İngilis funt sterlinqi ABŞ dolları qarşısında son 33 ayın ən yüksək səviyyəsinə yüksəlib. Böyük Britaniya funt- sterlinqi, ABŞ dolları qarşısında 1,39-u aşaraq təxminən son üç ilin ən yüksək səviyyəsini görüb, avro qarşısında isə 1.1470 ilə son 9 ayın ən yüksək səviyyəsinə çatıb (GBP/USD məzənnəsi 1.3950 səviyyəsini, GBP/EUR məzənnəsi isə 1,1484 səviyyəsini görüb)
QanunXəbər.com xəbər verir ki, Böyük Britaniyada 15 milyon nəfərə ilk doza peyvəndin vurulması, 500 mindən çox nəfərə isə ikinci doza peyvəndin vurulması iqtisadiyyatın yenidən açılmasına dair ümidləri artırıb. Baş nazir Boris Johnsonun 22 Fevralda ölkənin karantindən çıxış planını açıqlayacağı gözlənilir.
Funt sterlinqin bahalaşması peyvəndləmədəki müvəffəqiyyət ilə əlaqədardır.
Bölməyə aid digər xəbərlər