16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
AD İNSANI BƏZƏMƏZ,İNSAN ADI BƏZƏYƏR...
Kamran adının mənası kamına, arzusuna, muradına, məqsədinə çatdırmaq, xoşbəxt etmək deməkdir.
Kamran adını seçilmişlər, o ada layiq olanlar daşıyır. Və mənim düşüncəmlə Kamran adı müqəddəs ad olmaqla bərabər sevilən, hörmət edilən addır.
Atalarımızın bir misalı var:
Ad insanı bəzəməz, insan adı bəzəyər. Yazımın əsas qəhrəmanı, bu dəyərli adın daşıyıcısı olan Hacı Kamran müəllim mən deyərdim ki,daşıdığı adın mənasını qoruyan,yaşadan,adı ilə əməlləri eynilik təşkil edən sevilib-seçilən bir insandır.
Bəli, dəyərli Xebüriminfo.az saytının dəyərli oxucuları,düz eşitdiniz. Yəni adının mənasından göründüyü kimi Hacı Kamran müəllim hərtərəfli hörmətəlayiq bir insandır desəm, yanılmaram...
Azərbaycan Respublikası- millətinin fədaisi olan, onun tərəqqisi, firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil. Hələ ötən əsrdən iki örnək yada salaq: Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir. Birini də xatırlatmaq yerinə düşər: XX əsrin əvvəllərində həkim işləmiş, sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə–kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış...
Mən hər zaman ruhən, mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram. Amma çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün hələ də insanların, cəmiyyətin, dünyanın, bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var. Dünyamıza torpaq, ərazi iddialarından çox mərhəmət lazımdır, özü də hava, su kimi.
Nə yaxşı, hələ də narahat dünyamızda belə insanlar az da olsa var! Yer üzü onların çiyinlərində saxlayır müvazinətini! Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi. Sağlığında bu mərtəbəyə qalxanlar, qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır. Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda, dünyanı fəth etməkdə deyil! Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdədir. Qəhrəmanlıq insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir. Bəli, budur əsil qəhrəmanlıq!
Bu gün sizə haqqında bəhs edəcəyim insan da yuxusu qaçan dünyamızın, daim qorxu, səksəkə içində olan zəmanəmizin əsil qəhrəmanlarındandır.
O, əsil el ağsaqqalıdır. Onun ən böyük arzusu insanların rahat, firavan yaşayışı, xoşbəxtliyi, əmin-
amanlığıdır. Onun üçün insan amili hər şeydən öndədir. O, Böyük Allahın yaratdıqlarına hörmətlə yanaşır. Bu cür görən, bu cür düşünən insandan isə pislik gözlənilməz...
O, qürur duyulası, yüksək mənəviyyatı ilə seçilən dəyərli el ağsaqqalıdır. O evdə ki, böyük, ağsaqqal nəfəsi var, o evdə xeyir-bərəkət, firavanlıq var. O eldə ki,ağsaqqal nəsihəti var, o eldə hörmət, ehtiram, bir-birinə inam, etibar var.
Bəli, ağsaqqala hörmət bizim hər birimizin mənəvi borcumuzdur. Böyük sözündən çıxan, böyüyün üzünə ağ olan xeyir tapmaz, deyib, ata-babalarımız.
Bu gün mən sizə haqqında söz açacağım insanı böyükdən -kiçiyə hamı yaxşı tanıyır, ona böyük hörmət və ehtiramla yanaşır. Ömrünü zəhmətə bağlayan, çalışmaqdan yorulmayan dəyərli ağsaqqalımız AYMİN MMC-nin satış müdiri Kamran Abbasovdur.
Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Atalar demiş, xoşbəxt o insandır ki, Allah-dünyasından yox, axirətindən pay ayırır. Hacı Kamran Abbasov da məhz belə insanlardandır, desək, yanılmarıq.
Xeyirxah, alicənab, əsil vətənpərvər insandır Hacı Kamran müəllim.
O, insanlara həm mənəvi, həm də maddi dayaqdır. Uşaqla uşaq, böyüklə böyükdür. Onun saysız –hesabsız xeyirxahlıqları onu tanıyan insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Həyatda da məhz belə insanlar ucalırlar.
Insanlara dayaq olmaq Tanrı buyruğudur. Hacı Kamran Abbasov Tanrı səltənətinə ucalmış bir insan olmaqla bərabər, həm də doğulub boya-başa çatdığı el-obası üçün əzizdir.
Haqqında bəhs etdiyim xeyirxah insanı tanıyanlar onun haqqında deyirlər: təvazökardır, sadə və təmkinlidir, əsil iman əhlidir, adı ilə sözü və əməli bir olan insandır.
Mən də bu deyilənləri öz qələmimlə təsdiqləyir, hörmətli el ağsaqqalımıza, xeyirxah əməl sahibinə sağlıqlı uzun ömür diləyir, məsuliyyət tələb edən çətin işlərində bol-bol nailiyyətlər arzulayıram.
Daima sevilib,seçilənlərdən olasız, Hacı Kamran müəllim!
Bölməyə aid digər xəbərlər

Tarix: 19-12-2023, 13:57 Oxunub: 169
Bölməyə aid digər xəbərlər
19-12-2023, 13:59
XEYIRXAHLIQ ƏSL ZİYALILIQDIR
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
25-01-2023, 09:41
Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür - FOTO
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
25-01-2022, 09:32
Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür
19-01-2022, 08:21
Hacı Zeynalabdin Tağıyevin abidəsinə zərər vuranlar saxlanıldı: Heykəl bərpa olundu - FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi