10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Səttar Möhbalıyev: “Xalqımızın rifah halının yüksəldilməsi ötən altı ayda da dövlət siyasətinin əsas istiqamətlərindən biri olub”

“İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha təsdiqləyir ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf bu ilin birinci yarısında da uğurla davam edib, göstəricilər yüksəlməkdədir. Belə ki, qeyri-neft-qaz sektorunda, sənaye, nəqliyyat, turizm və digər sahələrdə böyük nailiyyətlər əldə olunub, sənaye məhsullarının ixracı potensialı artıb, həmçinin yeni müəssisələr yaradılıb, daimi iş yerləri açılıb. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığını göstərir. Məlumdur ki, hazırda dünyada baş verən ziddiyyətli proseslər qlobal iqtisadiyyata da öz mənfi təsirini göstərməkdədir, dünya bazarlarında başlıca əmtəələr üzrə qiymətlər artır. Bunun fonunda ölkəmizdə süni qiymət artımının qarşısının alınması istiqamətində müvafiq qurumlar tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Həmçinin müşavirədə qeyd olunduğu kimi, antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icra edilir. Aydın görürük ki, bütün bu məsələlərə dövlətimiz tərəfindən ciddi nəzarət olunur və nəticələr də müsbətdir. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Son zamanlar əməkhaqlarında baş verən 14 faiz artım, həmçinin pensiyaların 10 faizdən çox artırılması bunu deməyə əsas verir”.
Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində ölkəmizin qlobal mövqeləri möhkəmlənib, nüfuzu artıb, beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imicini qazanıb. İlin birinci yarsına nəzər salsaq, görərik ki, bu müddət ərzində də ölkəmizin xarici siyasəti uğurlu olub, həm beynəlxalq və regional təşkilatlarla, həm də ayrı-ayrı dövlətlərlə münasibətlərimiz genişlənməkdədir. Prezident İlham Əliyev müşavirədə Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi məsələsinə toxundu. Məlumdur ki, Azərbaycan bu missiyanı uğurla icra edir. Hazırda Hərəkat Azərbaycanın effektli və səmərəli sədrlik fəaliyyəti nəticəsində qüdrətli dövrünü yaşayır və dünyada böyük söz sahibinə çevrilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda irəli sürdüyü ədalətli və aktual təşəbbüslər qurumu əhəmiyyətli beynəlxalq platformaya çevirməklə yanaşı, ölkəmizin də dünya dövlətləri arasında nüfuzunun artmasına gətirib çıxarıb. Ölkəmiz həmçinin İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında fəal təmsil olunur, Avropa İttifaqı ilə münasibətləri genişlənir”, - Milli Məclisin deputatı bildirib.
“Dövlətimizin başçısı Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə üzərinə götürdüyü öhdəliklərdən yayınması hallarına da diqqət çəkdi. Məlumdur ki, ölkəmizin parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində məhv edilmiş Ermənistan ordusunun tör-töküntüləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində qalmaqdadır. Qalib ölkə olan Azərbaycan, təbii ki, bununla barışa bilməz. Prezidentimiz də bu barədə aydın mövqe ortaya qoydu. Həmçinin Bəyannamədə nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ hələ ki, Ermənistan tərəfindən yubadılır, bu öhdəliyin reallaşması üçün məğlub ölkə konkret addımlar atmır. İlk növbədə, Ermənistan anlamalıdır ki, imza atdığı bu Bəyannamə onun üçün kapitulyasiya aktıdır, bunu məğlub ölkə olaraq imzalayıb və üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməlidir. Və anlamalıdır ki, onun qarşısında qüdrətli, regionun lider dövləti Azərbaycan var. Ermənistanın rəhbərliyi tərəfindən son zamanlar səslənən status məsələsinə də dövlətimizin başçısı münasibət bildirdi. Sözsüz ki, məğlub ölkə tərəfindən statusun yenidən ortaya atılması cəhdi sadəcə gülüş doğuran məqamlardandır. Münaqişə başa çatıb, ortada nəticələr var və bu reallıqlarla barışmaq mütləqdir. Status məsələsi artıq müzakirə mövzusu deyil, yeni reallıqlar fonunda bu məsələnin ünvanı hamıya bəllidir. O ki qaldı Minsk qrupuna bu qrup uzun illər öz funksiyasını icra edə bilmədi. Hazırda isə onun məşğul ola biləcəyi iş ortadan qalxıb”, - S.Möhbalıyev əlavə edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-07-2022, 09:19 Oxunub: 74
Bölməyə aid digər xəbərlər
15-06-2022, 09:09
Milli Qurtuluş Günü Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsidir
6-06-2022, 15:13
Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
14-04-2022, 09:42
S.Möhbalıyev: “Rübün yekunları qarşıya mühüm vəzifələr qoyur”
11-04-2022, 09:21
Səttar Möhbalıyev: “Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha parlaq gələcəyə doğru əminliklə irəliləyir”
6-04-2022, 09:52
Səttar Möhbalıyev: İLHAM ƏLİYEV İQTİSADİ YÜKSƏLİŞ DÖVRÜNÜN MEMARIDIR
14-02-2022, 10:02
İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu - FOTO
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
11-09-2021, 15:18
Təbbi qaz sürətlə bahalaşır - Səbəbləri və Azərbaycana təsiri
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU