatla əlaqələrinə ciddi təsir edir. Eləcə də tranzit və nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşkilat və ona üzv dövlətlər üçün üstünlükləri böyükdür. Odur ki, Azərbaycanla əməkdaşlıqda ŞƏT daha çox maraqlıdır”.
“ŞƏT-nin budəfəki - Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşü də ölkəmiz üçün yaddaqalandır. Artıq ikinci dəfədir belə mötəbər tədbirə dövlətimizin başçısı dəvət olunur. Bu, Azərbaycan Prezidentinin şəxsi nüfuzu, dəyərli fikirlərinin və irəli sürdüyü təşəbbüslərin regional əməkdaşlıq üçün önəmini göstərir. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev Rusiya, Qazaxıstan, Türkiyə prezidentləri, Çin sədri və Pakistanın Baş naziri ilə görüşlər keçirdi, səmərəli danışıqlar aparıldı. Baş tutan bütün görüşlərdə qarşı tərəflər bir daha Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə etdilər, həmçinin əlaqələrin mövcud və yeni sahələr üzrə inkişafının vacibliyini bildirdilər. Mən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunmasını xüsusi olaraq vurğulamaq istərdim. Bu, hər iki ölkə arasında münasibətləri yeni müstəviyə daşıyacaq, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirəcək. Bundan başqa, Bəyannamə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə imkanlar yaradacaq”, - Səttar Möhbalıyev qeyd edib.
AHİK sədri əlavə edib ki, ŞƏT-nin Zirvə toplantısı, burada qəbul olunacaq Astana Bəyannaməsi, eləcə də təsdiqlənəcək qərar, bəyanat və təşəbbüslər iştirakçı dövlətlər, o cümlədən Azərbaycan üçün faydalı olacaq, ölkələrarası əməkdaşlığı daha da gücləndirəcək, beynəlxalq və regional problemlərin həllinə ciddi kömək edəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-07-2024, 12:34 Oxunub: 38
Bölməyə aid digər xəbərlər
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
22-12-2023, 15:21
Səttar Möhbalıyev: “Azərbaycanın son 20 ildə keçdiyi yol bizim uğur salnaməmizdir”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO