16:00 / 28-07-2026
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Səttar Möhbalıyev: “Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlət gündəliyinin əsas məsələlərindən biridir”

“Məlum olduğu kimi, Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Həmin ilin 8 avqust tarixində təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, yüzlərlə hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Əlbəttə ki, ermənilərin 1990-cı illərin əvvəllərində işğal etdikləri torpaqlarımızın hər qarışı bizim üçün böyük itki idi. Dövlət başçımızın 2023-cü ilin avqustun 26-da Laçın şəhərində etdiyi çıxışında dediyi kimi, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Bununla belə məhz Laçının işğalı strateji nöqteyi-nəzərindən bütün ölkə üçün ağır bir fəlakət oldu. Çünki bu işğalla artıq mövcud olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi əlaqə yaradıldı və Azərbaycanın sonrakı itkilərinin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi ilə qoyuldu. Lakin şanlı Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən həmin ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycan düşmən üzərində həm hərbi, həm də siyasi-diplomatik müstəvidə tam və qəti qələbə qazandı. 44 günlük Vətən müharibəsində əldə olunmuş və torpaqlarımızın 30 illik işğalına son qoymuş tarixi Qələbəmizdən dərhal sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Böyük Qayıdış” proqramı dövlətimizin əsas prioriteti kimi müəyyən edildi. Uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları üçün işğaldan azad edilmiş ərazilərimizdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində vüsətli iş aparılır. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri də burada aparılan işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. O cümlədən cənab Prezident İlham Əliyev 2021-ci ildən bu günə qədər Laçına səkkiz dəfə səfər etmişdir. Cari ilin may ayında isə möhtərəm dövlət başçımız Laçın Beynəlxalq Hava Limanının açılışını etmişdir ki, bu da azad edilmiş ərazilərimizin beynəlxalq statusunun yüksəlməsinə növbəti böyük tohfədir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Daha sonra S.Möhbalıyev işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin əhəmiyyətindən bəhs edərək bunları deyib: “Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Əlbəttə ki, Azərbaycanın tarixi qələbə günlərinin əbədiləşdirilməsi mühüm vəzifədir və məhz bu baxımdan da respublikamızın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi xüsusi əhəmiyyət kəsb edən bir qərardır. Həmçinin bu məqsədlə atılan mühüm addımlardan biri də Laçın rayonunun işğaldan azad olunmasında xüsusi fərqlənmiş hərbiçilərimizin təltif olunması ilə bağlıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bütün bunlar Azərbaycanın qalib ölkə olaraq öz ərazilərinin toxunulmazlığını və təhlükəsizliyini bundan sonra da yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-08-2025, 09:25 Oxunub: 24
Bölməyə aid digər xəbərlər
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
21-11-2024, 11:03
Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti
21-08-2024, 14:35
Aqiyə Naxçıvanlı: “İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi mühüm siyasi əhəmiyyət kəsb edən qərardır”
21-11-2023, 09:39
Eltun Süleymanov: “Azad Kəlbəcərin azadlıq günü mübarək olsun”
28-08-2023, 09:45
Eltun Süleymanov: “26 avqust tariximizdə ən önəmli günlərdən biridir”
27-08-2023, 15:47
Aqiyə Naxçıvanlı: “Azərbaycan özünün ərazi bütövlüyünü və təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək iqtidarındadır”
10-04-2023, 10:22
“Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edildi
28-03-2023, 13:20
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
30-11-2022, 09:00
1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
29-08-2022, 13:02
Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş şəxlərə aid məzar yerləri barədə məlumatları təqdim etmir - FOTO
31-03-2022, 09:44
Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO