12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib

Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib



        XIX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarının bölüşdürülməsindən sonra erməni və türk-müsəlman münaqişələrinin əsası qoyuldu.İki yüz illik tarixi zaman ərzində ermənilər müsəlman-türk əhalisinə qarşı mülki,hərbi cinayətlər törətdilər.Azərbaycana məxsus tarixi abidələrimiz,maddi mədəniyyət nümunələrimiz məhv edildi və yaxud erməniləşdirilməyə cəhd edildi.
          Mülki əhaliyə, dinc əhaliyə qarşı törədilən cinayətlər 1905-1906-cı illərdə, 1918-ci il mart soyqırımında özünün bariz nümunəsini göstərdi.Bakı,Şamaxı,Şuşa,Quba şəhərlərində törədilən cinayətlər,o cümlədən, Qubada tapılan kütləvi məzarlıq buna sübutdur.
          Birinci Qarabağ müharibəsində 1992-ci il fevral ayında Xocalıda törədilən mülki və hərbi cinayətlər isə erməni vəhşiliyinin Azərbaycan  türkünə qarşı etdiyi ən ağır qətliam idi. Bu soyqırımını dünya birliyi görməzdən gəlməyə çalışdı. Ancaq ölkə rəhbərliyinin, xüsusilə Leyla xanım Əliyevanın   başlatdığı “Xocalıya ədalət” kampaniyası bu soyqırımın dünyaya çatdırılmasında əvəzsiz rol oynadı.
         Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, ümumiyyətlə, Birinci Qarabağ   müharibəsindən  bu yana 3900 Azərbaycan vətəndaşı itkin sayılır və onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb, bir çoxunun taleyindən xəbər yoxdur. Ancaq dünya birliyi ermənilərin törətdikləri bu cinayətlərə,vəhşiliklərə,vandalizmə qarşı hələ də susur. Lakin unutmayaq ki, ədalət sonda qalib gəlir!
Sabunçu rayonu, 209 saylı tam orta məktəbin
müəllimi Elşən Zeynalov 


Tarix: 15-10-2022, 13:04 Oxunub: 60


Bölməyə aid digər xəbərlər