Moskvada aksiyaçılar "Nikolun taktikası"na əl atdı

Rusiyanın bir sıra şəhərlərində hökumətə qarşı etiraz aksiyaları baş tutub.
İlk aksiyalar Xabarovsk və Vladivostokda olub.
Rəsmi məlumatlara görə, Vladivostokda etiraz aksiyasına çıxanların sayı 60 nəfəri ötməyib, onlardan bir neçəsi saxlanılıb. Xabarovskda isə 13 nəfər saxlanılıb.
Krasnoyarsk şəhərində isə kiçik bir qrupun təşkil etdiyi aksiya dinc şəraitdə keçib, bir müddət sonra etirazçılar dağılışıb.
İrkutsk şəhərində etirazçılar hökumət binasının qarşısında aksiya keçirib, saxlanılanlar var.
***
Moskva rəhbərliyi paytaxtın mərkəzində ciddi məhdudiyyətlər tətbiq edib.
Şəhərin Bolşaya Lubyanka, Rojdestvenskaya küçələri bağlanıb.
Artıq Moskvada ilk həbslər başlayıb. Hüquq-mühafizə orqanları qanunsuz aksiyada iştirak edən bir nəfəri saxlayıblar.
***
Moskvada icazəsiz aksiya zamanı saxlanılanların sayı artıb.
Məlumata görə, indiyə qədər hüquq-mühafizə orqanları 66 etirazçını saxlayıblar. Saxlanılanlar arasında məşhur jurnalist, hüquq müdaqfiəçisi Nikolay Svanidze də var.
Hökumətin verdiyi məlumata görə, Moskvadakı aksiyaya cəmi 300 nəfər gəlib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları səsgücləndiricilər vasitəsilə aksiya iştirakçılarını dağılışmağa səsləyirlər.
***
Sankt-Peterburqda polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bu barədə “Fontanka” saytı məlumat verib. Polisin bu addımına səbəb etirazçıların saxlanılanları geri qaytarmaq istəyi olub. Bundan başqa polisin elektroşokdan da istifadə etdiyi bildirilir.
***
Moskvadakı etiraz aksiyaları zamanı bloger Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnı da saxlanılıb.
***
Moskvada, Stromınkedə aksiya iştirakçıları avtomobil yoluna çıxıb və nəqliyyatın hərəkətini bloklayıblar.
Rəsmi məlumata görə, Samarada 120, Barnaulda 85, Ulan-Udedə 30, İrkutskda 100, Yekaterinburqda 30-dan çox insan saxlanılıb.
Sankt-Peterburq, Voronej, Ufa, Kazan, Omsk, Volqoqrad, Perm və s. şəhərlərdə də çoxsaylı saxlanılanlar var.
Saxlanılanlar arasında aksiyanı işıqlandıran jurnalistlər, tanınmış simaların da olduğu qeyd edilib.


Tarix: 1-02-2021, 06:12 Oxunub: 62


Bölməyə aid digər xəbərlər