Zelenskinin terrorçu ilə söhbətinin təfərrüatı açıqlandı - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski Lutskda avtobusda sərnişinləri girov götürən terrorçu Maksim Krivoş ilə telefon danışığının təfərrüatını açıqlayıb.
Bu barədə “RBC-Ukrayna” xəbər yayıb.
“Biz onunla 7-10 dəqiqə danışdıq, ilk addımı onun atacağına və bir neçə nəfəri buraxacağına razılaşdıq. Xahiş etdim ki, hamilə qadını, yaralını (bizdə belə məlumat var idi) və uşağı buraxsın.
O, xəsarət alan olmadığını, bunun boş söz olduğunu dedi. Razılaşdıq ki, üç nəfəri azad edəcək və bundan sonra bir video ilə çıxış edəcəyəm”.
V.Zelenskinin dediyinə görə, video sosial şəbəkələrdə yayımlandıqdan yarım saat sonra  terrorçu bütün girovları avtobusdan azad edəcəyinə söz verib.
Dövlət başçısı əlavə edib ki, M.Krivoş verdiyi sözə əməl edib və 30-40 dəqiqə ərzində girovların hamısını azad edib.
“Əgər nəyisə hücumsuz edə biliriksə, bir nəfərin də həyatını təhlükəyə atmırıqsa, bu, mənim üçün aşkar addımlardır. (...) Nəticəmiz var - hamı salamatdır”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, iki dəfə məhkum olan Maksim Krivoş iyulun 21-də Lutskda sərnişinlərlə dolu avtobusu qaçırıb. O, dövlət başçısından vətəndaşları “Yer sakinləri” (“Earthlings”) filminə baxmağa çağırmağı tələb edib.
Prezident bu tələbə əməl edib. O, sosial media hesabında yaydığı videomüraciətdə deyib:
“2005-ci ilin “Yer sakinləri” filmi, hamı baxsın”.
[video=]


Tarix: 22-07-2020, 12:00 Oxunub: 81


Bölməyə aid digər xəbərlər