08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
ABŞ Qətərə qarşı istənilən hücumu öz təhlükəsizliyinə təhdid hesab edəcək

ABŞ Qətərə qarşı istənilən hücumu öz təhlükəsizliyinə təhdid hesab edəcək


ABŞ Qətərə qarşı istənilən hücumu öz təhlükəsizliyinə təhdid hesab edəcək və onu müdafiə etmək üçün hərbi güc də daxil olmaqla, bütün lazımi tədbirləri görəcək.

Bu barədə ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamın mətnində deyilir.

Sərəncamda bildirilir ki, Qətər ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücum ABŞ-ın sülh və təhlükəsizliyinə təhdid hesab olunacaq.

“Belə bir hücum olarsa, ABŞ özünün və Qətərin maraqlarını qorumaq, sülh və sabitliyi bərpa etmək üçün diplomatik, iqtisadi və lazım gələrsə, hərbi tədbirlər də daxil olmaqla, bütün qanuni və müvafiq tədbirləri görəcək”, - sərəncamda deyilir.(apa)

Tarix: 2-10-2025, 09:30 Oxunub: 23


Bölməyə aid digər xəbərlər