ABŞ İranı xəbərdar etdi: Vətəndaşlarımıza hücum etsə...

ABŞ İranı xəbərdar etdi: Vətəndaşlarımıza hücum etsə...


ABŞ İranın amerikan vətəndaşlarına qarşı istənilən hücumuna adekvat cavab verməyə hazırdır.

Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İranın sanksiyaları ilə bağlı açıqlamasında deyib.

“İran amerikalılara qarşı sanksiya tətbiqini elan etdi. Əgər İran bizim hər hansı vətəndaşımıza, o cümlədən sanksiyada siyahısında adı olanlara hücum etsə, o, ( İran – red.) ciddi nəticələrlə qarşılaşacaq”, - deyə bildirilib.

Qeyd edək ki, İran yüksək rütbəli 51 Amerika vətəndaşına sanksiya elan edib.

Tarix: 10-01-2022, 08:17 Oxunub: 33


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı