11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Aqiyə Naxçıvanlı: “Mingəçevir Elektrik Stansiyasının ölkənin daxili resursları hesabına inşa edilməsi dövlətimizin iqtisadi qüdrətinin daha bir göstəricisidir”

“Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri və birbaşa rəhbərliyi ilə ardıcıl həyata keçirilən məqsədyönlü tədbirlər, icra olunan strateji əhəmiyyətli layihələr sayəsində Azərbaycan özünün enerji potensialını durmadan artırır. Müasir dövrümüzdə məhz enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğu üçün, Azərbaycanın da Avropanın enerji təhlükəsizliyində rolu getdikcə daha önə çəkilir. O cümlədən Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının tikintisinə başlanması da dövlətimizin bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək qərarından xəbər verir. Fevralın 13-də Bakıda “Gülüstan” sarayında keçirilmiş İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, açılışı 2025-ci ilə planlaşdırılan bu stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Məlumdur ki, Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir və burada fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkənin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, Mingəçevirin təkcə Azərbaycanın deyil, ümumilikdə Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində mümkün olmuşdur. 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun açılışı da 1981-ci ildə məhz Ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə baş tutmuşdur. Təbii ki, 40 ilə yaxın müddət işlədikdən sonra stansiyanın infrastrukturu köhnəlmişdir. Bu səbəbdən də, 2018-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində 8 blok tamamilə yenidən qurulmuş və 2020-ci ildə stansiya tam gücü ilə yenidən istifadəyə verilmişdir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat qeyd edib ki, Mingəçevir Elektrik Stansiyasının ölkənin daxili resursları hesabına inşa edilməsinə dair verilmiş qərar bir daha dövlətimizin iqtisadi müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisi kimi qiymətləndirilməlidir: “Öz çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, yeni Mingəçevir Elektrik Stansiyası Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi səmərəlilikdir və Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturunun mövcud olmasıdır. Həmçinin stansiyanın xarici tərəfdaşlarla, İtaliya və Çin şirkətləri ilə birlikdə inşa ediləcəyi isə bir daha ölkəmizin xarici əlaqələrinin, Azərbaycana olan etimadın yüksək səviyyədə olmasından xəbər verir. Xüsusi olaraq dövlətimizin başçısı bunu da qeyd etdi ki, İtaliya şirkətinin bu layihədə iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Xüsusilə məhz energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.”
Daha sonra A.Naxçıvanlı ermənilərin Vətən müharibəsinin gedişində Azərbaycanın digər dinc şəhər və rayonları kimi, Mingəçeviri də raket atəşinə tutmalarının eyni zamanda Avropanın enerji təhlükəsizliyinə də bir təhdid olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. 2020-ci ilin sentyabr-noyabr aylarında döyüş meydanında ardıcıl məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu. O cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdu. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Bununla ermənilər Azərbaycanın elektrik enerjisi potensialına zərbə vurmaq istəyirdilər. Lakin onların bu niyyətləri baş tutmadı. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaq və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Həmçinin yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə azalacaq və bununla, ölkəmiz ətraf mühitin qorunması istiqamətində son dərəcə əhəmiyyətli addım atmış olacaqdır”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-02-2023, 14:32 Oxunub: 95
Bölməyə aid digər xəbərlər
14-02-2023, 12:47
Eltun Süleymanov: "Qərb Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir"
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
18-03-2022, 10:00
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
4-02-2022, 10:01
Aqiyə Naxçıvanlı: “Azərbaycan etibarlı tərəfdaş kimi bundan sonra da Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq”
4-02-2022, 09:18
Kamaləddin Qafarov: “Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri yeni formata keçir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO