17:17 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İsmayıllıda ölüm saçan makina




Ölkəmizdə ekoloji problemlərin aradan qaldırılması üçün xüsusi dövlət proqramları qəbul edilib.Ancaq günümüzdə qeyd etdiyimiz problemlərə hələ də rast gəlinir.Çünki dövlət qurumları özlərini bu proqramdan kenarda hiss edirlər.
    İsmayıllının Xanagah kəndində rayon yol idarəsinin balansında olan asfalt zavodu fəaliyyət göstərir.Bu zavod ətrafa zəhərli tüstü yayır və həm də meşənin içində yerləşir.
  Əgər rayonda turizmin inkişafı barədə danışırıqsa onda qeyd etdiyimiz zavodun burada fəaliyyəti yolverilməzdir.
 Zavodun köçürülməsi üçün rayondan kənarda Girdiman çayının sahilində yer ayrılıb ancaq nədənsə zavodun köçürülməsi hələ də reallaşmır.
 Yaxınlıqdakı Xanagah kəndinin sakinləri dəfələrlə redaksiyamıza müraciət edərək bu problemin ictimailəşdirməmizi istəmişlər.Kənd sakinləri qeyd edir ki, tüstü və zəhərli hava udmaqdan bezmişik.
 Bu problem əsas olaraq ekologiya və təbii sərvətlər nazirliyini düşündürməlidir, təəssüf ki, adı çəkilən dövlət qurumu dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir reaksiya vermir.
 
Redaksiyadan: Qeyd olunan problem tərəfimizdən araşdırılacaq.




Tarix: 24-11-2022, 14:59 Oxunub: 9


Bölməyə aid digər xəbərlər