Nicat Həsənov: Xalq üçün əlamətdar, tarixi bir gün



Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovdur.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nicat Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nicat Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Nicat Həsənov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi. 

Vətənpərvər ziyalımız Nicat Həsənov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Nicat Həsənovda məhz bu amalda olan insanlardandır. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov - Yeni tarixi dövrə qədəm qoyan Azərbaycanda dövlət idarəetmə institutunda zamanın tələblərinə uyğun demokratik yenilənmələrin milli qanunvericilik əsasında çoxşaxəli islahatlar xətti həyata keçirilir. Diqqətə yetirək ki, XXI əsrin dəyişən nizamı hər bir dövlətin idarəçilik sistemində dövrə uyğun islahatlar və yenidənqurma mexanizmlərini tələb edir. Bu: dövlət idarəetmə  islahatlar xəttinin sosio-iqtisadi hədəfi - dayanıqlı inkişaf, modern Güclü dövlət: strateji xətti - milli təhlükəsizliyinin qorunması; daxili siyasəti - əhalinin rifahlı cəmiyyətdə yaşamı; xarici siyasət xətti - beynəlxalq qarşılıqlı əməkdaşlıq: məqsədi–Sülh, Dialoq və Həmrəylikdir.
Dünyanın geosiyasi yeni reallıqları zəminində dövlətçilik institutunun strateji-siyasi xəttində ictimai-mədəni-humanitar tələblər də islahat mexanizmində zəruri amildir.Yeni Dövrdə idarəetmə sahəsində müasir tələblərə uyğun inkişaf açan institutsional qurumlarda da yenilənmələrə ehtiyac yaranır. Bu baxımdan Prezidentlik İnstitutunun əsas və mühüm tərkib hissəsi Birinci vitse-prezidentlik təsisatının yaradılması da ölkədə islahatlar mexanizmində önəmli fəaliyyəti ilə dəstəkverici struktur vahidi olaraq Azərbaycanın modernləşməsində əhəmiyyətli islahat xəttidir.
Nicat Həsənov: Xalq üçün əlamətdar, tarixi bir gün

Müasir Azərbaycanda konstitusion əsaslarla ilk dəfə yaradılan Birinci vitse-prezidentlik təsisatı 2017-ci ildən başlayaraq yeni və faydalı bir dövlət siyasi idarəetmə sistemi olaraq ölkədə Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə səmərəli, çevik fəaliyyət aparır.
Xanım Mehriban Əliyevanın bacarıqlı idarəçilik qabiliyyəti, təşkilatçılıq təcrübəsi, xarizmatik xüsusiyyətləri, milliliyi modernliklə vəhdətdə ehtiva etməsi XXI əsr Azərbaycan qadınının ictimai-siyasi-mədəni Rəhbər obrazıdır.
Prezident İlham Əliyev vurğulayır: “Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının Sədr müavinidir”.
Xanım Mehriban Əliyeva vurğulayır ki: “Bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünki siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi”. Bu məntiqdə Xanım Mehriban Əliyeva fenomenliyinin fəaliyyət yolu, məqsəd və məramı, həyata keçirdiyi tədbir və təşəbbüslər, gerçəkləşdirdiyi həm ölkə daxili sosio-mədəni layihələr, həm də beynəlxalq ictimai-diplomatik missiyası əks olunur. Mehriban xanım Əliyeva fenomenliyində çoxistiqamətli  sahələrdə apardığı real işlərin əhəmiyyətliliyi ölçüsüzdür.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin məğzində xalqına, böyük məntiqi xidmət məramı dayanır ki, bu əsasən:
Birincisi, Azərbaycan xalqının fədakar övladının, Dövlət Xadimi Qadın Rəhbərin dövlətin inkişafında istirakı siyasətidir.
İkincisi, Heydər Əliyev Fondunun prezidenti olaraq gerçəkləşdirdiyi fəaliyyət xəttində Ulu öndər Heydər Əliyev siyasi-mədəni məktəbinin mənimsəmə və həyata tətbiqində nümunəvi dərslərdir.
Üçüncüsü, milli dəyərlərin geniş miqyaslı təbliğində yeni məzmunda bu irsi institusionallaşma və mədəni maarifçilik hərəkatı dirçəlir. Bu Yolda Xanım Mehriban Əliyeva Ulu öndər Heydər Əliyevin geniş siyasi-mədəni “güc”fəaliyyətini məktəbləşdiribdir. 
Dördüncüsü, Heydər Əliyev Fondu prezidentinin kreativ və universal mədəniyyətindən irəli gələn vətənkeşlik, torpağa, el-obaya bağlılıq keyfiyyətləri rasional təfəkkürün, ağıllı zəka təzahürünün dövləti idarəetmədə paradiqmal fenomenliyidir.
Mehriban xanım Əliyevanın Ulu öndər Heydər Əliyev siyasi-mədəni Yolunu davam etdirməsi milli adət-ənənələrin qorunması, milli dəyərləri dirçəldilməsi, dünyaya tanıdılması  məntiqinin göstəricisidir.  
Ölkənin Birinci Xanımının mənən zəngin və geniş dünyagörüşlü zəkasının məcmusu, universal intellekti, kübarlıq xüsusiyyəti komponentidir.
Modern Qadın Rəhbər obrazı Mehriban xanım Əliyevanın Azərbaycan milli irsinin təbliğindəki yorulmaz əməyi də Xalq+Dövlət Birliyindən qaynaq alan “mədəni güc”  amilidir.
Bu baxımdan Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan çoxşaxəli beynəlxalq layihələrin də daxili sosial siyasi fəaliyyətdə rolu əhəmiyyət daşıyır. Nəzərə yetirək ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanı bir güvənc, bir ümid, bir etimad göstərdikləri Ali statuslu Rəhbər kimi qəbul edirlər.
Buradaca digər bir önəmli məsələyə də nəzər yetirək. Belə ki, müstəqil Azərbaycanda Birinci Xanım statusu Xanım Mehriban Əliyevanın şəxsində inkişaf etmişdir. Ölkə Prezidentinin sədaqətli həyat yoldaşı və silahdaşı Xanım Mehriban Əliyevanın fenomenliyi respublikanın mədəni-humanitar, ictimai-siyasi, eləcə də beynəlxalq müstəvidə tanınmasında rolu təkzib olunmaz ictimai-diplomatik fəaliyyəti çoxspektrlidir. Bu kontekstdən Xanım Mehriban Əliyevanı Azərbaycan xalqı Birinci Xanım missiyasında - bütün hadisə və proseslərin mərkəzində, öz diqqəti, öz münasibəti, öz vətənsevər humanizmi ilə ölkə vətəndaşlarına olan sayğı və qayğısında görür, həyatlarında hiss edirlər.
Mehriban xanım Əliyeva fenomenliyində əsrlərdən gələn Azərbaycan milli irsini, mədəniyyətini beynəlxalq aləmdə tanıtdırması dövlətçilikdə ictimai-diplomatik “güc” Yoludur.
Vətən müharibəsində Xalq bütün dəstəyi ilə “İrəli Baş Komandan” amallı Milli Orduya dəstək məsləyində, Prezident İlham Əliyev siyasi-diplomatik-informasion savaş meydanında, Mehriban xanım Əliyeva da vətəndaşlara, şəhid ailələrinə, qazilərə diqqət və qayğı cəbhəsinə dəstək olurdu. 44 günlük Vətən müharibəsində məhz Xalqın, Milli Ordunun, Dövlətin bu vəhdətdən irəli gələrək  Azərbaycan Respublikası həm döyüş meydanında, həm də ictimai-mədəni diplomatik güc savaşında da Zəfər qazandı.
Birinci vitse-prezidentin “mədəni-diplomatik güc” sahəsində fəaliyyət məkanı genişdir. Bu: ictimai diplomatiya; yeni xeyriyyəçilik modeli; milli musiqi, muğam, sazın dirçəldilərək təbliği; milli mətbəx və xalçaçılığın dünyada tanıdılması; ölkənin şəhər və rayonlarının, Qarabağın işğaldan azad olan ərazilərinin bərpa - quruculuq işlərində ənənəviliklə modernliyin vəhdətini yaratmaq və s. proseslərdir. Bu mənada idmanın təbliği də Azərbaycanda idman hərəkatının dünyaya tanıdılması da ictimai-diplomatiyadır. Bütün bu yöndəki təşəbbüskarlıq və təşkilatçılıq respublikada dövlətin inkişaf xəttidir. Bakıda Birinci Avropa Oyunları, eləcə də İslam Oyunlarında Təşkilat Komitəsinin sədri Xanım Mehriban Əliyeva idman yarışlarını “mədəni güc“ amili kimi beynəlxalq “Azərbaycan İdman Günü”Bayramına döndərdi. “Azərbaycan İdman Günü” Bayramında qədim tariximizin müasir baxımdan milli çalarlı xüsusiyyətləri əks olunurdu.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin   formalaşmasında və xalq tərəfindən qəbulunda səmimiliyi, diqqətçiliyi, qayğısevərliyi kimi keyfiyyətlərinin rolu bənzərsizdir. Bu çoxsahəli fəaliyyətin hədəfində Azərbaycanın mədəni inkişafı, bu istiqamətdə ictimai-siyasi məramlı tərəqqi Yolu dayanır.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident statusu Azərbaycan xalqı tərəfindən məntiqi qərar kimi qəbul olunaraq, ölkə vətəndaşları tərəfindən müsbət dəstək qazandı. Bu dəstək məhz Xanım Mehriban Əliyevanın onilliklər ərzində formalaşan Rəhbər Qadın, Rəhbər Birinci Xanım və sadəliyin bariz nümunəsi olaraq, xalqının Vətənsevər övladı kimi “Sizin Mehriban” imzasında təsdiq olundu. Ölkə vətəndaşları Birinci Xanımı insanların sırasında, öz yaxınlıqlarında görməyə alışmışlar. Bu Mehriban xanım Əliyevanın insanpərvərliyindən, genetik xarakterindən, ziyalılığından və yüksək kübar keyfiyyət-lərindən irəli gələn elit mədəniyyətidir. Məhz bu komponentlər də Xanım Mehriban Əliyevanı xalqının ümid, inam ünvanına və sevimlisinə,“Sizin MEHRİBAN” imzalı etmişdir.

Birinci vitse-prezident Xanım Mehriban Əliyeva vurğulayır ki: “Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.   Bu nöqteyi-nəzərdən də “Cəmiyyətdə Xanım Mehriban Əliyevanın nüfuzu şəksizdir, praktiki olaraq ölkənin bütün ictimai-siyasi fəaliyyətində iştirak edir, idarəetmə fəaliyyətində zəngin təcrübəyə malikdir” – fikri “Rossiya 1” telekanalının aparıcısı D.Kiselyova məxsusdur.
Birinci vitse-prezidentin işğaldan azad edilən torpaqların, Qarabağın yenidən Qurulması və Dirçəldilməsində fəaliyyətinin əsasında onun Xalqa xidmət siyasi fəlsəfəsinin təməli, məhz sevdiyi xalqının xoş gələcəyi, firavan həyat tərzi istəyi, Ulu öndər Heydər Əliyev dərslərinin təcrübəsi dayanır.
Mehriban xanım Əliyeva həm Vətən müharibəsindən öncə, həm də post-müharibə dövründə dünyada Xalqının sülhməramlı elçisi olaraq sabitlik, mədəniyyətlər və dinlərarası dialoq müstəvisində, bərabər dinc yaşamaq, təhlükəsiz, müharibəsiz dünya, insanlığın sivil tərəqqisini dəstəkləyən həmrəyliyin, Sülhün reallaşdırılmasına dair çağırışlarla ölkə Milli Məclisinə müraciət ünvanlayan, beynəlxalq ictimaiyyətə “Sülh, Həmrəylik, Bərabərlik”  ideyaları ilə səslənən Azərbaycanın Ali statuslu Qadın Rəhbəridir.
Mehriban xanım Əliyevanın ictimai-siyasi-diplomatik fəaliyyət Yolunda əsas xüsusiyyət onun bu sahədəki işlərində köklü-əsilli, kübarlığı önəm daşıyır. Qadın siyasətçi obrazı, ictimaiyyətçi, xeyriyyəçi olmaq Mehriban Əliyevanın yumşaq ictimai “mədəni güc” fenomenliyidir. Fenomenliyin əsası şəxsin daxilindən gələn təzahürün davranışı, aristokratizmdir.
Mehriban xanım Əliyeva ictimai “mədəni güc” diplomatiyasının hədəfləri nədir... Bu fikrə Xanım Mehriban Əliyevanın öz məntiqi ilə nəzər yetirək: “Mənim  təsəvvürüm, istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir”. Azərbaycanın Birinci Xanımını xalqına sevdirən sadəliyi, səmimiliyi, insanpərvərliyi, humanist fenomenliyidir.
Mehriban xanım Əliyevanın ölkə sərhədlərindən də uzaqlarda təhsil, sağlamıq, təbii fəlakətlər zamanı yardım və xeyriyyəçilik missiyası, həm Qərb, həm də Şərq məkanı ölkələrini əhatə edir.
Mehriban xanım Əliyevanın təşəbbüs və rəhbərliyi ilə gerçəkləşdirilən humanitar-mədəni aksiyalar məhz bu qəbildən olan fəalliyyət hədəfləridir.
Ölkənin Birinci xanımı Cənubi Qafqazda geniş fəaliyyət dairəsi, xarizma və nüfuzu ilə, İslam ölkələrində mənəvi dəyərlərə hörmət, mədəni irsi yaşatmaq diqqəti ilə, Qərbdə də yüksək intellektli, kübar davranışlı modern və sivil dünyagörüşlü Qadın - Rəhbər, siyasi-ictimai, idarəedici funksiyası ilə, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərli bir Lider kimi səciyyələndirilir.
Mehriban xanım Əliyevanın istər sabiq Milli Məclisin deputatı, istər YAP sədrinin Birinci müavinədək siyasətdəki fəaliyyəti, ziyalılıq keyfiyyətləri,  Birinci vitse-prezidentlik təsisatında əməli fəaliyyəti yüksək dəyərli Rəhbər idarəçiliyidir. Mehriban xanım Əliyevanın ictimai-siyasi yanaşmasında əsas qayə insana qayğı, diqqətli münasibətdir. Mehriban xanım Əliyeva vurğulayır: “Mənim məqsədim ondan ibarətdir ki, belə deyək, hətta tənqidə ən çox meyl edən təbəqələrin də müəyyən müddətdən sonra tənqid üçün az əsası olsun”. Məhz bu keyfiyyətlər ziyalı – alim – siyasətçi Qadın Rəhbərin fenomenliyidir. 
Mehriban xanım Əliyeva fenomenliyinin əsas mühüm məqamı da müasir Azərbaycan qadınının siyasi-ictimai-diplomatik obrazının məhz öz fəaliyyəti ilə təqdimidir.
Mehriban xanım Əliyevanın Azərbaycanın və dünyanın çoxsaylı nüfuzlu adları və mükafatları ilə təltif olunması çoxşaxəli fəaliyyətinəverilən qiymətin siyasi fəlsəfəsidir. Təbii ki, bu mükafatlar savad, zəka və qətiyyətlilik, idarəetmədə peşəkarlıq və bilgi, işində iradəli prinsipallıq və humanitarlıq missiyası ilə bahəm yaradıcı ağıl, millətinə, ölkəsinə, dünya insanlığına olan ülvi yanaşma əksinin siyasi fəlsəfəsidir.
Nəzərə yetirək ki, ölkənin Birinci Xanımının yüksək dəyəri, Azərbaycan xalqına “Sizin Mehriban” imzalı müraciəti, ali mükafatı isə Azərbaycan Xalqının  “Bizim Mehribanımız” rəğbətindən doğan hörmət və məhəbbətdir.
Mehriban xanım Əliyeva Vətən müharibəsində Zəfər çalan Azərbaycan Prezidentinin, Qalib Ali Baş Komandanın ömür-gün yoldaşı, silahdaşı, üç övladının  anasıdır. İctimai-siyasi fəaliyyətlə ailə məsuliyyətinin vəhdətini uzlaşdırmaq da Xanım Mehriban Əliyeva fenomenliyinin Qadın-Dost-Ana xüsusiyyəti, ictimai-diplomatik-humanistik fəaliyyəti də bu cəhətləri həssaslıqla cəmiyyətlə uyğunlaşdırma qabiliyyətidir.
Mehriban xanım Əliyeva istər siyasi motivdə, istər ictimai yöndə, yaxud mədəni-sosial humanitar zəmində də hər hansı bir fəaliyyəti əzmlə və yüksək səviyyədə həyata keçirir.
Fikrimizi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözləri ilə bitirək: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə məhz bu mənəvi dəyərləri uca tutaraq, ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”. Və... “Bizim Mehribanımızın” dediyi kimi: “Tanrı Azərbaycanımızı qorusun”!


Tarix: 26-08-2024, 11:37 Oxunub: 53


Bölməyə aid digər xəbərlər