12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
"Bunları gizlətməməliyik" - Erməni nazirdən etiraflar

"Bunları gizlətməməliyik" - Erməni nazirdən etiraflar


“Biz məğlubiyyətdən ibrət dərsi götürməyə, bütün dövlət qurumlarını reanimasiya etməyə borcluyuq. Dövlətin başqa alternativi yoxdur”. 

“Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni mediasına açıqlamasında ölkənin üzləşdiyi durumu, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərini şərh edərkən deyib. 

“Mən müxalifətin müxtəlif məsələlərlə bağlı fikirlərini şərh etmək istəmirəm. Amma zəhmət olmasa, müxalifətdən soruşun necə oldu ki, 1990-cı illərin sonundan indiyədək Ermənistan-Türkiyə istiqamətində danışıqlar, müzakirələr, yazışmalar, təmaslar olmayan bir il belə keçməyib. Odur ki bu nağılları bir kənara qoyun, buna töhfə verməyin və özünü müxalifət elan edən müxtəlif adamların insanları manipulyasiya edib aldatmasına imkan verməyin. Aldatmaqla yaşamaq kifayətdir. Başımıza gələn fəlakət böyük özünü aldatmağın nəticəsidir. Reallıqla üz-üzə gəlmək, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır. Getməyə ehtiyac yoxdur, bir şeyi müzakirə edin uzun illər olduğu kimi, sonra evə qayıdıb müxtəlif tribunalardan fərqli bir şey elan edib başqa təbliğat aparın”- Mirzoyan bəyan edib.

Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə normal münasibət qurmanın kəskin etiraz edən qüvvələrin mövqeyinə gəldikdə Mirzoyan deyib ki, biz planetdə qonşu dövlətlə uzun sürən münaqişələri olan ilk və sonuncu insan, nə də dövlət deyilik. 

Tarix: 28-01-2022, 15:30 Oxunub: 17


Bölməyə aid digər xəbərlər