10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Eltun Süleymanov: “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə iqtisadi deyil, siyasi cəhətdən də dərin rəmzi olan bir hadisədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Cənab Prezident burada qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib. Daha sonra “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edib.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə iqtisadi deyil, siyasi cəhətdən də dərin rəmzi olan bir hadisədir. Cənab Prezident İlham Əliyev bu tarixi hadisəyə bu cür qiymət verib: “Zəfər xalqımıza, dövlətimizə yaraşır.” Stansiya cəmi iki il ərzində tikilib istifadəyə verilmişdir ki, bu da enerji sənayesində nadir hallardadır. Bu sürətli inşaat çevik idarəetmənin, milli kadr potensialının və beynəlxalq əməkdaşlığın sintezidir. İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi Azərbaycanın qlobal enerji bazarlarında çoxtərəfli siyasət yeritdiyinin göstəricisidir. Cənab Prezident vurğulayır: “Həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.” Azərbaycan Avropanın enerji təhlukəsizliyinin kilid ölkələrindəndir. Hazırda Azərbaycan qazı TAP, TANAP kimi qlobal xətlərlə Avropaya çatdırılır. İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın Mingəçevirdəki energetika obyektlərini bombalaması, enerji infrastrukturunun müdafiəsinin Azərbaycan üçün əhəmiyyətini daha da artırdı. Beynəlxalq enerji bazarlarında şəffaflıq və sürətlilik Azərbaycan modelinin üstünlükləridir. İtaliya kimi ölkələrlə xam neft, Çinlə bərpaolunan enerji sahəsində qurulan uzunmüdətli əməkdaşlıqlar Azərbaycanın enerji siyasətinin qlobal miqyasda balanslı və davamlı olduğunu göstərir. Avropa İttifaqının 2022-ci ildə Azərbaycanla imzaladığı memorandum Avropanın Azərbaycan qazına strateji ehtiyac duyduğunu rəsmiləşdirdi Bununla yanaşı, Azərbaycanın 2030-cu il yaşıl enerji hədəfləri Avropa bazarlarına elektrik enerjisi ixracı baxımından yeni perspektivlər açır. Mingəçevir stansiyasının istifadəyə verilməsi təkcə texniki deyil, siyasi və qlobal enerji balansı baxımından da mühüm hadisədir. Azərbaycan bu layihə ilə bir daha göstərdi ki, daxili potensial və beynəlxalq əməkdaşlığı sintez edən enerji siyasəti müdafiə olunması vacib olan milli maraq sahəsidir. Azərbaycan bu gün yalnız xam neft və təbii qaz deyil, artıq elektrik enerjisi, xüsusilə də yaşıl enerji ixracçısına çevrilməkdədir. Gələcəkdə yaşıl enerji layihələri çərçivəsində elektrik enerjisi Avropaya birbaşa ixrac ediləcək. Qürurla deyə bilərik ki, Azərbaycanın beynəlxalq enerji strategiyası artıq öz səmərəsini verir. İtaliya və Çinlə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri, Avropa İttifaqı ilə inkişaf edən münasibətlər ölkəmizi etibarlı tərəfdaş kimi daha da gücləndirir. Bütün bu uğurlar Azərbaycanın düşünülmüş enerji siyasətinin nəticəsidir. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın dünya miqyasında inkişaf və sabitlik məkanı kimi tanındığını vurğulayaraq deyib: "Bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq." Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi ilə Azərbaycan bir daha sübut etdi ki, enerji siyasətində məqsədyönlü addımlar, çevik idarəetmə və güclü beynəlxalq əməkdaşlıq sayəsində qlobal enerji xəritəsində söz sahibidir. Dövlətimizin başçısı onu da vurğulayıb ki, “Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulmuşdur, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılmışdır. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanmış və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.” Nəticə etibarı ilə, Azərbaycanın daxili enerji təhlukəsizliyini bərkidən, ixrac imkanlarını artıran və yaşıl enerji perspektivlərinə açılan bu strategiyası regional tərəqqi və qlobal əməkdaşlıq baxımından model xarakteri daşıyır-deyə E. Süleymanov fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-06-2025, 09:29 Oxunub: 31
Bölməyə aid digər xəbərlər
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
22-03-2023, 08:49
Çin savaşa qatılır, Kreml "Si notu"nda rəqs edəcək: Rusiya "kiçik qardaş"a çevrilir
14-02-2023, 14:32
Aqiyə Naxçıvanlı: “Mingəçevir Elektrik Stansiyasının ölkənin daxili resursları hesabına inşa edilməsi dövlətimizin iqtisadi qüdrətinin daha bir göstəricisidir”
14-02-2023, 12:47
Eltun Süleymanov: "Qərb Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir"
4-09-2022, 16:11
Aqiyə Naxçıvanlı: İtaliya-Azərbaycan Universiteti ölkələrimiz arasında dostluq əlaqələrinin parlaq səhifəsidir
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO