11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Göydəniz Qəhrəmanov: “Ulu Öndər Heydər Əliyev ölkəni Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli bəlalardan xilas etdi”

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi qarşısında olan ən böyük xidməti Ümummilli Liderin xilaskarlıq missiyası ilə bağlıdır. Çünki bu missiya yerinə yetirilmədən bu gün nə müstəqil Azərbaycan mövcud olmazdı, nə də hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixinə yazılmış ən şərəfli və eyni zamanda da ən önəmli səhifələrdən biridir. Ölkəmizin 32 il bundan əvvəl qədəm qoyduğu möhtəşəm qurtuluş və nicat yolu bu gün xalqımızı ard-arda gələn möhtəşəm qələbələr, tarixi nailiyyətlərlə müjdələyir. Milli Qurtuluş Gününün banisi Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə, hər bir vətənpərvər azərbaycanlı üçün örnək ola biləcək fədakarlıqla sevirdi. Ötən əsrin sonlarında yeni bərpa olunmuş müstəqilliyimizin ilk iki ili Azərbaycanın müasir tarixində hərc-mərclik, özbaşınalıq, xaos dövrü kimi xatırlanır. Həmin dövrdə respublikaya rəhbərlik edən şəxslər baş verən proseslərdən düzgün nəticə çıxara bilmirdilər. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyev dühası Azərbaycan tarixində həm də xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir.”
Bu sözləri 15 iyun – Milli Qurtuluş Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Daha sonra fikirlərini davam etdirən deputat Ümummilli Lider Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında göstərdiyi misilsiz xidmətlərlərdən bəhs edərək bunları deyib: “Ümummilli Lider qısa zamanda qiyamçı dəstələrin zərərsizləşdirilməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. Qanunsuz silahlı birləşmələri tez bir zamanda aradan qaldıran Ulu Öndər eyni zamanda cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi, Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Bu gün isə Azərbaycan öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır və Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu tarixin ən önəmli səhifələrini yazır.”
Sonda G.Qəhrəmanov milli qurtuluş ideologiyasının təntənəsinin özünü müstəqil respublikamızın davamlı inkişafında aşkar büruzə verdiyini qeyd edib və bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycanın ardıcıl əldə etdiyi qələbələrin təməlində duran ən mühüm amildir: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu gün Azərbaycanı tarixi zəfərlər yolu ilə parlaq gələcəyə doğru inamla aparır. Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasını və siyasi kursunu müasir dövrün tələblərinə uyğun formatda inkişaf və davam etdirən dövlət başçısımızın ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq ökəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da 30 il Azərbaycanı narahat edən Qarabağ problemi birdəfəlik öz həllini tapdı. Bütün bunlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasət kursunun növbəti tarixi qələbəsi oldu və Azərbaycanı qarşıda hələ çox möhtəşəm zəfərlər gözləyir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-06-2025, 09:29 Oxunub: 45
Bölməyə aid digər xəbərlər
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
22-11-2024, 11:23
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
26-08-2024, 11:37
Nicat Həsənov: Xalq üçün əlamətdar, tarixi bir gün
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-06-2022, 17:02
Rüstəm Nağıyev: “Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürməklə bir daha ümumxalq liderliyi keyfiyyətlərini nümayiş etdirdi”
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
7-10-2021, 12:27
Polis bu paylaşımlara görə məşhurlara xəbərdarlıq etdi - AÇIQLAMA
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO