10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Xaqan və xalqın birliyi - vətənin diriliyi - Adəm İsmayıl BAKUVİ

Adəm İsmayıl Bakuvi Vəhdət Partiyasının sədri, yazıçı-publisist
"Boylar bir olsa, elin dirliyi artar; el bir olsa, torpağın ömrü uzanar".
"El bir olsa, dağ oynadar yerindən", deyib ulu babalar. Bu sözlər yalnız torpağın deyil, həm də insanın içindəki mənəvi yurdun qorunması üçündür. Torpağı qoruyan qılıncdırsa, mənəviyyatı qoruyan hikmətdir. Hikmət isə yalnız ağıldan deyil, həm də vicdandan doğulur. Tarixin dərin qatlarında bir həqiqət var - xalq təkcə torpağı ilə deyil, yaddaşı ilə yaşayır. Bu yaddaşın mərkəzində bir obraz dayanır - xalqla bir olan, onu qoruyan, onun ruhunu yaşadan Böyük Xaqan. Bizim genetik kodumuzun daşıyıcılarından biri də elə budur - xalqla rəhbərin birliyi, arada sərhəd olmadan var olan yaxınlıq. Bu yaxınlıq qanun kitablarında yazılmır, zamanın sınaqlarında sübut olunur və Allahın verdiyi bir nemət kimi yaşanır.
Oğuz elində Xaqan yalnız taxtın yiyəsi deyil, həm də vicdanın səsinin daşıyıcısı idi. Böyük Xaqan anlayışı sadəcə siyasi titul deyil. Xalq özünü onda görür, onu özündə hiss edir. O təkcə dövlət başçısı deyil, xalqın ən sadə nümayəndəsi ilə eyni süfrədə oturan, onun dərdini dinləyən, sevincinə şərik olan insandır. Çünki xalqın gözündə böyüklük zirvədə dayanmaqla deyil, zirvədən aşağı enib xalqın yanında dayanmaqla ölçülür. Bu isə həm mənəvi, həm də ilahi bir məsuliyyətdir - Allahın insana verdiyi əmanəti daşımaq məsuliyyəti.
Basat Təpəgözü öldürəndə igidlik insafla yanaşı dururdu. Qəhrəmanlıq sadəcə gücün deyil, haqqın tərəfində durmaqdır. Qazan xanın elinin yağmalanması boyunda əsir elin azad olunması üçün qılınc qanunla birləşirdi, çünki qanunsuz güc başsız bədəndir. Oğuz Xaqanı həm cəng meydanı, həm də məclis başında elin dayağı idi. Onun böyüklüyü sadəcə düşməni məğlub etməsində yox, məğlub olanı ədalətə çağırmasında idi. Qorqud Ata hər boyun sonunda dua edərdi: "Ağ otaqlı, qızıl taxtlı Xaqan sağ olsun, ömrü uzun olsun, əli qalib, sözü düz olsun." Bu dua bir nəfərə deyil, bir ideyaya, birliyə, diriliyə, gücə və ədalətə idi. Xaqan gecələr obadan-obaya gedər, qopuz səsi ilə könülləri yumşaldar, səhərlər isə ordusunun önündə dağlar aşardı. Onun üçün həm saz, həm qılınc müqəddəs idi - biri ruhu qoruyardı, biri torpağı.
Ocaq yanan yerdə ümid sönməz. Zaman dəyişdi, amma boyların hikməti göydə qaldı, əsrlərdən-əsrlərə köçdü. Göytürk daş yazılarında, monqol bozqırlarında, Osmanlı saraylarının divar naxışlarında Xaqan adı yenidən çəkildi. Böyük Xaqan hər iki aləmin tərəzisində ədaləti bərabər tutan idi - qılıncı haqq üçün çəkən, zəfəri xalqın sabahına bağlayan. Bu gün Azərbaycan torpaqlarında o qədim boyların nəfəsi yenidən yaşayır. Burda "boy" artıq tayfa deyil, dil, etnos, din, mədəniyyət fərqləri ilə bir xalqın müxtəlif qollarıdır. Talışın dili, tatın sözü, ləzginin rəqsi, avarın mərdliyi, qarapapağın yaddaşı, tərəkəmənin səfər ruhu, Şirvanın irfan nəfəsi, hamısı bir bayrağın kölgəsindədir. Bu kölgə tək qanunla deyil, həm də əsrlərdən gələn bir mənəvi əhdlə qorunur. Əhdinə sadiq olanın yolu nur olar. Dədə Qorqud boylarında Xaqan tayfaları birləşdirir, torpağı müdafiə eləyir, amma ən çox insanlar arasındakı inam, sülh, bərabərliyi qoruyur. Bu gün də həmin irs yaşayır, xalq bilir ki, lider yalnız əmrlər verən deyil, həm də xalqa qulaq asan, onu başa düşən, anlayandır.
Bu gün bayrağımızın altında Xaqan var - İlham Əliyev! Onun qətiyyəti Qazan xanın ildırım sürətini xatırladır - düşmənin üstünə şığıyan, amma qələbədən sonra düşmənin də haqqını tanıyan! Onun ədaləti Qorqud Atanın hikmətinə bənzəyir - dostun, bəzən düşmənin də haqqına hörmət edən! Onun birliyi qorumaq eşqi Salur Qazanın torpaq sevgisini xatırladır. Vətən yalnız daş və torpaq deyil, o həm də torpaqda yanan ocağın isti nəfəsidir. Dövlət yalnız qanun kitabı deyil, həm də xalqın ruhunun yaşayış yeridir. Əgər Xaqan xalqına arxa çevirməsə, xalq da Xaqana arxa çevirməz. İlham Əliyev bu bağlılığı sözdə deyil, əməldə sübut edib - Zəfər günü ön cəbhədə, quruculuq günü xalqın içində. Bu, Dədə Qorqudun dediyi kimi, el üçün can verən, elin dərdini çəkən başçı olmaqdır. Onun siyasətində mərhəmət ədaləti zəiflətmir, ədalət mərhəməti susdurmur. Böyüklük hökmranlıqla deyil, məsuliyyətlə ölçülür. Əgər rəhbər xalqın yükünü öz çiyinlərində daşıyırsa, əgər onun verdiyi qərar hər bir insanın həyatına fərəh gətirirsə, bu, artıq sırf idarəçilik deyil, mənəvi missiyadır. İlham Əliyevin böyüklüyü də bundadır - o yalnız siyasi fiqur deyil, həm də humanist insan örnəyidir. Qələbə onun üçün yalnız meydanda zəfər qazanmaq deyil, həm də bu qələbəni xalqın rifahına çevirməkdir. Qərar qəbul eləmək onun üçün yalnız dövlətin xeyri deyil, eyni zamanda, insanların həyatına düşən işıqdır.
Tərəzinin bir gözü ağır olsa, o əsl tərəzi deyil. Liderlik - tərəzinin iki tərəfini taraz saxlamaq sənətidir. İlham Əliyevin sözü az, çəkisi ağırdır. Onun hər kəlməsi fərman, hər hərəkəti nişanədir. Onun diplomatiyası Göytürklərin uzaq səfərlərini xatırladır, amma bu səfərlər artıq at belində deyil, müasir dünyanın masabaşı meydanlarında edilir. Xalqla birlikdə olmaq bizim genetik kodumuzun, tarixi yaddaşımızın dəyişməz hissəsidir. Oğuz boylarında Xaqan obadan-obaya gedər, hər kəsin evində oturar, uşağın gülüşünə, qocanın duasına şərik olardı. Bu gün də xalqın gözündə Böyük Xaqan hər bölgəyə gedən, hər insanın dərdinə şərik olan, onun sevinci və kədərini paylaşan rəhbərdir. Bu, dövlət başçısının, sadəcə, vəzifəsi deyil, bu onunla xalq arasında əsrlərin dərinliyindən gələn mənəvi müqavilədir və bu müqavilənin şahidi də, qoruyucusu da Allahdır.
Bu günün Azərbaycanı yeni bir "Qalın Oğuz" dastanı yazır: Qarabağın azadlığı bu dastanın qəhrəmanlıq bəndidir; Şuşanın dirçəlişi mədəniyyət bəndidir; Zəngilan və Cəbrayılın quruculuğu birlik bəndidir. Hər məktəb, hər məscid, hər şəhər, hər yol, hər mədəniyyət ocağı bu boyun yeni misralarıdır. Qopuz indi elektrik işığında çalınsa da, onun ruhu hələ də Dədə Qorqudun əlindəki kimi təmizdir. Xalq bilir ki, bu böyüklük təsadüfi deyil. Bu, əsrlərin formalaşdırdığı bir ənənənin davamıdır. Xalqın gözündə Böyük Xaqan yalnız bu günün lideri deyil, həm də sabahın tarixini yazan başçıdır! Onun böyüklüyü yalnız hakimiyyətdə olduğu müddətlə deyil, xalqın yaddaşında yaşayacağı əsrlərdə ölçüləcək. Allah şahiddir ki, xalqına xidmət edən rəhbərin adı zamanın yaddaşından silinmir, çünki bu, insanların qəlbində yazılan bir kitabdır.
Böyük Xaqan anlayışı həm yerli, həm də bəşəri bir rəmzdir. Yerli - çünki bu torpağın tarixi, dili, adət-ənənəsi ilə formalaşıb. Bəşəri - çünki dünyanın hər yerində həqiqi liderin böyüklüyü xalqın qəlbində ölçülür. İlham Əliyevin böyüklüyü də bundadır - eyni vaxtda həm öz xalqının tarixi genetik kodunu yaşadır, həm də dünyada qəbul edilən humanist lider modelini təcəssüm etdirir.
Dədə Qorqudun diliylə desək, yum verəlim! Ulu Tanrım, xalqımızın birliyini, diriliyini gücləndir, bayrağımızın kölgəsini qalın elə! Xaqanımızın adını göylərə ucalt! Oğuz elinə verdiyin gücü, ədaləti, mərhəməti bu yurddan əskik eləmə! Könüldə nur olarsa, elin çırağı sönməz! Xalqın ürəyindəki sevgini, Xaqanın qəlbindəki məsuliyyəti əbədi elə! Yeri-göyü yaradan Sənsən, bizi sözümüzdən döndərmə, əhdimizdən ayırma. Xalqla Xaqan bir, birliyin ömrü min olsun!
Bölməyə aid digər xəbərlər

Tarix: 15-08-2025, 14:14 Oxunub: 82
Bölməyə aid digər xəbərlər
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
26-08-2024, 11:37
Nicat Həsənov: Xalq üçün əlamətdar, tarixi bir gün
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
23-02-2023, 15:30
Bir gecəyə saçı ağaran Xocalı əsiri: Tərpənə bilmirdim, bir dərəyə atılmışdım...- MÜSAHİBƏ/VİDEO
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO