11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Kamaləddin Qafarov: “ Bakı ilə Tbilisi arasında əlaqələrin intensivliyi getdikcə artır”

“Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən səsləndirilən bəyanatlar bir daha təsdiqlədi ki, Azərbaycan-Gürcüstan münasibətləri regionun ən sabit və strateji tərəfdaşlıq modelidir”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, dövlətimizin başçısının vurğuladığı kimi, iki ölkə “hər zaman olduğu kimi, bir yerdədir” və bu birlik yalnız siyasi bəyanatlarla deyil, real əməkdaşlıq layihələri ilə də möhkəmlənir. “Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi artıq uzun illərdir formalaşmış qarşılıqlı etimadın göstəricisidir. Bu münasibətlər yalnız diplomatik protokol səviyyəsində deyil, həm də prinsipial məsələlərdə – suverenlik, ərazi bütövlüyü və regional sabitlik kimi mövzularda özünü açıq şəkildə büruzə verir. Bu baxımdan iki ölkə arasında əməkdaşlıq Cənubi Qafqaz üçün nümunəvi model kimi qiymətləndirilə bilər.”
Millət vəkili bu gün regionda formalaşan yeni geosiyasi reallıqların Bakı və Tbilisi arasında əlaqələrin əhəmiyyətini daha da artırdığını vurğulayıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqaz artıq keçmişdə olduğu kimi münaqişələr məkanı deyil, tədricən sülh və əməkdaşlıq zonasına çevrilir. Bir zamanlar qarşıdurmalar və qeyri-sabitliklə xarakterizə olunan bu coğrafiyada indi yeni imkanlar yaranır. Bu imkanlardan düzgün istifadə olunması isə region ölkələrinin məsuliyyətli və uzaqgörən siyasətindən asılıdır. Qlobal miqyasda artan gərginlik fonunda Cənubi Qafqazda sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Dünyanın müxtəlif bölgələrində müharibə və toqquşmaların davam etdiyi bir vaxtda Azərbaycan və Gürcüstanın nümayiş etdirdiyi əməkdaşlıq modeli regional təhlükəsizliyə mühüm töhfə verir. Bu model yalnız siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi və nəqliyyat layihələri ilə tamamlanır. Bu kontekstdə Orta Dəhliz xüsusi önəm kəsb edir. Azərbaycan və Gürcüstan ərazisindən keçən bu nəqliyyat marşrutu Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Son illərdə Orta Dəhlizin inkişafına yönəlmiş addımlar, infrastrukturun genişləndirilməsi və logistika imkanlarının artırılması regionun qlobal ticarət xəritəsində mövqeyini gücləndirir. Azərbaycanın enerji resursları və Gürcüstanın tranzit imkanları birləşərək qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşdırır. Bu əməkdaşlıq nəticəsində həyata keçirilən iri layihələr – neft və qaz kəmərləri, dəmir yolları və liman infrastrukturu – artıq öz effektivliyini sübut edib. Eyni zamanda, yeni təşəbbüslər regionun iqtisadi potensialını daha da artırmağa xidmət edir. Tbilisi görüşü bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız bugünün deyil, gələcəyin də strateji təminatıdır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-04-2026, 13:47 Oxunub: 10
Bölməyə aid digər xəbərlər
6-01-2026, 09:05
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
11-10-2023, 09:04
Cənubi Qafqazda sülhə doğru bir addım
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
24-10-2022, 11:39
Bu, Prezidentin Gürcüstana 10-cu səfəridir
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO