09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyi və Türkiyənin KADEM təşkilatı ilə birgə həyata keçirdiyi əməkdaşlıq layihəsi uğurla başa çatdı -Fotolar

aia.az xəbər verir ki, 16 dekabr , 2022-ci il tarixində “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi və Türkiyədən KADEM’in ( Qadın və Demokratiya Dərnəyi) birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Türkiyə-Azərbaycan Birliyinin zəfəri: Davamlı inkişaf və qadın məsələləri” adlı konfrans təşkil olundu.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi və KADEM’in birgə əməkdaşlığı ilə “ Türkiyə-Azərbaycan Birliyi: Davamlı İnkişaf, yüksək səviyyəli idarəçilik və qadınların səlahiyyətlərinin artırılması ədalətin təminatı kimi» adlı layihə çərçivəsində təşkil olunan “Türkiyə-Azərbaycan Birliyi’nin zəfəri: Davamlı İnkişaf və qadın məsələləri” adlı konfransın əsas məqsədi Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığının bu gün də uğurla davam etməsi ilə bağlı eyni zamanda , müasir dövrdə gender bərabərliyinin, qadınların cəmiyyət həyatının müxtəlif sahələrində iştirakçılığının təmin olunmasının aktual məsələlərdən biri olduğunu bir daha dilə gətirməkdir. Tədbirə KADEM təşkilatını təmsil edən 10 mütəxəssisdən ibarət rəsmi nümayəndə qatılmışdır.
Süməyyə xanım Erdoğan Bayraktarın rəhbərlik etdiyi KADEM ( Qadın və Demokratiya ) təşkilatı, yarandığı gündən “varlıqda bərabərlik, məsuliyyətdə ədalət” prinsipini müdafiə edən, qadınların ləyaqətlə yaşaya biləcəyi təhlükəsiz cəmiyyət və ədalətli gələcək qurmaq üçün yaradılan və fəaliyyət göstərən təşkilatıdır. Beynəlxalq arenada geniş fəaliyyət göstərən KADEM təşkilatı qadın araşdırmaları və problemlərini beynəlxalq platformalara da daşıyır. Başqa ölkələrlə olduğu kimi, Azərbaycanla da ikili əlaqələrini genişləndirmək və əməkdaşlıq qurmaq təşkilatın məqsədlərindən biridir.
“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” ictimai birliyi Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etmək, elm , təhsil, mədəniyyət sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazını yaratmaq, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq edən bir qurumdur. Müasir dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrimizdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olmaqdır.Həm yerli, həm də beynəlxalq səviyyədə davamlı layihələr həyata keçirdir.
Konfransın proqramına əsasən açılış edən “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri Xəyalə Məmmədova çıxışında bildirdi ki, tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Ümumilikdə, davamlı inkişafın təmin olunması, dünyanın mövcud mənzərəsinin dəyişdirilməsi üçün qarşıya qoyulan vəzifələrin hər biri dünya ölkələri üçün böyük əhəmiyyət daşıyır. Bu vəzifələr sırasında ən vacib məsələlərdən biri qadınların cəmiyyət həyatında iştirakçılığının artırılması, eləcə də gender bərabərliyinin təmin olunmasıdır. Bu gün qadınlarımızın cəmiyyətin müxtəlif sahələrində əldə etdikləri yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisi və nəticəsidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu mövzu çərçivəsində Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İB və KADEM təşkilatı ilə bundan sonra da birgə həyata keçirdəcəyi layihələrlə mühüm addımlar atacaqdır.
Sonra çıxış üçün söz KADEM Baş qərargahının mərkəz direktoru Esra Özdil Gümüşə, layihə rəhbəri Ümit Atmana və mütəxəssisi Ülviye Sanılı Aydına verildi. Ümit Atman xüsusilə çıxışına başlamamışdan öncə hörmətli Süməyyə xanım Erdoğan Bayraktarın salamlarını çatdırdı. KADEM’lə Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyin bir araya gələrək həyata keçirdiyi bu layihənin önəmli addımlardan biri kimi qiymətləndirərək, məmnunluq duyduğunu bildirdi.Məlumat verdi ki, Süməyyə xanım Ərdoğan Bayraktar rəhbərlik etdiyi KADEM təşkilatı yarandığı gündən qadınların ləyaqətlə yaşaya biləcəyi təhlükəsiz cəmiyyət və ədalətli gələcək qurmaq üçün fəaliyyət göstərib.
Qeyd edildi ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, KADEM təşkilatının həyata keçirdiyi layihələri, bölgə nümayəndəlikləri və beynəlxalq təcrübəsi haqqında çıxış edərək,geniş məlumat verdilər.Çıxışların ardınca KADEM-in fəaliyyəti haqqında videoçarxlar nümayiş etdirildi.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu, xalqlarımızı növbəti zəfərlərə apardığını bildirib. Rektor iki qardaş ölkənin Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri müqəddəs missiyada ən yaxın silahdaşlarının məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Türkiyənin birinci xanımı Əminə xanım Ərdoğan olduğunu diqqətə çatdırıb.Elçin Babayev qeyd edib ki, ölkələrimizdə qadınların cəmiyyətin dayağı olduğu həmişə hiss olunur: “Hər iki ölkədə qadınlar bütün sahələrdə aktiv fəaliyyət göstərirlər. Qərb dövlətləri gender bərabərliyi axtarışındadır. Lakin türk dünyasında belə bir problem yoxdur. Bakı Dövlət Universitetində də qadınlar rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərirlər”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə çıxışında Türkiyə ilə Azərbaycanın dostluğunun bütün sahələrdə möhkəm təməllər üzərində qurulduğunu bildirib: “30 illik acıdan sonra Azərbaycan hərbi və siyasi baxımdan böyük uğur əldə edərək Qarabağda zəfər qazandı. Müharibə zamanı Türkiyə həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında oldu. Şuşa Bəyannaməsinin imzalanması türk dövlətlərini birləşdirmək üçün atılan addımdır. Bu Bəyannamə Türkiyə-Azərbaycan qardaşlığını, müttəfiqliyini təsdiq edən sənəddir və siyasi iradəmizi əks etdirir”.
Sonunda isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Elgün Səfərov “Qadın hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlıq” mövzusunda təqdimatla çıxış etdi.
Çıxışlardan sonra Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İB-in Təşkilat Komitəsi KADEM təşkilatının rəsmi nümayəndə heyətinə təşəkkürnamələri təqdim etdikdəm sonra tədbir bədii hissə ilə yekunlaşdı.
Konfransdan sonra Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İB-nin rəhbəri Xəyalə Məmmədova və KADEM nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvləri ilə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndə heyəti ilə rəsmi görüşlər keçirdərək, əməkdaşlıq münasibətlərinin inkişafı və aktual məsələləri müzakirə etdilər.
Layihənin ikinci günündə 17 dekabr 2022-ci il tarixində “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi “ İB Təşkilat Komitəsi tərəfindən KADEM rəsmi nümayəndə heyəti üçün Bakıda “Mədəniyyət Gəzinti” si təşkil edildi.

Bölməyə aid digər xəbərlər

Tarix: 18-12-2022, 10:05 Oxunub: 226
Bölməyə aid digər xəbərlər
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
18-11-2022, 14:14
Nəsimi rayonunda gender bərabərliyi mövzusunda tədbir keçirilib -Fotolar
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
6-10-2022, 10:19
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
25-05-2022, 20:05
Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası bölgənin aparıcı uşaq məktəbəqədər təhsil müəssisələrindən biridir - FOTOLAR
5-04-2022, 22:19
Gədəbəy rayonunda doğum günü münasibətilə şəhidlərin məzarları ziyarət olunub - FOTOLAR
30-03-2022, 19:56
Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında yekun olaraq hesabat-seçki yığıncaqları keçirildi - FOTOLAR
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU