17:17 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
Qardaş ölkələr arasında əməkdaşlıq yüksək səviyyədədir




Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri, eləcə də birgə təşkil olunan Azərbaycan-Özbəkistan biznes forumu iki ölkə qardaş ölkə arasında iqtisadi əlaqələrin yeni istiqamətlərini və yol xəritəsini müəyyən etdi. Bəlli oldu ki, hər iki ölkənin işgüzar dairələri həm ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq, həm də neft-kimya, qaz, mədənçıxarma, eləcə də nəqliyyat sektorlarında birgə layihələrin həyata keçirilməsi üçün investisiyaları əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədirlər. Bunun fonunda isə Bakı ilə Daşkənd arasında əməkdaşlığın uzunmüddətli perspektivlərini müəyyən edən bir sıra sənədlər imzalandı, hansıki hər iki qardaş ölkə üçün xüsusən də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Hər iki qardaş ölkənin qarşılıqlı səyləri sayəsində artıq bir sıra mühüm addımlar atılıb və son bir neçə ildə hər iki ölkənin işgüzar dairələri iqtisadi əməkdaşlığı möhkəm təməl üzərində həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, Bakı və Daşkənd Türk Dövlətləri Təşkilatının inteqrasiya təşəbbüslərində çox yaxından iştirak edir, regional nəqliyyat, tranzit və logistika layihələrində əməkdaşlıq edir, ikitərəfli ticarəti fəal şəkildə artırır. Özbəkistan tərəfdaş olaraq, ölkələrimiz arasında tranzitin genişlənməsinə öz töhvələrini verməkdədir.
Özbəkistanın Xəzər dənizinə birbaşa çıxışı yoxdur, amma bu qardaş ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Orta Dəhlizin digər marşrutlarının iştirakçısı olan ölkələrin aktiv yükdaşıyıcısı, tərəfdaşıdır və bu gün mövqeləri Bakı və Daşkəndin tranzitini genişləndirmək, eləcə də Transxəzər dəhlizi boyunca yükdaşımaların həcmini artırmaqla tam üst-üstə düşür. Eyni zamanda ölkələrimiz arasında mülki aviasiya sahəsində əməkdaşlıq da çox fəal, intensiv şəkildə inkişaf etdirilir. Son vaxtlar iki ölkənin aviaşirkətləri həftədə 15 uçuş həyata keçirirlər və xüsusi ilə vurğulamaq yerinə düşərdi ki, Bakı forumunun yekunlarına əsasən, hava hərəkətinin intensivliyinin artırılması ilə bağlı artıq razılıq da əldə olunub. gər 2017-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi nisbətən kiçik, daha dəqiq desək, 31,2 milyon dollar təşkil edirdisə, ötən il bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artaraq, 182 milyon dollara çatıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, 2023-cü ilin yanvar-iyun aylarında qarşılıqlı ticarət 1,7% artaraq 84,6 milyon dollar həddində olub. Ən sevindirici hal isə odur ki, iki qardaş ölkə bundan sonra, daha dəqiq desək, qarşıdakı beş il ərzində ikitərəfli ticarəti 1 milyard dollara çatdırmağı hədəfləyir. Heç şübhəsiz ki, eyni şəkildə yüksək tempi əczaçılıq, neft-kimya məhsulları, plastik məmulatlar, polimerlər, mədənçıxarma məhsulları, kənd təsərrüfatı sektoru və digər istiqamətlərdə qarşılıqlı tədarükü artırmaqla əldə etmək mümkündür və həttə bunu Biznes-forum iştirakçılarının qiymətləndirmələri də təsdiq edir.
Süsən Qulamova-187 saylı orta məktəbin müəllimi


Tarix: 24-08-2023, 11:59 Oxunub: 37


Bölməyə aid digər xəbərlər