11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
İşğaldan azad edilmiş ərazilərdə ilk həmkarlar ittifaqı fəaliyyətə başlayıb -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyevlə görüşüb.
aia.az xəbər verir ki, AHİK sədri Sahib Məmmədov yeni təsis olunmuş komitəyə uğurlar arzulayıb və bildirib ki, komitə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan ilk həmkarlar ittifaqıdır. Bunu həmkarlar ittifaqları tarixində əlamətdar hadisə adlandıran Sahib Məmmədov komitənin səmərəli fəaliyyəti üçün onlara həm üzv olduqları Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, həm də AHİK tərəfindən hər cür dəstəyin göstəriləcəyini vurğulayıb. Konfederasiya sədri qeyd edib ki, Şərqi Zəngəzuru və Qarabağı xalqımıza qaytaran cənab Prezident İlham Əliyev bu gün həmin ərazilərdə aparılan tikinti-quruculuq işlərinin də baş memarıdır. Onun sözlərinə görə, işğaldan azad olunmuş şəhər və kəndlərimiz yaxın gələcəkdə əvvəlkindən də yaxşı görkəm alacaq və ölkəmizin hərtərəfli, o cümlədən iqtisadi inkişafına böyük töhfələr verəcək. İttifaq üzvləri üçün layiqli iş şəratinin yaradılması, əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili, həmçinin bərabər imkanların yaradılması, əlçatanlığın təmin olunması ilə bağlı Həmid Mehdiyevə tövsiyələrini verən AHİK sədri yaxın vaxtlarda Şərqi Zəngəzur və Qarabağda həmkarlar ittifaqı təşkilatlarının sayının artacağına əminliyini də ifadə edib.
Xidmətin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyev bildirib ki, təmsil etdiyi təşkilat Xankəndi şəhərində işçilərinin təşəbbüsü ilə təsis olunub, hazırda ittifaqın 150 üzvü var, gələcəkdə üzvlərin sayının artması gözlənilir. O həmçinin üzvlərin əksəriyyətinin keçmiş məcburi köçkün və şəhid ailələri olduğunu və səlahiyyətləri çərçivəsində onlara hər cür dəstəyi göstərəcəklərini və qanuni mənafelərini layiqincə qoruyacaqlarını qeyd edib.
Sonda AHİK sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul olunması barədə Rəyasət heyətinin qərarını Həmid Mehdiyevə təqdim edib.

Bölməyə aid digər xəbərlər

Tarix: 25-09-2024, 19:24 Oxunub: 34
Bölməyə aid digər xəbərlər
18-03-2024, 15:26
“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub -Fotolar
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
29-11-2023, 15:07
Ankarada TDHİT-nin Qurultayı keçirilib -Fotolar
31-07-2023, 17:16
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib
14-06-2023, 11:18
İlham Əliyev fərman imzaladı
4-05-2023, 16:18
AHİK tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib -Fotolar
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
21-01-2023, 11:06
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb
16-11-2022, 15:33
AHİK İcraiyyə Komitəsi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb Bəyanatda deyilir:
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
14-09-2022, 12:30
Azərbaycan həmkarlar ittifaqları Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları ilə bağlı beynəlxalq həmkarlar ittifaqı təşkilatlarına müraciət edib
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 14:33
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI