12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya neft istehsalını artırmaq niyyətindədir

Mövzu ilə əlaqədar məlumata malik mənbələrin Bloomberg-ə verdiyi məlumata görə, Rusiya, yeni koronavirus mutasiyasının yaratdığı narahatlıqlara baxmayaraq, gələn ay keçiriləcək OPEC+ yığıncağında neft istehsalını artırmağı dəstəkləmək niyyətindədir.
QanunXəbər.com xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbələrə görə, Rusiya Fevral ayında OPEC+ın istehsal həcmini 500 min barel artırmasının lazımlı olduğunu düşünür.
İstehsalın artırılması üçün digər üzvlərin də bu qərarı təsdiqləməsi lazımdır. İngiltərədə yeni çıxan koronavirus mutasiyası xəbərlərindən sonra Brent neftin qiyməti düşüb.
Avropa, Asiya və Orta Şərqdəki bəzi ölkələrin səyahət məhdudiyyətlərinin tətbiqinə başlaması ilə qlobal neft tələbindəki toparlanmaya dair narahatlıqlar artıb.


Tarix: 22-12-2020, 09:51 Oxunub: 49


Bölməyə aid digər xəbərlər