09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Həqiqət Qədimova: Günlərdən Cəbrayıl

UNEC-in Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova - Təcavüzkar Ermənistanın işğalda saxladığı rayonlarımızdan biri də Cəbrayıl rayonu olmuşdur. Cəbrayıl işğal zamanı 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. 1050 kvadrat kilometri əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Cəbrayıl rayonu təbii sərvətlərlə zəngin rayonlarımızan biri olmuş, işğala qədər kənd təsərrüfatının bir çox sahələri yaxşı inkişaf etmiş, eyni zamanda, bir sıra sənaye müəssisələri mövcud olmuşdur. Rayonda qədim tarixi-mədəni abidələr - Divlər sarayı mağarası, Qalacıq kəndindəki Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
İşğala məruz qalan Cəbrayıl rayon sakinləri 27 il məcburi köçkün həyatı yaşamalı olmuş və respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar.
Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-də keçirdiyi Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi və eləcə də bəzi strateji yüksəkliklər işğalçılardan azad edilmişdi. 2016-cı ilin Aprel döyüşləri zamanı isə ordumuzun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Şanlı ordumuzun bu uğurları ölkəmizi Böyük Qələbəyə yaxınlaşdırırdı.
2020-ci ildə Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb və düşmən 27 sentyabr tarixində növbəti dəfə təxribatlara əl atanda ordumuzun cavabı çox ağır oldu. Vətən müharibəsinin ilk günü Cəbrayılın 2 kəndi məhz işğaldan azad olundu. Zəfər yürüşünü davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Aparılan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və 80 kənd işğaldan azad edildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 26 noyabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təsis edilmiş və ümumilikdə 22797 hərbçi bu medalla təltif edilmişdir. Cəbrayıl rayonu azad edildikdən sonra dövlət başçısı İlham Əliyev 10 dəfə rayona səfər etmiş, ilk səfəri zamanı Xudafərin körpüsündə dövlət bayrağımızı ucaltmışdır. Digər səfərləri zamanı isə Prezident İlham Əliyev çoxsaylı təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü kimi müəyyən olub.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, insanların öz doğma yurd-yuvalarına qayıdaraq yaşaması və işləməsi üçün lazımi infrastrukturun yaradılması istiqamətində ciddi tədbirlər görülür. Artıq sentyabrın 26-da 36 ailə - 117 nəfər Cəbrayıl şəhərinə köçürülüb.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-10-2024, 14:19 Oxunub: 165
Bölməyə aid digər xəbərlər
4-10-2024, 13:55
Seymur Orucov: “Böyük Zəfərə aparan yolun başlanğıcı”
4-10-2024, 13:47
Elşad Quliyev: Böhrandan Qələbəyə - Azadlığa qovuşan ilk şəhər
1-10-2024, 11:59
Eltun Süleymanov: "Böyük Zəfərin ilk azad şəhəri"
25-09-2024, 13:29
Həqiqət Qədimova: Bölgənin yeni elmi-mədəni mərkəzi
26-08-2024, 08:28
Mehriban Əliyevanın doğum günüdür
3-02-2024, 08:06
Şişirdilmiş rəqəmlərlə gizlədilən çöküş: Ermənistan iqtisadiyyatının üzləşdiyi çətinliklər - ARAŞDIRMA
7-12-2023, 10:12
UNEC-nin Zaqatala filialında"Əbədiyaşar, fenomen dahi şəxsiyyət Heydər Əliyev" mövzusunda tədbir keçirildi
4-10-2022, 09:44
Kamaləddin Qafarov: “Zəfər yürüşü Lələtəpədən başladı... ”
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
14-02-2022, 10:02
İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu - FOTO
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO