08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
10:01 / 27-07-2026
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
09:13 / 27-07-2026
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
09:00 / 27-07-2026
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
12:11 / 25-07-2026
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
11:39 / 25-07-2026
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
10:17 / 25-07-2026
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
10:00 / 25-07-2026
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
09:02 / 25-07-2026
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Aqiyə Naxçıvanlı: İtaliya-Azərbaycan Universiteti ölkələrimiz arasında dostluq əlaqələrinin parlaq səhifəsidir

Dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, artıq sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.
Bu sözləri sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilmiş beynəlxalq forumda Prezident İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı ilə əlaqədar münasibət bildirən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Xanım deputat Azərbaycan Prezidentinin Forumda çıxışında Azərbaycan və İtaliya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri kimi təhsil sahəsinin vurğulandığını xatırladıb: “Forumda əsas müzakirə edilən mövzu enerji təhlükəsizliyi siyasəti olsa da, təhsil sahəsində əməkdaşlığın da əhəmiyyətinin qeyd edilməsi uzun müddət təhsil sferasında çalışmış biri kimi mənim diqqətimdən yayınmadı. Prezident İlham Əliyev çıxışında bu əməkdaşlığa nümunə kimi Azərbaycanın ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti olan Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universiteti ilə tərəfdaşlıq etdiyini yada saldı. Forumdan bir gün əvvəl Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu. Yada salmağa dəyər ki, Prezident İlham Əliyevin hələ 2020-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərir. 2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və bildirib ki, İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Dövlətimizin başçısı əminlik ifadə edib ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Sözügedən ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq. Həmin tədbirdə Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino isə çıxış edərək çox düzgün vurğulayıb ki, bu gün beynəlxalq səviyyədə yaşanılan çətinliklər dövründə Prezident Əliyev öz qətiyyətini, uzaqgörənliyini nümayiş etdirərək iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha güclü təməlini məhz burada qoyub. ADA Universitetinin rektoru professor Hafiz Paşayev də yaxşı qeyd edib ki, İtaliya-Azərbaycan Universiteti iki ölkə arasındakı münasibətlərin böyük bir hissəsidir”.
A.Naxçıvanlı İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakının, iqtisadi layihələrin həyata keçirilməsində aktivlik göstərməsinin iki ölkə arasında münasibətlərdə yeni bir parlaq səhifə açdığını əminliklə vurğulayıb: “Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini yaxşı tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Xüsusilə İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxaracaqdır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-09-2022, 16:11 Oxunub: 147
Bölməyə aid digər xəbərlər
4-09-2022, 13:28
Kamaləddin Qafarov: “Azərbaycanla İtaliya arasında iqtisadi-siyasi dialoq olduqca fəaldır”
1-09-2022, 12:37
Azərbaycanla İtaliya arasında sənədlərin mübadiləsi oldu
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
22-04-2022, 08:30
Aqiyə Naxçıvanlı: “Azərbaycan və Qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır”
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
4-04-2022, 10:35
Aqiyə Naxçıvanlı: Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibinə çevrilib
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU