Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Azərbaycanda yaranan partiyaların bir çoxundan fərqli olaraq ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə deyil, Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdən yaranan bir partiyadır Yeni Azərbaycan Partiyası.
Müstəqilliyimizin ilk illərində yaşanan böhran, xaos, anarxiya özbaşınalıq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Özbaşınalığın sabitlik ilə əvəzlənməsi, Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsi, siyasi mövqeyinin möhkəmlənməsi məhz Heydər Əliyevin hakimiyyətə qayıdışının bariz nümunəsidir.
“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” deyən Ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı.
Yarandığı vaxtdan dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısı kimi çıxış edən Yeni Azərbaycan Partiyası xalqın rifahının inkişafına xidmət edən ən mütərəqqi siyasi təşkilat kimi qısa müddət ərzində geniş xalq kütləsinin dəstəyini qazandı. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.
Dahi şəxsiyyət, böyük təcrübəyə malik olan Ümummilli lider Heydər Əliyev o dövrdə blokadada olan Naxşıvan Muxtar Respublikasının Ali Məclisinə Sədrlik edirdi.
Biirik ki, 1990-cı ildə Azərbaycan olduqca ağır dönəmini yaşayırdı. SSRİ-nin dağlması dövründə keçmiş İttifaq miqyasında baş alıb gedən hərc-mərclik ölkələrin daxilinə sitayiş etmişdir. Həmin dövrdə Azərbaycanda dövlət idarəetmə sistemi, idarəetmə potensialı çox aşağı idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumun bərbadlığı, hakimiyyətin oynadığı oyunlar Naxçıvanın vəziyyətini getdikcə çətinləşdirirdi.
Ölkəni bürümüş siyasi, iqtisadi böhran xalqı çox narahat edirdi. Xalq ölkəni bu böhrandan çıxara biləcək insan, dahi şəxsiyyət Ümummilli lider Heydər Əliyevi görür, ona inanırdılar. Həmin vaxt xalqın qabaqcıl ziylıları yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın arzu və istəklərinin ifadəsi olan müraciəti 91 nəfər azərbaycan ziyalısının imzası ilə Naxçıvana,a Heydər Əliyevə göndərdilər. Nəhayət 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Ümummilli lider Heydər Əliyevi ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik edəcəyinə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxşıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.
Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni mərhələyə yol açdı. Fəaliyyəti, ideyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi. İnsanlarda vahid milli ideologiya, azərbaycançılıq təfəkkürü formalaşdı. Beynəlxalq səviyyədə aparılan uğurlu siyasət nəticəsində artıq tarixə çevrilən və 30 il Azərbaycan xalqı üçün həlli müşkül problem olan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizin dünəni və bugünü ilə bağlı əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev zəkasının, istedadının ən yüksək, ən dəyərli zərrəsi var.
Bakı şəhəri Sabunçu rayonu 170 nömrəli tam orta məktəbin direktoru, Qabaqcıl Təhsil İşçisi, İlin müəllimi Aslanova Ülviyyə Salam qızı.
Bölməyə aid digər xəbərlər