Aİ-92 benzini ilə bağlı qərarın hansı təsirləri olacaq?

Aİ-92 benzini ilə bağlı qərarın hansı təsirləri olacaq?


Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Güzəştlərin çox qısa müddəti, yalnız 4 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının təklifə təsir etməməsi üçün növbəti 4 ayda idxalda güzəştlər tətbiq ediləcək.

"Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Aİ-92 benzini idxalının müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsinin qiymətə təsirini şərh edərkən deyib. O bildirib ki, bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək:

"Digər tərəfdən, güzəştin təsirlərini qiymətləndirmək üçün xərc müşahidələrinə ehtiyac var. İdxal edilən benzinin xərcinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsi, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsi məqsədəuyğundur".

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1000 litr üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Gələn aydan tətbiq ediləcək güzəştlər iyunun 1-dək qüvvədə qalacaq.

Tarix: 31-01-2022, 14:22 Oxunub: 14


Bölməyə aid digər xəbərlər