11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Qərəz olan ürəkdə həqiqi söz axtarmaq absurddur

Həqiqətin ən böyük düşməni qərəzdir. Qərəz olan ürəkdə həqiqi söz axtarmaq absurddur. Qərəzçilik xislətdən gəlir. Və ömrün sonunadək davam edir. Bu xislətə malik insanlardan biri də şərəfli vəkil adı daşıyan, lakin bu ada layiq olmayan hərəkətlərə yol verən Aslan İsmayılovdur.
Sosial şəbəkə qəhrəmanına çevrilmiş Aslan İsmayılov uzun illərdir ki, bir çox insanlara, o cümlədən AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə şər atmaqla məşğuldur. Bu qərəzin, şərin əsasında isə AHİK-in mülkiyyəti sayılan «Şıx» sanatoriyasının ərazisini qeyri-qanuni mənimsəyib orada şəxsi ev tikməsinə qarşı olunan etirazdır. A.İsmayılov AHİK-dən intiqam almaq üçün uzun illərdir sosial şəbəkələrdə böhtan kampaniyası aparır. Konfederasiyanı, onun sədri, millət vəkili Səttar Möhbalıyevi cəmiyyətin gözündə nüfuzdan salmağa çalışır. Bu təşkilatın, onun sədrinin hər addımını istədiyi kimi yozur, istədiyi kimi hallandırır. Təbii ki, yozmaları qeyri-ciddi və əsassız olduğuna görə deyildiyi an da unudulub gedir. Necə deyərlər boşboğazlıq özünə qalır.
Bir neçə gün əvvəl A.İsmayılov yenidən sosial şəbəkələrdə S.Möhbalıyevə qarşı yeni tənqidi yazı ilə göründü. Bu dəfə tənqid hədəfi S.Möhbalıyev deyil, onun oğlu İsfəndiyar oldu. Səbəb də İsfəndiyarın yeni vəzifəyə – DTX rəisinin müşaviri vəzifəsinə təyin olunması idi. O, İ.Möhbalıyevi nədə günahlandırsa yaxşıdır? Bu vəzifəyə qədər hüquq-mühafizə orqanlarında bir neçə vəzifədə işləməsi ilə. Əvvəla hüquq-mühafizə orqanlarında yerdəyişmələr adi və mütərəqqi haldır. İkincisi, təcrübə toplayan və özünü yaxşı cəhətdən göstərən xüsusilə gənc işçilərə daha mühüm vəzifələr həvadə olunur. Üçüncüsü, Dövlət Təhlükəsizlik Xidməti dövlətin məxvi orqanlarından biridir. Kimi hansı vəzifəyə, nə məqsədlə götürməyi onlar həll edir. Nə vaxtdan adi vəkilə DTX-ya kadr məsələsində məsləhət vermək, irad tutmaq ixtiyarı verilib?!
Məsələyə başqa bir tərəfdən yanaşsaq görərik ki, Aslan İsmayılovun özünün çalışmadığı iş yeri qalmayıb. Bu pis şeydirsə bəs özünü niyə tənqid etmir?
Aslan bəy özünü dövlətin səfakeşi kimi təqdim edir. Yaxşıya yaxşı, pisə pis dediyi ilə öyünür. Digər əməlləri kimi bu iddiası da saxta və yalandır. Əgər doğrudan da yaxşıya yaxşı deməyi bacarsaydı, heç olmasa bircə yazısında Səttar Möhbalıyevin AHİK sədri olaraq dövlət, xalq qarşısında göstərdiyi xidmətlərin ən azı adını çəkərdi. Xidmətlər isə saysız hesabsızdır. Heç uzağa getməyək, pandemiya illərində, 44 günlük Vətən müharibəsində AHİK müsəlləh əsgərə çevrildi. COVID-19-un qarşısının alınmasında gecəli-gündüzlü çalışdı. Öz vəsaiti hesabına müəssisələrə qoruyucu vasitələr göndərdi. Səttar müəllim deputat, AHİK sədri kimi iş yerlərində ixtisarlara yol verilməməsinə nail oldu. Aztəminatlı ailələrə maliyyə, maddi yardımlar göstərildi. Bölgələrə ərzaq dolu bağlamalarla yüklənmiş onlarla maşın qatarı göndərildi.
Vətən müharibəsi günlərində şəxsən Səttar Möhbalıyevin tapşırığı ilə həmkarlar ittifaqı əməkdaşları «hər şey cəbhə üçün» çağırışı altında işlədilər.
Ön cəbhə xəttində, hospitallarda oldular. Səngərlərdə vuruşan,, xəstəxanalarda yaralı yatan əsgərlərə, onların ailələrinə mənəvi, maddi dəstək durdular.
Müharibədən sonra da şəhid ailələrinə, qazilərə qayğı göstərilməkdədir. Yüzlərlə şəhid övladı 18 yaşınadək himayəyə götürülüb.
Cənab Aslan İsmayılov, əgər doğrudan da qəlbində qərəz yoxsa niyə bunları görmürsən, yazmırsan?
Əgər doğrudan da qəlbində qərəz yoxdursa, niyə hələ yenicə yeni vəzifədə fəaliyyət göstərməyə başlayan gənc kadrın indidən yoluna nifrin səpirsən.
Bilirsən niyə, çünki gözlərini tutmuş qərəz sənə azacıq da olsa səbr etmək, gözləmək imkanı vermir! Qorxursan ki, İsfəndiyar Möhbalıyev etimadı bu vəzifədə də doğruldar və daha deməyə sözün qalmaz.
Bölməyə aid digər xəbərlər

Tarix: 6-09-2022, 17:50 Oxunub: 69
Bölməyə aid digər xəbərlər
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
19-04-2022, 08:49
Vəkil Əjdər Sarıyev Binəqədi Rayon Baş Polis İdarəsinin müstəntiqi Nuru Həsənovla əlbir olaraq bir ailəni müflis vəziyyətə salıb Rəsmən ÖZBAŞINALIQ
10-09-2021, 16:00
Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar... - Səyavuş Aslanın faciəvi sonu
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI
10-07-2020, 14:41
Mixail Yefremovun işi ilə bağlı azərbaycanlı vəkil intizam məsuliyyətinə cəlb edildi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU