10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Aqiyə Naxçıvanlı: Azərbaycanın iqtisadi gücü bundan sonra daha da artacaq

Aprel ayının 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin bu ilin sonuna qədər və növbəti iki il ərzində görüləcək işlərlə bağlı verdiyi tapşırıqlar əslində Azərbaycanın yaxın dövr üçün konseptual inkişaf proqramıdır. İlk növbədə, birmənalı olaraq qeyd etmək lazımdır ki, 2021-ci il ölkəmizin həyatında son dərəcə əlamətdar bir il olmuşdur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanması keçən il Azərbaycanın qarşısında duran iki əsas məsələdən biri idi. Digər vacib məsələ isə beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirməkdən ibarət idi. Bu gün hər iki istiqamət üzrə müsbət nəticələr əldə olunub, Azərbaycan qarşısına qoyduğu vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirmək istiqamətində də böyük uğurlar əldə etdiyini qeyd edən deputat bildirib: “Ötən il ərzində ölkəmizin beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı davam edib, dövlətimizin ciddi səyləri nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər. BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir keçirilib. Dövlətimizin başçısının da çıxışında qeyd etdiyi kimi, bu, çox əlamətdar hadisə idi. Bu tədbirin məhz BMT xətti ilə keçirilməsi bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Bu faktı da diqqətdən kənarda qoymaq olmaz ki, Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu. Həmçinin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycanın sədrlik etməsi də ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirib. Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla birmənalı şəkildə həmrəy olub. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etməsini də vurğulamaq lazımdır. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsində toplantısında bir daha Azərbaycan mövqeyini dəstəkləyən bir neçə qətnamə, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli sənədlər qəbul edilib”.
Aqiyə Naxçıvanlı xüsusi vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında təmasların müharibədən sonra daha intensiv xarakter alması artıq Ermənistanı da öz mövqelərini yenidən gözdən keçirməyə məcbur edib. Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını artıq birmənalı olaraq qəbul edib. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında keçirilmiş üçtərəfli görüşlərin nəticəsi olaraq imzalanmış yekun bəyanatda “Dağlıq Qarabağ” ifadəsi də yer almayıb. Təbii ki, bu da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin daha bir nəticəsidir. Hazırda Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə bu məsələlər müzakirə edilib. Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilib. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Qeyd etmək lazımdır ki, bu günlərdə 30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon danışığının baş tutması da diqqətəlayiq hadisədir. Dövlətimizin başçısının dediyi kimi, bu təcrübə müsbət qiymətləndirilməlidir və iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir”.
Deputat, həmçinin bildirib ki, azad edilmiş torpaqların yüz faiz daxili imkanlar hesabına bərpa olunması, bu məqsədlə heç bir xarici ölkədən bir manat da vəsaitin istənilməməsi Azərbaycanın iqtisadi qüdrətini bir daha nümayiş etdirir. “Prezident İlham Əliyev müşavirədəki çıxışında bir daha aydın şəkildə bəyan etdi ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər ölkənin daxili imkanlarının hesabına əldə olunub. Azərbaycan heç kimdən bir manat da olsun dəstək almayıb. Azad edilmiş torpaqlar da tamamilə daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər isə həmin ərazilərdə yalnız podratçı qismində çalışırlar. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan həqiqətən də güclü iqtisadiyyata malik olan bir dövlətdir və bundan sonra bu güc daha da artacaq”, - deyə A.Naxçıvanlı fikirlərini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-04-2022, 10:43 Oxunub: 92
Bölməyə aid digər xəbərlər
14-04-2022, 09:21
Rüstəm Nağıyev: “Ermənistan Azərbaycanın heç bir planını pozmaq iqtidarında deyil”
8-04-2022, 10:55
Aqiyə Naxçıvanlı: “Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik qələbəsidir”
4-04-2022, 10:35
Aqiyə Naxçıvanlı: Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibinə çevrilib
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
23-02-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”
22-02-2022, 10:00
Aqiyə Naxçıvanlı təəssüratlarını bölüşdü: Xocalılar o soyuq məzarda yatan şəhidlərimizə nə qədər minnətdar idilər...
4-02-2022, 10:01
Aqiyə Naxçıvanlı: “Azərbaycan etibarlı tərəfdaş kimi bundan sonra da Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq”
29-01-2022, 16:11
Aqiyə Naxçıvanlı: Prezident İlham Əliyev erməni faşizmini dirçəltmək istəyənlərə bir daha xəbərdarlıq etdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO