11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
Amerikalı ekspert: Paşinyan İkinci Qarabağ müharibəsindən sonrakı razılaşmaları həyata keçirməlidir

Amerikalı ekspert: Paşinyan İkinci Qarabağ müharibəsindən sonrakı razılaşmaları həyata keçirməlidir


Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsinin sonunda əldə olunan razılaşmaları həyata keçirməlidir.

Bunu ABŞ Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran bildirib.

“Sülh şübhəsiz ki, həm Ermənistana, həm də Azərbaycana xeyir verəcək. Əminəm ki, Paşinyan bu faktdan xəbərdardır. Amma çox təəssüf ki, Ermənistanda sülh istəməyən qüvvələr çoxdur”- o qeyd edib. 

Doran əlavə edib ki, buna baxmayaraq, Ağ Ev və Dövlət Departamentinin regionda sülhün bərqərar olmasında maraqlı olması müsbət amildir.

Tarix: 16-03-2023, 12:30 Oxunub: 38


Bölməyə aid digər xəbərlər