XEYİRXAHLIQ ƏSL ZİYALILIQDIR

XEYİRXAHLIQ ƏSL ZİYALILIQDIR



Azərbaycan Respublikası-millətinin fədaisi olan, onun tərəqqisi, firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil. Hələ ötən əsrdən iki örnək yada salaq: Hacı Zeynalabdin Tağıyevin,Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir.Birini də xatırlatmaq yerinə düşər:XX əsrin əvvəllərində həkim işləmiş,sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə–kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış.
Mən hər zaman ruhən,mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram,amma çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün hələ də insanların,cəmiyyətin,dünyanın,bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var.Dünyamıza hər cür siyasi oyunlardan,hakimiyyət davasından,torpaq,ərazi iddialarından,ayrı-ayrı ölkələrə demokratiya dərsi keçməkdən çox mərhəmət lazımdır,özü də hava,su kimi.Nə yaxşı hələ də narahat dünyamızda belə insanlar az da olsa var!Yer üzü onların çiyinlərində saxlayır müvazinətini! Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi. Sağlığında bu mərtəbəyə qalxanlar, qəlblərdə silinməz izlər buraxanlar isə ikiqat qəhrəmanlardır. Və qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaqda, dünyanı fəth etməkdə deyil!  Qəhrəmanlıq böyük ürəyi ilə insanların qəlbini fəth etməkdədir. Qəhrəmanlıq insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdədir.
Bəli, budur əsil qəhrəmanlıq! Xeyirxahlıq dədə-babalardan qalma bir ənənədir. Bu gün bu ənənəni davam etdirən hər bir kəs özləri üçün Tanrı yanında böyük səltənət qazanırlar.
Dəyərli oxucular!
İndi sizə haqqında bəhs edəcəyim insan, “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, YAP Bərdə rayon təşkilatı İdarə heyətin üzvü Məhərrəm Şəfiyev zəmanəmizin əsil qəhrəmanlarındandır, desəm yanılmaram.
Gəlin, regionun ən böyük çörək istehsal edən müəssisəsi olan “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyevin keçdiyi şərəfli və gərəkli ömür yoluna nəzər salaq:
Məhərrəm Şəfiyev üçün ən böyük vəzifə insanların rahat, firavan yaşayışı, əmin-amanlığıdır. Onun üçün insan amili hər şeydən öndədir. O, Böyük Allahın yaratdıqlarına hörmətlə yanaşır. Bu cür görən,bu cür düşünən insandan isə pislik gözlənilməz.
Yazımın əsas qəhrəmanı Məhərrəm Şəfiyev əsil Allah adamıdır. O, təkcə rəhbər deyil, eyni zamanda rəhbərlik etdiyi kollektivin mənəvi atasıdır. Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Atalar demiş, xoşbəxt o insandır ki, Allah dünyasından yox, axirətindən pay ayırır. Bəli, həqiqətən də alicənab, əsil vətənpərvər insandır. Məhərrəm müəllim. O, insanlara həm mənəvi, həm də maddi dayaqdır. Onun saysız-hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Həyatda da məhz belə insanlar ucalırlar. İnsanlara dayaq olmaq Tanrı buyruğudur. Məhərrəm Şəfiyev Tanrı səltənətinə ucalmış bir insan olmaqla, həm də doğulub boya-başa çatdığı el-oba üçün əziz, dəyərlidir. Haqqında bəhs etdiyim insanı tanıyanlar onun haqqında deyirlər: ağıllıdır, təvazökardır, sadə və təmkinlidir, əsil Allah adamıdır, sözü ilə əməli bir olan insandır. Eyni zamanda xeyirxahdır. 
Məhərrəm Şəfiyev nəinki rəhbərlik etdiyi işçi kollektivinə, eyni zamanda ona müraciət edən hər kəsə, o cümlədən şəhid ailələrinə, qazilərimizə, veteranlara bacardığı köməyi edir, onlardan heç bir dəstəyini əsirgəmir.
44 günlük Vətən Müharibəsində şanlı Qələbənin əldə olunmasında əsas amillər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, müzəffər Ordumuzun  peşəkarlığı və xalqımızın birliyi olmuşdur. Sentyabr ayının 27-də Ermənistanın törətdiyi təxribata qarşı əks-hücuma başlanan II Vətən müharibəsində qəlbi Vətən eşqi ilə döyünən hər bir Azərbaycan vətəndaşı istər ön cəbhədə, istərsə də arxa cəbhədə tutduğu mövqedə vətənə sədaqətin müqəddəsliyini, xalqının birliyini, sarsılmazlığını, cəsarəti və mərdliyini həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdi.
“Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, YAP Bərdə rayon təşkilatı İdarə heyətin üzvü Məhərrəm Şəfiyev 2020-ci ilin sentyabrın 27 də başlayan müharibənin zəfərlə başa çatmasında mümkün amillərlə diqqət çəkir:  
Belə ki, onlar həmin günlər gecə-gündüz yoruldum demədən işləməli olublar. Qürurverici haldır ki, hətta, həmin günlərdə sədr özü belə işçilərinə kömək edib.
Beləcə, 44 günlük müharibədə istər arxa cəbhənin, istərsə də ön cəbhənin çörəyə olan tələbatı çox yüksək səviyyədə yerinə yetirilib. O günlərdə heç kim çörəkdən korluq çəkməyib. Mağazalarda çörək kifayət qədər bol olub. Ön cəbhənin də çörəyi vaxtlı-vaxtında göndərilib. Bu da “Bərdə-Çörək “ ASC-nin gərgin və yorulmaz fəaliyyəti sayəsində mümkün olub.
“Bərdə- Çörək” ASC–nin 44 günlük müharibədə xalqımızı, istər arxa cəbhəni , istərsə də ön cəbhəni yüksək səviyyədə çörəklə təmin etməsi bütün bərdəlilərin böyük sevgi və rəğbətinə səbəb olub. Onların gərgin və yorulmaz əmək hesabına həyata keçirdikləri bu xidməti hamı məmnunluq hissi ilə xatırlayır.
 “Bərdə-Çörək”ASC kollektivinin Vətən və Xalq qarşısındakı xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib.
“Bərdə-Çörək” ASC-nin sədri, YAP Bərdə rayon təşkilatı İdarə heyətin üzvü Məhərrəm Şəfiyev II Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və I Ordu Korpus Komandiri  general-mayor Hikmət Həsənov tərəfindən Fəxri fərmanla təltif edilib. 
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli –ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, YAP Bərdə rayon təşkilatı İdarə heyətin üzvü Məhərrəm Şəfiyevi qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, sağlıqlı uzun ömür arzulayır, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi şərəfli və çətin peşəsində səbir diləyirəm.
 

Tarix: 25-12-2023, 15:34 Oxunub: 77


Bölməyə aid digər xəbərlər