12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
CƏNUBİ QAFQAZDA SÜLH MİSSİYASININ MEMARI İLHAM ƏLİYEVDİR

CƏNUBİ QAFQAZDA SÜLH MİSSİYASININ MEMARI İLHAM ƏLİYEVDİR


Azərbaycanın Müzəffər Prezidenti Cənab İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Azərbaycanın Qarabağla bağlı mövqeyini əhatəli şəkildə açıqladı, Qarabağ məsələsində qətiyyətli mövqeyini bir daha ifadə etdi və Ermənistana, onu himayə edənlərə çox mühüm açıqlamalar verdi. Dövlət başçısı bu günə qədər dəfələrlə irəli sürdüyü şərtləri, təklifləri bir daha beynəlxalq ictimaiyyətə, region ölkələrinə, bölgədə maraqları olan qlobal dünya güclərinə çatdırdı. Bununla bir daha göstərdi ki, Cənubi Qafqazda sülh, əmin-amanlıq məhz Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü şərtlər çərçivəsində təmin edilə bilər.

Cənab Prezident qeyd etdi ki, Ermənistanın, rəsmi Yerevanın reallıqları qəbul etməsi prosesi sürətləndirə bilər. Bu gün Ermənistan rəhbərliyindən, Nikol Paşinyanın yaxın çevrəsindən, həm də oradakı revanşistlərdən gələn kifayət qədər ziddiyyətli mövqelər sərgilənməsi hər bir halda Ermənistanın ziyanınadır. Daim sürüşkən mövqe sərgiləməklə prosesləri uzatmağa can atan ermənilər bir tərəfdən sülh sazişi imzalamaq öhdəliyi və hazırlığı bəyan edir, digər tərəfdən isə Yerevanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq istəməməsi kimi şərh oluna biləcək bəyanatlar verirlər.Yəni, ermənilərin təhlükəsizliyi ilə bağlı tezis yenidən önə sürülür, yenə deyirlər ki, Azərbaycan hansısa izahat verməlidir. Lakin tarix və reallıqlar öz sözünü demiş və deyəcəkdir. “Dəmir yumruq” qüvvəsində qalır və Ermənistan bunun hansı nəticələr verəcəyini gözəl bilir. Onlar həm də anlayırlar ki, Azərbaycanla sülhün bərpası məhz Ermənistanın inkişafına təkan verəcək, dünyada gedən qlobal prosesdən təcrid olunma sona çatacaqdır.
Azərbyacan bu gün tarixi reallıqlar yaradır. Müzəffər Ali Baş Komandan xalqın birliyinə, millətin mübarizə və ləyaqət duyğularına arxalanaraq regionda sülh carçısı, işıqlı gələcəyə aparan bələdçi rolunu oynayır. Dünyada baş verən proseslərin dərin analizini və təhlilini aparan, siyasi iradə nümayiş etdirən Cənab Prezident hamını, o cümlədən Ermənistan xalqını və rəhbərliyini reallıqları qəbul etməyə, mehriban qonşuluq əsasında yaşamağa çağırıb. Konfransdakı çıxışında ötən illərin analitik təhlilini verən Cənab Prezident dünyanın beyin mərkəzlərinin nümayəndələrinə bildirdi ki, hər bir millətin ləyaqətli yaşamaq haqqı var və Azərbaycan xalqı belə haqqa malikdir. Çünki öz müstəqilliyi, azadlığı və suverenliyi uğrunda ardıcıl mübarizə aparan bu xalq heç vaxt nə işğalla, nə də kimlərinsə eksponsionist siyasəti ilə razılaşmayacaqdır. Cənab Prezidentin “Ən önəmli məsələ heç bir zaman işğalla razılaşmamaqdır. Ən vacib olan budur. Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər” fikri bu günün ən böyük həqiqətidir. 30 il ərzində heç bir iş görməyən Minsk Qrupu, eləcə də digər beynəlxalq təşkilatlar öz qərarlarının belə yerinə yetirilməsində bir addım atmasa da, Azərbaycan bu vəzifənin də öhdəsindən qalibiyyətlə gələ bildi. Ona görə də bu gün regionda şərtləri Azərbaycan, onun Müzəffər Lideri İlham Əliyev diqtə edir.

Müdrik, uzaqgörən və praqmatik rəhbərin həyata keçirdiyi daxili və xarici siyaətin uğur qazanmasında onun hadisələrə çevik reaksiyası, günün və zamanın nəbzini tutması ilə yanaşı, çox böyük xalq dəstəyinə arxalanmasıdır. Ləyaqət simvolu olan azadlığa təşnəlik bu xalqın ruhunda və canında, onu qələbəyə aparan Liderinin ardıcıl fəaliyyətindədir. Ölkə Başçısı açıq və net şəkildə bildirdi ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı 1918-ci ildən bəri bütün xəritələr təhlil ediləcək, Azərbaycandan zorla qoparılmış torpaqların bir qarışı belə güzəştə gedilməyəcəkdir. Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayan Ölkə başçısı bunun təkcə Azərbaycan üçün deyil, regionun, habelə Ermənistanın da yararına olacağını dəlillərlə əsaslandırdı.O, qeyd etdi ki, “Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.”

Azərbaycanın bu mübarizədə bir yolu var: haqq və ədalət. Biz kimsənin nə torpaqlarına, nə də sərvətinə göz dikməmişik. Biz sülh, əmin amanlıq şəraitində yaşamaq, öz potensialımızdan səmərəli istifadə etməklə iqtisadi və sosial inkişafa nail olmaq istəyirik və buna nail də olacıq. Bu gün Qarabağda aparılan bərpa-quruculuq işləri, qısa zamanda bütün ərazinin elektrik təminatının bərpa edilməsi, Zəngəzur dəhlizi üçün magistralların tikilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin sürətlə həyata keçirilməsi ideyaların reallığa çevrilməsi yolunda mühüm addımdır.
Təəssüf ki, erməni vandalizminin nəticələrinin aradan qaldırılması yönündə hələ də ciddi çətinliklər var. Torpaqlarımızdan “Dəmir yumruq” sayəsində çıxmaq zorunda qalan işğalçılar əraziləri minaladığından xeyli hərbiçi və mülki vətəndaşın yaralanmasına və həlak olmasına bais olmuşlar. Lakin dünya bu vəhşiliyə nəinki susmaqla qalır, həm də minalardan təmizləmə işində heç bir dəstək göstərmir. Bu da tarixin ironiyasıdır. Qondarma “erməni abidələrinin” qayğısını çəkən, onların dağıdılacağı əndişəsi ilə narahat olan UNESKO dağılmış məscidləri, kilsələri, çoxlu tarixi abidələri görməzdən gəlir və hətta bunu görməmək üçün min bir bəhanələrə əl atır. Avropanın bir çox ölkəsində, Amerikada güclü fəaliyyət göstərən erməni diasporu yenə də hər vəchlə sülh prosesinə əöngəl törətməkdə davam edir. Çünki münaqişənin uzanması onların bir növ “çörək ağacı”dır.

Lakin Azərbaycan dost və qardaş ölkələrin, əsasən də Türkiyənin göstərdiyi dəstək və öz potensialı ilə bu çətinliklərin də öhdəsindən gələcəkdir.”
Tarixi “Şuşa Bəyannaməsi” nə və “Azərbaycan ilə Rusiya arasında müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” kimi sənədlərin imzalanması bizim strateji maraqlarımızın əsasını təşkil edir. Biz təkcə bu dövlətlərlə deyil, bütün region dövlətləri ilə müttəfiq və dost olmağa hazırıq. Kim bizim suverenliyimizə, müstəqil fəaliyyətimizə qarşı deyilsə onunla hər bir formada əməkdaşlıq etmək, sülhə xidmət edən bütün projelərdə yer almaq hədəfimizdir. Dövlət Başçımızın dediyi kimi “Sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək.”

Bütün bunlar xalqını, onun gələcəyini düşünən regionda sülh carçısı missiyasını üzərinə götürən bir Liderin keçmişə qiyməti, gələcəyə baxışıdır. 17 il ərzində apardığı mübarizənin təməl prinsipləridir. Müharibə ritorikasından əl çəkməyən, revanşist qüvvələrə mesajıdır
Cənab Prezidentin “Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir.”
Beləliklə, Cənubi Qafqazda sülhün bərqərar olması ancaq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü şərtlər əsasında mümkündür. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısının uzaqgörən və praqmatik siyasəti regiona sülh və əmin-amanlıq gətirəcək, dövlətimizin iqtisadi və hərbi qüdrəti daha da artacaqdır.

Prezidentin bu forumda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Tarix: 1-05-2022, 11:18 Oxunub: 69


Bölməyə aid digər xəbərlər