08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
10:01 / 27-07-2026
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
09:13 / 27-07-2026
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
09:00 / 27-07-2026
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
12:11 / 25-07-2026
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
11:39 / 25-07-2026
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
10:17 / 25-07-2026
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
10:00 / 25-07-2026
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
09:02 / 25-07-2026
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Yol polisi sizi istədiyi vaxt saxlaya bilər?

Son günlər sosial şəbəkələrdə yol polisinin sürücünü əsassız yerə saxlaması ilə bağlı video geniş müzakirəyə səbəb olub. Yayılan videoda YPX əməkdaşı sürücüyə onu hansı səbəbdən saxlamasını izah etməkdə çətinlik çəkir. Əvvəlcə sürücüyə qayda pozduğu, daha sonra içkili olub-olmadığını yoxlamaq üçün saxlanıldığı deyilir. Bəzi hallarda isə sadəcə “sənədləri yoxlamaq üçün saxlamışıq” deyərək sürücüyə izah verilir.
"Qafqazinfo" xəbər verir ki, həmin video ilə bağlı bir qrup vətəndaş yol polisinin sürücünü istədiyi vaxt saxlamasının qanuna uyğun olduğunu, bir qrup isə qanunsuz olduğunu iddia edib.
Fikir ayrılıqları ilə bağlı hüquqşünas, yol hərəkəti və nəqliyyat üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxladıq. Ekspert saytımıza açıqlamasında bildirdi ki, yol patrul xidmətinin həyata keçirilməsi Yol hərəkəti haqqında qanun, İnzibati Xətalar Məcəlləsi və Yol patrul xidməti haqqında təlimatla tənzimlənir: "Yol patrul xidməti əməkdaşları polis əməkdaşları sayıldığına görə öz fəaliyyətlərində polis haqqında qanuna ciddi riayət etməlidirlər. Digər tərəfdən, daxili işlər orqanları əməkdfaşlarının etik davranış qaydaları var. Ona ciddi əməl etməlidirlər. Ən ciddi məsələlərdən biri də yol patrul xidməti zamanı yol hərəkəti iştirakçıları ilə davranışın, münasibətlərin, ünsiyyətin qaydalara uyğun olmasıdır.
Həmçinin oxuyun: “Düş, söhbət edək, maykada maşın sürərlər?” - Polislə sürücü arasında insident
Yol patrul xidməti əməkdaşı bu davranış qaydalarından, təlimatdan kənara çıxacaqlarsa, eybəcər mənzərələr yaranacaq. Məsələn, yol patrul xidməti əməkdaşı sürücünü yalnız Yol hərəkəti haqqında qanunda göstərilən əsaslardan biri olduqda saxlaya bilər. O, ürəyi istəyəndə, yaxud xoşuna gələn və ya gəlməyən istənilən avtomobili saxlaya bilməz. Yol patrul xidməti haqqında təlimatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin təsdiqlədiyi sənədə bütün daxili işlər orqanları əməkdaşları əməl etməlidir. Səbəb olmadan kimisə saxlamaq olmaz, saxladın dərhal yaxınlaşmalısan, özünü təqdim edib saxlama səbəbini aydın şəkildə deməlisən. Bundan sonra yerdə qalan məsələlər, sürücünün sənədinə baxmaq, qayda pozuntusu varsa, həmin qayda pozuntusunu rəsmiləşdirmək, onunla bağlı sürücü ilə müəyyən dəqiqləşdirmələr aparmaq olar. Bütün bunlar etik qaydalar çərçivəsində olmalıdır. Müraciətlər “siz”lə, mədəni şəkildə olmalıdır.
Yol patrul xidməti haqqında təlimat yol hərəkəti iştirakçısını danlamağı, tənbeh etməyi qadağan edir. Sadəcə hüquqlarını izah etməlisən. Belə təlimat pozuntuları olanda cəmiyyətdə ikrah hissi yaranır. Bu da polisin nüfuzuna ciddi zərər yetirir. Polisin fəaliyyətinə cəmiyyətdə yanaşmanı mənfi istiqamətlərə yönəldir. Polis əməkdaşı peşəkar olmalı, hərəkət iştirakçısı ilə ünsiyyətdə təlimatdan kənar davranışa yol verməməlidir. Dəfələrlə belə səhvlərə yol verənlər polis sıralarından kənarlaşdırılmalıdır”.
Daha sonra ekspert YPX əməkdaşının sürücüləri hansı hallarda saxlamaq hüququnun olduğunu qanuni müddəalarla izah edib. O bildirib ki, Yol hərəkəti haqqında Qanunun 85-ci maddəsinə əsasən, YPX əməkdaşı aşağıdakı hallarda sürücülərdən nəqliyyat vasitəsinin dayandırmağı tələb edə bilər: “Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə; Törədilmiş inzibati xətaya görə tətbiq olunan inzibati cərimənin ödənilməsi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində həmin qərarın icra olunmamasına görə nəqliyyat vasitəsinin saxlanılması barədə sistemdə qərar olduqda; Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda; Nəqliyyat vasitəsi axtarışda olduqda; Nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; Qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda (bu hallara təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə, yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, hərbi vəziyyət elan edildikdə)”.
Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin (sürücülük vəsiqəsi, etibarnamə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, icbari tibbi sığorta şəhadətnaməsi və s) yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.
Nəqliyyat vasitəsinə baxış isə nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Belə baxışın məqsədi avtomobildə inzibati xətanın alət və ya predmetini aşkar etməkdir. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. Bu zaman nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Protokolda baxış keçirilməsi üçün əsaslar göstərilir. Onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir”.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən isə "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirildi ki, Yol hərəkəti haqqında Qanunun 85-ci maddəsində yol patrul xidməti əməkdaşının hansı hallarda nəqliyyat vasitəsini dayandarmağı ilə bağlı məsələlər öz əksini tapıb: "Yol patrul xidməti əməkdaşları da öz funkisional xidməti vəzifələrini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirirlər. Əlavə olaraq bildirim ki, son zamanlar narkotik vaistələrin və ya spirtli içkilərin təsiri altında nəqliyyat vasitəsini sərxoş halda idarə edən sürücülərə tez-tez rast gəlindiyindən dövlət yol polisi belə sürücüləri vaxtında aşkar edərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində öz xidməti fəaliyyətini gücləndirilmiş formada davam etdirir. Nəzərə almaq lazımdır ki, bu cür sürücülərin vaxtında aşkar edilməməsi digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla yanaşı, insan ölümü ilə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsinə də əsas səbəblərdən hesab edilir. Biz bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik ki, yollarda təhlükəsizliyin təmin olunması, yol hərəkəti qaydalarına əməl olunması istiqamətində gecə-gündüz xidmət edən polis əməkdaşlarına öz lazımi dəstəklərini və köməklilərini göstərsinlər".
Bölməyə aid digər xəbərlər

Tarix: 2-09-2022, 16:00 Oxunub: 209
Bölməyə aid digər xəbərlər
11-10-2021, 13:32
Bakının avtobus zolaqları: tıxac, “daxil ol” göstərişi... - AÇIQLAMALAR
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
8-07-2020, 16:08
“Araz Supermarket”dən inzibati protokol yazılması xəbəri ilə bağlı AÇIQLAMA - YENİLƏNİB