16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
Vaqif müəllim: Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır
Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də SN Park MMC -nin rəhbəri Vaqif müəllimdir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan SN Park MMC -nin rəhbəri Vaqif müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Vaqif müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
SN Park MMC -nin rəhbəri Vaqif müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vaqif müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vaqif müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, SN Park MMC -nin rəhbəri Vaqif müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“SN Park MMC -nin rəhbəri Vaqif müəllim - Tikinti sektorunun inkişafında yeni üfüqlər. Ölkə inşaatçıları 14 ildir ki, hər il aprelin 10-nu peşə bayramları kimi qeyd edirlər. Bu, inşaat sahəsində çalışanların əməyinə verilən böyük dəyərdir.
İqtisadiyyatın sürətli inkişafında tikinti sektorunun payı olduqca böyükdür. Heç də təsadüfi deyil ki, bu sahə bir çox ölkələrdə bütöv bir iqtisadi zənciri hərəkətə gətirən mexanizm kimi qəbul edilir. Ümumiyyətlə, tikinti sektoru dünyada iqtisadi inkişafda və dayanıqlığının güclənməsində xüsusi yerə malikdir.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Ulu öndərin hakimiyyəti dövründə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi artırılmışdır. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə genişmiqyaslı quruculuq proqramları həyata keçirilmişdir.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində şəhərsalmanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir verir, bu sahədə paytaxtda xeyli işlərin görüldüyünü xüsusi qeyd edirdi.
1996-cı ildə Heydər Əliyevin Bakıda Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində çıxışı zamanı səsləndirdiyi bu sözlər Onun vətənə hədsiz məhəbbətini, işinə münasibətini, quruculuq və yaradıcılıq həvəsini çox gözəl əks etdirir: "Mən şəhərin hər bir daşını, hər bir küçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini və paytaxtımız olan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır".
1969-1982-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərinin inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi dəyişdi. 14 ildə yeni binalar, mədəniyyət obyektləri istifadəyə verildi, yaşayış evlərinin tikintisi geniş həcmdə həyata keçirildi. Bu illərdə tikilən çoxmənzilli binalar bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 il ərzində respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə yeni mənzillə təmin edilməsinə imkan yaratmışdı.
Görülən işlərin ulu öndərin daim diqqət mərkəzində olması bu sahənin əsas göstəricilərinin əvvəlki illərə nisbətən dəfələrlə artmasını, tikilən mühüm obyektlərin vaxtında və yüksək keyfiyyətlə istifadəyə verilməsini təmin etmişdir. Onların sırasında Kür su kəmərini, "Neftçilər" və "Nizami" metro stansiyalarını, Yeni Bakı Neftayırma Zavodunun emal kompleksini, Bakı Məişət Kondisionerləri Zavodunu, Qaradağ rayonunda nəhəng Dərin Özüllər Zavodunu və digərlərini misal gətirmək olar.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18272,3 milyon manat vəsait yönəldilmişdir. Ümumi sərmayənin 50,7 faizi dövlət, 49,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 3,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Ötən il Bakı şəhərində Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi, İlahiyyat İnstitutunun yeni binası, 7 saylı "ASAN xidmət" mərkəzi, Bakı Metropoliteninin "Xocahəsən" stansiyası, "Xocahəsən" elektrik deposu, regionlarda isə Zəngilan Beynəlxalq Hava Limanı, Gəncə regional "ASAN xidmət" Mərkəzi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, "Şabran" İstirahət Kompleksi, Kəlbəcər rayonunda "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur.
Bu gün isə işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti işlərində Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və müasirliyi öz əksini tapır.
Genişmiqyaslı bərpa işləri və yeni infrastrukturun qurulması tikinti sektorunun inkişafında yeni üfüqlər, imkanlar açır. Yerli investorların işğaldan azad olunan torpaqlara sərmayə yatırmaları üçün də real şərait yaranmış, həmçinin bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə işğaldan azad olunmuş ərazilərə yeni həyat verilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-09-2024, 10:23 Oxunub: 19
Bölməyə aid digər xəbərlər
18-09-2024, 11:57
Nizami Əliyev şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərir
26-08-2024, 11:37
Nicat Həsənov: Xalq üçün əlamətdar, tarixi bir gün
16-08-2024, 12:51
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov şəhid ailələrimizə hər zaman dəstəkdir
14-08-2024, 08:34
Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
25-07-2024, 11:27
Vətənpərvər ziyalımız Əbülfət Qocayev tərəfindən Şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir
3-07-2024, 23:22
164 №-li tam orta məktəbdə təhsilə qayğı ən yüksək səviyyədədir
15-05-2024, 11:31
Şuşa Azərbaycan xalqının əyilməz ruhunun rəmzidir
15-05-2024, 11:27
Görəsən Bəzi sayt rəhbərləri bu cür yazılardan yazmırlar, şantaj xarakterli yazılar dərc edirlər - Xəyyam Fərəcov
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO