11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Eltun Süleymanov: "Aşıq Ələsgər xalq şeirinin ən böyük nümayəndələrindən idi"

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam oldu. Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi mühüm tarixi əhəmiyyət daşıyır. Bu addım mədəni irsimizin qorunması ilə yanaşı həm də Qərbi azərbaycanlılar üçün nikbin bir mesaj, dədə-baba yurdlarına qayıtmaq üçün inamın hələ də yaşamasıdır. Cənab Prezidentin çıxışında da bu məsələlər xüsusi diqqətə çatdırıldı, tarixi həqiqətlər dilə gətirildi. Cənab Prezident deyib ki, “Bildiyiniz kimi, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir. Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi“. Bəli bu tarixi gerçəkliklər dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Həqiqətlərin söz bayramında, Aşıq Ələsgər bayramında dilə gətirilməyi hə də o deməkdir ki, bu ədalətsizliyə də son qoyulacaq, Qərbi azərbaycanlılar öz yurd yerlərinə dönəcəklər. Cənab Prezident vurğulayıb ki, “xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”. Bu fikirlər Qərbi Azərbaycana qayıdışa çağırışdır, inamları yaşaması üçün bir stimuldur deyə-E. Süleymanov fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-10-2024, 09:34 Oxunub: 77
Bölməyə aid digər xəbərlər
26-08-2024, 11:37
Nicat Həsənov: Xalq üçün əlamətdar, tarixi bir gün
29-07-2024, 11:21
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev ana dilimizi sovet dönəmində dövlət dili statusuna yüksəltməklə ən böyük tarixi nailiyyətlərdən birinə imza atdı”
29-07-2024, 10:45
Eltun Süleymanov: “Müstəqil Azərbaycan Respublikasında ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
1-08-2023, 08:55
Səttar Möhbalıyev: “Xalqımızın sahib olduğu ən böyük dəyərlərdən biri də Ana dilimizdir”
28-07-2023, 09:23
Eltun Süleymanov: “Dilimzin saflığını qorumaq, yaşatmaq, inkişaf etdirmək mənəvi borcumuzdur,”
27-07-2023, 13:20
Aqiyə Naxçıvanlı: “Əsrlərdən keçib gələn mənəvi irsimizi daha da zənginləşdirmək bizim gələcək nəsillər qarşısında borcumuzdur”
15-06-2023, 16:33
Eltun Süleymanov: “Ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur"
17-04-2023, 10:54
Eltun Süleymanov: “Zərifə Əliyeva xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir”
2-11-2022, 13:56
DAŞKƏSƏNDƏ AŞIQLAR BİRLİYİNİN BÖLMƏSİ YARADILIB VƏ AŞIQLAR KONSERT PROQRAMI İLƏ ÇIXIŞ EDİBLƏR
25-08-2022, 23:09
MEHRİBAN ƏLİYEVAYA XAS OLAN YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR BİR MƏDƏNİYYƏT MƏKTƏBİ KİMİ ÖYRƏNİLMƏLİDİR
19-08-2022, 11:15
Teymur bəy Bayraməlibəyov - 160
1-08-2022, 09:31
Səttar Möhbalıyev: “Ana dilimizin zənginləşdirilməsi və saflığının qorunması istiqamətində mühüm işlər görülür”
26-07-2022, 13:49
Azərbaycanda ana dilimizə həssas yanaşma siyasi varislik və ənənələrə sadiqliklə təmin edilir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video