12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Göydəniz Qəhrəmanov: “”Xocalıya ədalət!” təşəbbüsü beynəlxalq ədalət anlayışının vicdan qarşısında imtahanı idi”

“Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı Azərbaycan dövlətinin tarixə, milli yaddaşa və ədalət anlayışına münasibətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirlər bu yanaşmanın mahiyyətini açıq şəkildə ortaya qoydu: ədalət geciksə də, mütləq bərpa olunur. Otuz ildən artıq müddətdə Xocalı faciəsi beynəlxalq müstəvidə ya görməzlikdən gəlinmiş, ya da qəsdən təhrif olunmuşdu. Ermənistanın məqsədi yalnız cinayəti törətmək deyil, həm də onu unutturmaq idi. Lakin Azərbaycan dövləti bu ssenari ilə barışmadı. Dövlət diplomatiyası, vətəndaş cəmiyyəti və xüsusilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” təşəbbüsü informasiya blokadasını yararaq həqiqətləri dünyaya çatdırdı. Bu proses təkcə tarixi faktların tanıdılması deyil, beynəlxalq ədalət anlayışının vicdan qarşısında imtahanı idi.”
Bunları 26 fevral Xocalı Soyqırımı Günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Deputat fikirlərini davam etdirərək Xocalıya gedən yolun mərhələli və çətin olduğunu vurğulayıb: “Əvvəlcə həqiqətlərin tanıdılması, sonra siyasi mövqelərin möhkəmləndirilməsi, ardınca isə hərbi-siyasi reallığın dəyişdirilməsi baş verdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan yalnız torpaqlarını deyil, öz haqlı mövqeyini də bərpa etdi. Ardınca Xocalının azad edilməsi və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması göstərdi ki, Azərbaycan dövləti öz xalqına qarşı törədilmiş cinayətləri nə unudur, nə də bağışlayır.
Bu gün Xocalıda ucaldılan memorial göstərir ki, Azərbaycan faciələrin arxasınca ağlayan yox, ədaləti özü təmin edən dövlətdir. Bu, həm keçmişin dərsi, həm də gələcəyin təminatıdır. Dövlət başçısının çıxışında mühüm məqamlardan biri də ədalətin artıq siyasi bəyanat yox, real nəticə ilə tamamlanması idi. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və rəşadəti sayəsində xalqın illərlə içində yığılıb qalan ədalət tələbi gerçəyə çevrildi. Cənab Prezidentin vurğuladığı kimi, bu, təkcə hərbi qələbə deyil, həm də hüquqi və mənəvi qələbə idi. Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalı şəhərində ucaldılması dərin məna daşıyır. Bu, doğma torpaqlarından didərgin salınmış insanların səbrinin, inamının və dövlətə bağlılığının boşa getmədiyini göstərir. Xocalı sakinləri üçün bu abidə itkilərin xatirəsi ilə yanaşı, qayıdışın və dirçəlişin rəmzidir. Prezidentin çıxışında bu insanların yaşadığı ağrılara göstərilən həssas münasibət dövlətlə vətəndaş arasında möhkəm mənəvi bağın ifadəsidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-03-2026, 21:07 Oxunub: 20
Bölməyə aid digər xəbərlər
28-02-2026, 08:50
Hacı Şahin Hüseynov: Qüdrətli Azərbaycanın üçrəngli Bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır
24-02-2026, 10:46
Adil Əsgərov: Xocalıya Qayıdışın Zəfər Salnaməsi - Ədalətin Bərpasından Böyük Qayıdışa Doğru
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
28-09-2025, 09:34
Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin BMT-də çıxışı qlobal əməkdaşlıq dövrünün manifestidir”
27-09-2025, 09:00
Göydəniz Qəhrəmanov: “Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sərsəm erməni ideyalarının da sonunu gətirdi”
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
24-06-2025, 12:39
Göydəniz Qəhrəmanov: “Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi başlandı”
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
27-03-2025, 16:49
Göydəniz Qəhrəmanov: “Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmayacaq”
16-01-2025, 23:34
Göydəniz Qəhrəmanov: “20 Yanvar faciəsi bəşər tarixində insalıq əleyhinə törədilmiş ən ağır və qanlı cinayətlərdən biridir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi