2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 104 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Sevinc xanım Hüseynova-nin Gədəbəy şəhər klubunun həyətində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə, seçicilərin etimadına güvənir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq. O, deputatlığa namizəd Sevinc xanım haqqında seçicilərə məlumat verib. Ötən müddət ərzində rayon seçicilərini parlamentdə layiqincə təmsil edib, eyni zamanda, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib.
Çıxış edən deputatlığa namizəd Sevinc xanım Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Son 4 ildə Cənubi Qafqazda baş verən proseslərə sosial-siyasi aspektdən yanaşdıqda Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və işğala, separatizmə son qoyması ilə regionda tamamilə yeni geosiyasi reallıqlar yaratdığı aydın şəkildə görünür. Şanlı Zəfərlə həm də ölkəmiz üçün yeni inkişaf mərhələsinin əsası qoyulub.Azərbaycan Ordusu sözün həqiqi mənasında, 44 gündə möhtəşəm bir tarix yazdı. Azərbaycan öz ərazilərində suverenliyini bərpa edib və eyni zamanda Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən ən güclü, ən qüdrətli dövlətidir və qonşularımız da bununla razılaşmağa məcburdurlar.Sevinc Hüseynova vurğulayıb ki budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Sevinc xanım Hüseynova çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin Təşviqat qrupunun üzvləri Tural Topçuyev,Rüfət İmamquliyev,Raifə Musayeva və digərləri çıxış ediblər. Qeyd olunub ki, bu gün nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır. Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalardan, seçki prosesindən qalib ayrılıb. Şübhə yoxdur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.
Görüşdə çıxış edən bütün natiqlər və Gədəbəy rayon seçiciləri bəyan ediblər ki, uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Bölməyə aid digər xəbərlər